Icma.az
close
up
RU
Rus bölməsi üçün çətin dövr başlayır: Nazirin anonsu nəyə işarədir?

Rus bölməsi üçün çətin dövr başlayır: Nazirin anonsu nəyə işarədir?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Tədrisi müxtəlif xarici dillərdə, xüsusilə də rus dilində aparılan məktəblərlə bağlı müzakirələr davam edir.  

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına müsahibəsi zamanı deyib ki, tədrisi digər dillərdə aparılan siniflərdə Azərbaycan dilinin həftəlik dərs saatı artırılıb. Bu da həmin siniflərdə Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəldəcək. Nazir bildirib ki, tədrisi digər dillərdə aparılan siniflər üçün buraxılış imtahanlarının məzmunu baxımından da dəyişikliklər nəzərdə tutulmalıdır:

"Ali təhsil müəssisələrinə qəbul məsələsi də müzakirə olunan məsələlərdəndir. Çünki qəbul prosesi zamanı tədris digər dillərdə olan siniflərlə Azərbaycan bölməsi ayrı-ayrı şkalalar üzrə aparılır, bu da ayrı-ayrı keçid ballarının olmasına gətirib çıxarır. Azərbaycan dilinin vacib olduğu ixtisaslarda, xüsusilə "Tibb" və "Hüquq" kimi ixtisaslarda müsabiqənin eyni şkala üzrə aparılması vacibdir".

Nazir qeyd edib ki, tədrisi digər dillərdə aparılan sinfi bitirən şagirdin daha aşağı balla eyni ixtisası seçə bilməsi ədalətli deyil: "Həmkarlarımızla birlikdə bu məsələnin üzərində işləyirik. Yenə deyirəm, Azərbaycan vətəndaşlarının Azərbaycan dilində səlis, dürüst danışması Azərbaycan təhsilinin prioritetidir. Fərqi yoxdur ki, hansı dildə tədris alırlar, burada kompromisə yer yoxdur".

Qeyd edək ki, son vaxtlar müəllim çatışmazlığı səbəbilə tədrisi rus dilində olan məktəblərin sayında azalma müşahidə edilir. Onu da vurğulayaq ki, uşaqların tədrisi rus dilində olan məktəblərə oxuması heç də birmənalı qarılanmır. Bu isə müxtəlif amillərlə izah edilir. Belə ki, övladının rus dilində oxumasını prestij hesab edənlərlə yanaşı, məhz bu dildə təhsil alanların daha az bal toplamaqla ali məktəbə qəbul imkanını ədalətsiz hesab edənlər də var. Onların arqumentinə.əsasən, niyə dövlət vəsaiti hesabına xarici dildə təhsil alan vətəndaş daha aşağı balla ali məktəbə qəbul olmalıdır?    

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Cebheinfo.az”-a bildirib ki, xarici dillərdə, o cümlədən rus dilində tədrislə bağlı uzun müddətdir müzakirələr gedir:

“Müxtəlif yanaşmalar var, proseslər gedir. Bu baxımdan, bizim qarşımızda duran ən vacib məsələlərdən biri, hər bir Azərbaycan vətəndaşının dövlət dilini yüksək səviyyədə bilməsidir. Heç şübhəsiz ki, hər bir  vətəndaş mütləq şəkildə Azərbaycan dilini bilməli,  danışmağı bacarmalıdır. Hər bir azərbaycalı da buna əməl etməlidir. Yeni yanaşma ondan ibarətdir ki, məktəblərimizdə bu istiqamətdə addımlar atılmaqdadır. Bu məqsədlə ardıcıl, sistemli tədbirlər həyata keçirilməkdədir. Burada məsələnin əsas mahiyyəti odur ki, digər dillərdə tədrisi olan məktəblərdə Azərbaycan dili tədris olunmur. Eyni zamanda, belə bir məsələ var ki,  rus dilində ali məktəbə qəbul prosesinin daha asan olduğunu bildikləri üçün belə addımlar atırlar. Burada da cəmiyyəti zaman-zaman narahat edən məsələlər olur.

Bir məqamı xüsusi nəzərə almalıyıq ki, bizə Azərbaycan, rus, ingilis  dilində də mütəxəssislər lazımdır. Bu gün həmin məsələdə yanlış mövqe tutmağı, “bütün bu məktəblər bağlanmalıdır” deməyi yalnış hesab edirəm". Deputatın fikrincə, burada başqa bir məqam isə uşaqların digər dillərdə də danışması üçün addım atmasıdır: "Biz onların tamamilə ali təhsil almasını da önləyə bilmərik.  Ona görə diqqətli olmalı və bu reallığı nəzərə almalıyıq”.       

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Rus bölməsi Ceyhun Məmmədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Sentyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri