Icma.az
close
up
RU
Ruhun həndəsəsi kimi yazılan şeirlər Elnarə Akimova

Ruhun həndəsəsi kimi yazılan şeirlər Elnarə Akimova

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Elnarə Akimovanın "Ruhun həndəsəsi" kimi yazılan şeirlər" yazısını təqdim edir.

Şair Çingiz Əlioğlu vəfat edib.

Çingiz Əlioğlu ədəbiyyata gəldiyi zamandan etibarən ədəbi fikrə yeni, sərbəst forma və ifadə, milli dəyərlər, psixologizm, fəlsəfilik, altmənalılıq kriteriləri ilə şərtlənən modernist estetikanı gətirmiş şairdir. Onun iki fərqli dönəmdə yazdığı şeirlər ciddi üslubi poetik eyniyyəti ilə səciyyələnir, ədəbi təmayüllərə, dünya cərəyanlarının poeziyada təzahürü baxımından diqqət çəkir. Sovet epoxasında romantizm, simvolizm estetikasını formalaşdıran xətlə seçilmiş Çingiz Əlioğlu 90-cı illərdən sonra yeni şəkil alan poeziya üfüqündə də özünü rahat hiss etdi.

Onun bu vaxta qədər düşüncə sərbəstliyi kontekstindən fərqlənən mətnləri təbii olaraq formada sərbəstliyə gətirib çıxardı, ənənə buxovunu çoxdan qırmış şair müstəqillik dönəmində daha konseptual olaraq yeni poetik konstruksiyalılığa yön aldı. Çingiz Əlioğlunun poeziyasının əsas keyfiyyətlərindən biri antitezalar üzərində qurulmasıdır. Bunu yalnız yaradıcılığına xas özəllik kimi qeyd etmirəm, şairin əsas poetik kredosu ümumən, həmin dalğanın içindədir. Müstəqillik dönəmindən sonra postmodern düşüncə tərzinin, sərbəst şeir şəkillərinin ən gözəl nümunələrini meydana qoyan Çingiz Əlioğlu, eyni zamanda hecanın da kamil örnəklərini yaradır, həmçinin "Əlvida, on birlik heca şeirim..."də bu vəznin meydanının daralmasına xəfif kinayə ilə etiraz edirdi: "Yenilik" aşiqi, naşı "şəyirdlər"/Nəzmin ağ bəhrində sərbəst üzürlər./Bax, meydan sulayır, at səyirdirlər/Sənə əski deyir, ağız büzürlər".

Bütün bunlar öz yerində, əsas məqamlardan biri də Çingiz Əlioğlunun poeziyasının ideya yüklü olmasıdır. Rus semiotiki Y.M.Lotmanın 90-cı illərin əvvəllərində səsləndirdiyi maraqlı fikri vardı. O bildirirdi ki, "incəsənətdə ənənəvi forma məzmun duallığı artıq müvafiq strukturda reallaşan ideya anlayışı ilə əvəz olunmalıdır. Çünki bədii mətn özü mürəkkəb quruluşlu bütöv bir məna olduğu üçün onun elementləri də məna yüklüdür". Çingiz Əlioğlunun poetik üslubu ideyanı obyektiv semantika ilə ifadə etməyə meyillidir. Çox şairlərin təsvir predmetinə çevirdiyi kiçik obrazlara Əlioğlu makro poetik anlam qazandırmaqla ideyanın ifadəsinə nail olur.

Bir neçə il əvvəl onun "Yol gedən qadın" şeirini çox bəyənib haqqında yazmışdım. Şeirin altındakı tarix 2002-ci il idi. O zaman ki, (bəzən elə indi də) qadın, sevgi mövzuları zamanın ultramodern dəbinə uyğun olaraq hər kontekstdə şeirin predmetinə çevrilirdi. Burada epataj səciyyə də vardı, hirsin, qəzəbin gətirdiyi aqressiv ton da, eyni zamanda ənənəvi poeziyanın təcəssümə çevirdiyi sevilən, sevən lirik "mən" də! Çingiz Əlioğlunun qadın obraza münasibəti bunlardan heç birinə bənzəmirdi:

Bütün iradəsi ovuclarında,

Yığıb yumruğunu sıxıbdır bərk-bərk.

Zərif barmaqların şəffaf sümüyü

Ağarır tar qolu çərəkləritək.

Tənində bir qətrə yox artıq əti,

Bir dəri, bir sümük, dümdüz fəqərə.

Baxışlar inadkar, hərəkət qəti,

Hər addım mismardır çalınır yerə.

Dikdaban çəkmənin uşaq sürüşən

Novlartək hamardır parlayan səthi.

Hər məqsəd yolunda dör-dör döyüşən

Bu qadın yorulmur boş çıxsa cəhdi.

Gör neçə üzü var bu şux balanın,

Müqəddəs Məryəmdir, satqın İuda.

Odlara calanıb, yurdda qalanın

Qalalar qalanıb hökmüylə oda.

Hünərdə ortaq yox, tayı nə gəzir,

Çəlimsiz canıyla canlar alıbdır.

Şahin tək şığıyır, pəri tək süzür,

Ardınca yol çəkən gözlər qalıbdır.

Tiyanda qovrulan, ruhdan doğandır,

Döyüşkən aslandır, nazlanan sona.

Siçandan qorxub da, ilan boğandır,

O gedən qadındır, yol verin ona.

Bu şeirdə Çingiz Əlioğlu bütün poeziyası üçün xarakterik olan emosionallıqdan uzaq bir mövqe sərgiləyir, qadına şamil olunmuş təyinləri geri itələyir, hər hansı təyinatlardan sürüşən qadın başlanğıcını önə çəkir. Onun dünyasının ekzistensiyasını yaradır, mənəvi sarsıntı və yaşamını ictimai-psixoloji müstəviyə çıxarır. Bu şeirdə qadına tətbiq olunan milli mentalitet standartları - ənənəvi əxlaqla motivləşən cəmiyyət qanunları yoxdur, eyni zamanda onun sosial kateqoriya kimi əks cinsdən bir pillə yuxarıda dayanmaq istəyinə, ironiyaya da rast gəlmirik. Şeir, sadəcə, Qadını anlamağın gərəkliyini qabardır: "Yol verin ona", - deyir. İçinizdə, düşüncənizdə, həyatınızda...

Poeziya fərdi-fərqi iç duyumlarının mənalanmasıdır və bu mənalanmalar ancaq yeni dil və düşüncə zəminində gerçəkləşir, sənət faktı olur. Mövzu həm də onu gərəyincə sərgiləyə bilən estetik səviyyə istəyir! Qadını bu dərinlikdə, gerçəklikdə, gücdə şeirə çevirən nə qədər poeziya nümunəsi var? Ki, oxucunun qənşərinə qadının aqibətini, durumunu gətirsin, onun hər növ - məişət, sosial-ictimai, mənəvi-mədəni, psixoloji durum mürəkkəbliyi içrə obrazını ifadə eləsin. Həm nakamlıq, sarsıntı, bəxtsizliklə, keşməkeşli həyatla uğraşan, həm də müzəffər duruşlu, savaşlardan çəkinməyən, ağrıları yenib sabaha inadlı addmlarla atılan qadın obraz! Mənəvi və fiziki çalarları ilə naturadan poeziyaya adlamış qəhrəman! Çingiz Əlioğlunun yaratdığı və gözəllik duyumuna çevirdiyi qadın obraz - sənət faktı!

Ruhu şad olsun!

"Ədəbiyyat qəzeti"

Yalçın Adıgözəlov: "Bizim üçün Heydər Əliyevin gəlişi çox vacib idi..." - Tarixi Şəxsiyyət Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlandı Vəsiyyət - Şarl-Lui Filippin hekayəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Avqust 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri