Icma.az
close
up
RU
Rumıniya suverenliyini itirir

Rumıniya suverenliyini itirir

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rumıniya prezidentliyinə müstəqil namizəd Kalin Georgesku bildirib ki, artıq 200 milyard dolları ötmüş dövlət borcuna görə ölkə suverenliyini itirə bilər. SİA xəbər verir ki, Georgesku bu barədə "Realitatea" telekanalına açıqlamasında deyib: “Qlobal maliyyə sistemi dağılmaq ərəfəsindədir, Rumıniya isə artan dövlət borcu səbəbindən suverenliyini itirir... Bütün bunlar elitanı xalqın hesabına zənginləşdirməyə yönəlmiş siyasətin nəticəsidir”.

Rumıniya prezidentliyinə namizəd Konstitusiya Məhkəməsinin prezident seçkilərinin birinci turunun nəticələrinin ləğvi ilə bağlı qərarından da narazılığını bildirib. Onun sözlərinə görə, bu qərar xarici seçki məntəqələrində səsvermə zamanı, o, artıq seçicilərin 80%-dən çoxunun dəstəyini qazandığı vaxt verilib. Bununla bağlı Kalin Georgesku belə bir fikir bildirib ki, bu, indiki hakimiyyətin mümkün siyasi dəyişikliklərdən qorxduğu üçün edilib. “Mənim göstəricim indiki hakimiyyət sistemi üçün əlverişsizdir. Qorxdu, buna görə də bu hadisə baş verdi” dedi.

Siyasətçi milli birliyin vacibliyini qeyd edib və tərəfdarlarını dinc və qanun çərçivəsində aksiya keçirməyə çağırıb. O, Konstitusiya Məhkəməsinin doqquz hakiminin “xalqın iradəsini üstələmək və 19 milyon rumın üçün qərar vermək hüququna malik olmadığını” söylədi.

Noyabrın 24-də Rumıniyada prezident seçkilərinin birinci turu keçirilib. Müstəqil namizəd Kalin Georgesku lider oldu. O, 22,9% səs toplayıb, 19,17% isə NATO ilə yaxınlaşmanın tərəfdarı, Rumıniyanın Qurtuluşu İttifaqının lideri Yelena Laskoninin lehinə səs verib. Konstitusiya Məhkəməsi dekabrın 6-da təşviqat kampaniyası zamanı qanunsuzluqlarla bağlı kəşfiyyat məlumatlarına istinad edərək seçkinin nəticələrini ləğv edib. Xüsusilə, Rumıniyanın Rusiya tərəfindən “hibrid hərəkətlər” üçün hədəfə çevrildiyi iddia edilirdi. Rusiya Xarici İşlər Nazirliyi Buxaresti “ictimai şüuru manipulyasiya etmək üçün “Rusiya təhlükəsi”ni şişirtməməyə” çağırıb.

VƏLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri