Icma.az
close
up
RU
Ruhlar həqiqətən mövcuddurmu? Alimlər kəşfdən ŞOKA DÜŞDÜLƏR

Ruhlar həqiqətən mövcuddurmu? Alimlər kəşfdən ŞOKA DÜŞDÜLƏR

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alimlər insanların tez-tez paranormal kimi qəbul etdiyi hadisələrə elmi izah veriblər. Yeni araşdırmaya görə, bu cür hisslərin yaranmasına səbəb infrasəs, yəni insan qulağının eşidə bilmədiyi aşağı tezlikli səs dalğaları ola bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqat alimlər tərəfindən aparılıb. Araşdırmanın müəllifi, professor Rodni Şmaltz bildirir ki, xüsusilə köhnə binalarda boru və havalandırma sistemlərində yaranan aşağı tezlikli vibrasiyalar insanın emosional vəziyyətinə təsir göstərə bilər.

İnfrasəs insan tərəfindən birbaşa eşidilməsə də, orqanizm buna reaksiya verir. Alimlərin sözlərinə görə, bu cür vibrasiyalar stress hormonu olan kortizolun səviyyəsini artıra bilər və nəticədə insan səbəbsiz narahatlıq, qorxu və ya gərginlik hiss edə bilər. Əgər insan əvvəlcədən həmin məkan haqqında mistik və ya ruhların olduğu yer kimi məlumat alıbsa, beyin bu hissləri paranormal hadisə kimi şərh edə bilər.

Tədqiqat çərçivəsində 36 könüllü üzərində eksperiment aparılıb. İştirakçıların əvvəlcə kortizol səviyyəsi ölçülüb, daha sonra onlar fərdi şəkildə otağa yerləşdirilərək müxtəlif musiqilərə qulaq asıblar. Bəzi iştirakçılar eyni zamanda təxminən 18 Hz tezlikli, lakin şüurlu şəkildə eşidilməyən infrasəsə məruz qalıblar.

Nəticələr göstərib ki, infrasəsə məruz qalan şəxslərdə kortizol səviyyəsi daha yüksək olub və onlar daha çox əsəbilik, maraq azalması və musiqini daha kədərli kimi qiymətləndirmə halları yaşayıblar. Maraqlıdır ki, iştirakçıların əksəriyyəti əlavə səsin olub-olmadığını müəyyən edə bilməyib.

Araşdırmanın həmmüəllifi Keyl Skatterti qeyd edir ki, stressin və emosional gərginliyin artması kortizolun yüksəlməsi ilə birbaşa əlaqəlidir və bu, orqanizmin təbii reaksiyasıdır.

Alimlər vurğulayırlar ki, infrasəs yalnız köhnə binalarda deyil, yolların yaxınlığında, sənaye avadanlıqlarında və havalandırma sistemlərində də geniş yayılıb. Tədqiqat qrupu gələcəkdə bu cür dalğaların müxtəlif tezlik və müddətlərdə insan psixologiyasına təsirini daha dərindən araşdırmağı planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 May 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri