Rumıniyada sulfat turşusu sızması: Magistral yol bağlandı, insanlar təxliyə edilirlər
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rumıniyada sulfat turşusu sızması səbəbindən magistral yol bağlanıb və insanlar təxliyə edilirlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə yerli "Digi 24" xəbər kanalı məlumat verib.
Məlumata görə, sızma avtosisternin mərkəzi klapanında baş verib. Nəticələrin aradan qaldırılması üçün kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinin qarşısını alan mütəxəssislər cəlb ediliblər.
"Bazar ertəsi səhər saatlarından Komarnik şəhəri ərazisindəki Praxova dairəsində avtosisterndən sulfat turşusu sızması xəbərindən sonra DN1 milli avtomobil yolu bağlanıb. Dairə hakimiyyəti bu ərazidə əhalinin təxliyəsi barədə məlumat verib", - deyə məlumatda bildirilib.
Hazırda hadisə yerindən 100 metr radiusda və cənub-şərq istiqamətində 500 metr məsafədə sakinlər təxliyə ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 31 Mart 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















