Icma.az
close
up
RU
Rus Evi ilə bağlı daha bir SENSASİON XƏBƏR Möhürlənə bilər

Rus Evi ilə bağlı daha bir SENSASİON XƏBƏR Möhürlənə bilər

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda “Rus evi”nin yerləşdiyi binanın üzərində adının rus dilində yazılması ilə bağlı aidiyyəti qanunvericilik aktları ilə Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Bu barədə ADRA məlumat yayıb. “Reklam haqqında” Qanunun 4.7-ci və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 7.1-1-ci maddələrinə görə, reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan dövlət dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. Reklam qurğularında yerləşdirilən reklamın mətnində digər dillərdən istifadə olunduğu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.

Minval.az saytı yazıb ki, Bakıda fəaliyyət göstərən “Rus evi” (“Rossotrudniçestvo”) Azərbaycan hüquq-mühafizə orqanlarının gücləndirilmiş nəzarətinə alınıb. Binanın giriş-çıxışlarına xüsusi nəzarət tətbiq edilib, əraziyə müşahidə kameraları quraşdırılıb. Eyni zamanda operativ nəzarətin də həyata keçirildiyi ehtimal olunur. Saytın apardığı araşdırmalar nəticəsində məlum olub ki, “Rus evi”nin Azərbaycanda rəsmi dövlət qeydiyyatı mövcud deyil. Bu fakt indiyə qədər müvafiq qurumların diqqətindən yayınsa da, belə bir mərkəzin hüquqi əsaslar olmadan fəaliyyət göstərməsi, qanunvericiliyə uyğun olaraq onun bağlanmasını tələb edir. Yəni “Rus evi”nin fəaliyyəti ilə bağlı ciddi suallar yaranır. USAİD-in fəaliyyəti kimi, bu təşkilatın da formal olaraq “humanitar layihələr” və “yumşaq güc” prinsipləri adı altında başqa məqsədlər güddüyü ehtimal edilir.

Qeyd edək ki, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakovdur. O, 1990-cı il 20 Yanvar hadisələrinin əsas təşkilatçılarından biri olmuş Yevgeni Primakovun nəvəsidir. Məhz Primakovun rəhbərliyi ilə sovet qoşunları Bakıda dinc əhaliyə qarşı qanlı qırğın törədib. Azərbaycan ictimaiyyəti və ekspertləri hesab edirlər ki, Bakıda qeyri-qanuni fəaliyyət göstərən təşkilatlarla bağlı addımların atılması və onların əsl məqsədlərinin araşdırılması vacibdir.

Mərkəzin bağlanması gözlənilirmi və o halda, Bakı-Moskva əlaqələrinə necə təsir göstərə bilər?

İlham İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, Bakıdakı “Rus evi”nin bağlanması hazırkı mərhələdə məqsədəuyğun deyil: ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var. Oranı göstərib “bura kəşfiyyat yuvasıdır” demək doğru deyil. Əksinə, kəşfiyyat o evi yerləşdirib ki, Bakıda belə bir yer olsun. Çünki kəşfiyyat açıq yuva qurmur! Kimsə deməz ki, mən burada oturub kəşfiyyatla məşğul olacağam. Sadəcə olaraq, Bakıda “Rus evi”nin fəaliyyəti Rusiyanın təsir gücünü göstərməsinin elementlərindən biridir. Belə evlər postsovet məkanında, digər ölkələrdə də var. Ümumiyyətlə isə Bakıda “İngilis evi” açılsa da, problem yoxdur. Sadəcə, belə mərkəzlərin fəaliyyəti qanuni olmalı, nəzarət altında saxlanmalıdır. Bakıdakı “Rus evi” rus mədəniyyətini hansısa bir şəkildə təbliğ edən humanitar obyekt olmalıdır".

İlham İsmayıl deyib ki, Bakıda “Rus evi”nin bağlanması Rusiya-Azərbaycan münasibətlərinə əlavə gərginlik gətirə bilər. Ekspert bildirib ki, normal münasibətləri saxlamaq üçün “Rus evi”nin fəaliyyətini qanuniləşdirmək lazımdır. Bundan əvvəl bağlanan Bakıdakı İran Mədəniyyət Mərkəzinin fəaliyyətinin qanunsuz olduğundan danışan İlham İsmayıl deyib: “Həmin mərkəzin məqsədi Azərbaycanda şəriət dövləti qurulmasına xidmət etmək idi. "Rus evi"nə nəzarət etməklə humanitar məqsədlərlə fəaliyyətinə icazə vermək lazımdır. Sadəcə, qanundankənar fəaliyyətə imkan verilməməlidir".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:317
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Fevral 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri