Icma.az
close
up
RU
Sensasion xəbər: “Bakı hazırlaşır, Trampla...”

Sensasion xəbər: “Bakı hazırlaşır, Trampla...”

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Türkiyə arasında hərbi-strateji anlaşma - Şuşa Bəyannəməsi ölkəmiz üçün güclü, dayanıqlı, ən vacibi, işlək bir təhlükəsizlik çətiridir.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Ermənistanın rəsmi şəxsləri və ictimai fikir adamları bu müqavilə ilə bağlı hay-küy salmışdılar ki, Şuşada imzalanan sənəd məhz Ermənistana qarşıdır:

“Mən bir neçə dəfə elə Ermənistanda yayımlanan TV kanallara müsahibələrimdə onlara başa salmağa çalışdım ki, özünüz haqqınızda çox yüksək fikirdəsiniz, bu müqavilə kiçik Ermənistana qarşı deyil, sizə ordumuz bir kənara, elə yol polisimiz bəs edər. Şuşa Bəyənnaməsi Azərbaycana daim Şimal və Cənubdan gələn təhdidləri yox etmək, Rusiya və İranı çəkindirmək üçün imzalanıb. Azərbaycan-Türkiyə stateji ittifaqı Cənubi Qafqazın əsas güc və təhlükəsizlik mənbəyidir.

Dünən Ermənistanın ABŞ ilə imzaladığı əməkdaşlıq müqaviləsi ciddi müzakirə olunur, bu mənada bir neçə vacib məqamı vurğulamaq lazımdır:

- Gedər ayaq olan Bayden administrasiyası ilə imzalanan bu sənədin işlək olması sual altındadır;

- Bu müqavilə Azərbaycana qarşı deyil, bizim bu sənədi belə təqdim etməyimiz yanlışdır, sənəd Rusiya və İrana qarşı imzalanıb. Qoy elə Rusiya və İran narahat olub, Ermənistanla münasibətlərini aydınlaşdırsınlar. Bizim mövqeyimiz belə olmalıdır ki, zatən Azərbaycan haqlı və hüquqi cəhətdən üstündür, biz Cənubi Qafqazda sülh və əminəmənlığın bərqərar olmasına çalışırıq;

- Ermənistanda Rusiya hərbi bazaları var. Ermənistanın Rusiyadan iqtisadi-siyasi asılılığı dəhşətli dərəcədədir. Rəsmi İrəvanın ABŞ ilə müqaviləsi Rusiyanı əsəbləşdirib, Ermənistana qarşı hansısa hərəkətə keçirəcəksə, əsas məsələ odur ki, biz bu məsələdən tam kənarda qalaq, özləri bilərlər;

- Bu gün Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsi üçün əsas mərkəzlərdən biridir, əsasən də Rusiyanın qiymətli daşlar və qızıl alveri Ermənistan üzərindən gedir. Rusiya Ermənistan üzərindən özünə lazım olan yarımkeçiricilər və elektron avadanlıqlar alır. ABŞ, Qərb bunu görmür? Görür, sadəcə sərf edir, özü də hamıya sərf edir. İndi görək bu mexanizm dağılacaqmı? Düşünmürəm. Ermənistanın hər iki stulda oturmaq istəyi hər iki tərəfi qıcıqlandıracaq, bizə gözləmək düşür”.

Natiq Cəfərli vurğulayıb ki, Ermənistanın Cənubi Qafqazda təhlükəsiz yaşamasına, inkişaf etməsinə tək bir ölkə - Türkiyə zənamət verə bilər:

“Gec-tez məhz bu konsepsiya qalib gələcək.

Azərbaycan isə Tramp administrasiyası ilə stareji əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır, bunun anonsunu eşitmişik. Məncə, doğru qərar olacaq. Bundan başqa, son 6-7 ayda, hətta Trampın qalib gələcəyi ehtimalının aşağı olduğu dövrlərdə belə, bir neçə dəfə publik çıxışlarımda demişdim, indi də bu fikirdə qalıram – Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında normallaşma sənədləri məhz Trampın iştirakı ilə imzalanacaq. Çünki ən rahat imzalana biləcək 90, hətta Ermənistanın ATƏT-in Minsk Qrupu kimi mənasız qurumunun ləğvinə razı olması ilə 95 faizlik hazır sənəd var.

Trampın “mən dünyaya sülh gətirəcəm” mesajını təsdiq edəcək ilk addım kimi Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan sənədləri imzalanacaq. Bundan sonra Cənubi Qafqazdan Rusiyanın məhz Azərbaycan və Türkiyənin addımlarına görə sıxışdırılması daha da sürətlənəcək. Ona görə də dünən Ermənistan-ABŞ arasında imzalanan sənədə təmkinli yanaşmalıyıq, bu sənədin Azərbaycana qarşı olduğunu söyləmədən, Rusiya və İrandan Ermənistana qarşı gələcək “qapazları” bu işə qarışmadan gözləməliyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 15 Yanvar 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri