Icma.az
close
up
RU
“Rus ayısı ilə Amerika öküzü arasındakı zavallı ingilis eşşəyi“… III Çarlz Kanadanı müdafiə edəcəkmi?

“Rus ayısı ilə Amerika öküzü arasındakı zavallı ingilis eşşəyi“… III Çarlz Kanadanı müdafiə edəcəkmi?

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

"Kanada heç vaxt (Amerikanın ) 51-ci ştatı olmayacaq. Nöqtə. Biz böyük və müstəqil ölkəyik”.

Kanadanın istefa vermiş Baş naziri Justin Trudeau-nun yerinə keçəcəyi gözlənilən xanım Chrystia Alexandra Freeland D.Trampın “Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır” iddiasına cavab olaraq belə deyib. 

2019-2024-çü illərdə Baş nazirin müavini olan xanım Freeland bildirib ki, Kanada nüvə ölkəsi olan Böyük Britaniya və Fransanın dəstəyi ilə özünü Amerikadan qorumalıdır. O, təklifini belə əsaslandılrıb: “Çünki onların nüvə arsenalları "Birləşmiş Ştatların təhlükə yarada biləcəyi bir vaxtda" Kanadaya kömək edə bilər".

Gələcək Baş nazir bu barədə “The Telegraph”  qəzetinə deyib: “ D.Tramp  Vladimir Putinin Ukraynanın sərhədlərini dəyişdirmək cəhdini dəstəkləyir, çünki Tramp bizim sərhədlərimizi də yenidən cızmaq istəyir”.

Kanada ümid edir ki, bu ölkənin də dövlət başçısı sayılan Britaniya kralı III Çarlz Trampın Kanadanın ilhaqı ilə bağlı bəyanatlarını pisləyəcək.  elə bu ümidlə də Trudeau bugünlərdə monarxın kral iqamətgahı Sandringhamda, Norfolkda, İngiltərənin şərqində kralla görüşüb.

Xatırladım ki, Kanada Millətlər Birliyinə (ing. Commonwealth of Nations) üzv olan 56 ölkədən biridir. Britaniya kralı III Çarlz həm də bu sırada yer alan Kanadanın rəhbəri sayılır. Elə ABŞ-ın özü də bir ingilis ölkəsidir. Düzdür, onlar bu birliyə daxil deyillər. Bir vaxtlar ABŞ da bu birliyə daxil olmağa maraq göstərib, ancaq sonda fikrindən vaz keçib...

Gördüyünz kimi, kollektiv Qərb dediyimiz dövlətlər birliyində ciddi parçalanma müşahidə olunur. Düşünün ki, Kanada Britaniya və Fransadan almaq istədiyi nüvə silahlarının hesabına ABŞ-la hərbi qarşıdurmaya hazırlaşır. 

Kanada nədən Fransanı da özünə müttəfiq kimi görür? Çünki Kanadanın Kvebek əyalətində fransızdilli əhali yaşayır. 41 milyon əhalisi olan Kanadada 9 milyon nəfər fransızca danışır. Fransız dili ingilis dili ilə yanaşı Kanadanın dövlət dilidir. 

Tarixdən məlumdur ki, 1967-ci ildə Fransanın 18-ci prezidenti Şarl de Qoll  (Charles de Gaulle 1959-1969) Kvebekdə 100 min nəfərin qarşısında “Yaşasın azad Kvebek” şüarı səsləndirdi. Beləliklə də bu əyalətin Kanadadan ayrılmasına və Fransaya birləşməsinə dolayısı ilə çağırış etdi. Düzdür, bu çağırış Fransaya çox baha başa gəldi. Ancaq ABŞ Kanadanı ələ keçirmək istəsə, Kvebek yenidən separatçıların məkanına dönəcək. Bəribaşdan bəllidir ki, farnsızdillilər ABŞ-la birlikdə yaşamaq istəməyəcək. Bu da əlavə problemlərə yol aça bilər...

O da aydındır ki, Böyük Britaniyanın adındakı "böyük" sözü gəlişi gözəl söz deyil. Britaniya həqiqətən də böyük bir dünya gücüdür. 
Hazırda Britaniya da çıxılmaz vəziyyətə düşüb. Ancaq bu, bir ilk deyil. II Dünya müharibəsi zamanı da belə bir şey yaşanmışdı. O vaxt ABŞ və Rusiya arasında sandviç kimi sıxılan Böyük Britaniyanın 2 dəfə  Baş naziri seçilmiş siyasi nəhəngi ser Vinston Leonard Spenser Çörçill etiraf etmişdi ki, Britaniya “bir tərəfdə böyük rus ayısı ilə digər tərəfdən isə “böyük Amerika öküzü (söhbət vəhşi öküzdən gedir) ” arasında qalan “zavallı  ingilis eşşəyi”nə bənzəyir. Ancaq yalnız kiçik Britaniya çətin vəziyyətdən çıxmağın doğru yolunu bilir...

Mən əminəm ki, Böyük Britaniya bu dəfə də xaosa sürüklənən dünyanın hüzura qovuşmasını təmin edə bilər. Xatırladım ki, Britaniya dünyada ən böyük imperiyanı yaradan ölkədir. Əsirlərə söykənən beynəlxalq miqyaslı siyasi təcrübəsi var. Ona görə də Britaniya heç bir halda Amerika ilə Kanada arasında hər hansı hərbi qarşıdurmanın baş verməsinə imkan verməz. ABŞ-ın, eləcə də Kanadanın daxilində buna qarşı çıxacaq on milyonlarla insan var. O insan selinin qarşısında D.Tramp və onun əhli-kef administrasiyası duruş gətirə bilməz. 

Elbəyi Həsənli. Sürix

mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://mia.az
archiveBu xəbər 10 Mart 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri