Icma.az
close
up
RU
Rus dili işğal vasitəsi olub Tural Abbaslı

Rus dili işğal vasitəsi olub Tural Abbaslı

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bizim üçün rus dili yox, türk dili təhlükəlidir”. Bu sözləri verlişlərin birində rejissor Ayaz Salayev deyib.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, əslində dillərin təhlükəsi olmur. İnsanlar nə qədər dil bilsə, bir o qədər yaxşıdır.

Tural Abbaslının sözlərinə görə, bizim coğrafiyada rus dili heç vaxt mədəni, elmi bir dil kimi yox, daha çox işğal vasitəsi kimi istifadə olunub.

“Yəni, Rusiya rus dilindən, rus elmi, rus təhsili ilə hər zaman Azərbaycanı işğal etmək üçün bir vasitə kimi görüb. Sovet dönəmindəki bəzi dırnaqarası ziyalıların da elm adı altında Azərbaycanlıları milli-mənəvi dəyərlərindən, öz köklərindən, öz dövlətçilik ənənələrindən uzaqlaşdırmaq üçün rus dili və elmindən işğal vasitəsi kimi istifadə ediblər. Hazırda da heç kim demir ki, rus dili öyrənilməsin, rus dilinə qadağa qoyulsun. Sadəcə olaraq rus dilinin digər dillərdən heç bir üstünlüyü olmalı deyil. rus dili elm dilidirsə çin dili ondan 3 dəfə mox elm dilidir, ingilis dili 5 dəfə çox elm dilidir və eləcə də digər dillər… Niyə digər dillər də rus dili qədər təbliğ olunmur. Azərbaycanda neçə ailə var ki, öz evində fransızca, çincə, ingiliscə danışsın? Amma küçələrdə, evlərdə rus dilində danışırlar. Hətta bu məsələlər siyasi cəhətdən o qədər həyasızlaşıb ki, efirlərdə rus dilinin təhlükəli olmadığını amma türk dilinin təhlükəli olduğu deyilir. Öz danışdığı dilin türk dili olduğunu bilmirsə, əslində rus dilinin təhlükəli olduğunu ziyalının işlətməsi artıq rus dilinin nə qədər təhlükəli olmasının bir daha göstəricisidir.
Ayaz Salayevə xalqımızın gözünü açdığı üçün təşəkkür də düşür ki, rus dilinin təhlükəli olduğunu özünün təfəkkürün timsalında göstərdi. Türk dilinin təhlükəli olduğunu demək artıq müstəmləkə ziyalısına çevrildiyinin böyük nümunəsidir”.

Dəniz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Fevral 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see290

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see262

Livitt istefa verdi

13 Avqust 2026 00:16see229

Əmlak bazarı ilə bağlı proqnoz: Bahalaşma gözlənilir

12 Avqust 2026 12:01see224

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see218

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see213

KL: Kiprdə 6 qolluq şou

12 Avqust 2026 01:10see202

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see196

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see195

Yer 7 saniyəlik cazibə qüvvəsini itirəcək Alimlər həqiqəti açıqladı

12 Avqust 2026 04:42see185

Tramp: ABŞ Ukraynaya hərbi dəstək verə biləcək AB ölkələrinə silah satır

12 Avqust 2026 04:53see182

Rumıniya kömürlə işləyən İES ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər

12 Avqust 2026 05:17see181

İtlərin insanları necə “oxuduğu” məlum oldu

12 Avqust 2026 06:28see175

KL də 2 komanda pley offa adladı

12 Avqust 2026 01:40see175

İqtisadiyyatda kim qazandı, kim uduzdu? 7 aylıq rəqəmlər

12 Avqust 2026 10:54see174

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır

12 Avqust 2026 18:18see168

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see150

Bu yol demək olar hazırdır İlham Əliyev

12 Avqust 2026 01:38see149

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see149

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri