Icma.az
close
up
RU
Paltaryuyan maşın niyə silkələnir və yerindən oynayır?

Paltaryuyan maşın niyə silkələnir və yerindən oynayır?

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Paltaryuyan maşının güclü şəkildə titrəməsi təkcə narahatlıq yaradan səs-küy deyil, həm də nasazlığın əlaməti ola bilər.

Lent.az xəbər verir ki, məişət texnikası üzrə ekspertlərin sözlərinə görə, paltaryuyan maşının silkələnməsinin ən geniş yayılmış səbəbi çamaşırların barabanda qeyri-bərabər yerləşməsidir. Xüsusilə hamam xalçaları, yorğan və digər ağır əşyalar yuyularkən onlar barabanın bir tərəfində toplana bilər. Məişət texnikası üzrə mütəxəssis Emi Çernoff bildirib ki, maşının düzgün səviyyədə quraşdırılmaması və ya ayaqlarının boş olması da güclü vibrasiyaya səbəb ola bilər.

Onun sözlərinə görə, əksər hallarda problemi sadə şəkildə həll etmək mümkündür. Bunun üçün paltarları barabanda yenidən paylamaq və ya maşının ayaqlarını düzgün tənzimləmək kifayət edir. Lakin paltaryuyan maşın hər yuma zamanı, hətta boş olduqda belə güclü şəkildə silkələnirsə, bu, daha ciddi nasazlıqdan xəbər verə bilər. Mütəxəssislər bunun asqı sisteminin hissələrinin köhnəlməsi və ya peşəkar müdaxilə tələb edən başqa problem ilə əlaqəli ola biləcəyini bildirirlər.

Güclü silkələnmənin ciddi problem olduğunu necə anlamaq olar?

Mütəxəssis Şon Merfinin sözlərinə görə, müəyyən qədər vibrasiya normaldır. Amma paltaryuyan maşın fiziki olaraq irəli-geri yellənir, yan tərəfə əyilir və ya yerindən oynayırsa, balans sistemi ilə bağlı problem ola bilər. Ekspert qeyd edib ki, belə hallar çox vaxt asqı sisteminin köhnəlməsi ilə əlaqəli olur. Paltaryuyan maşının modelindən asılı olaraq, çəni saxlayan bir neçə asqı çubuğu və ya amortizasiya sistemi ola bilər. Bu hissələr zaman keçdikcə köhnəlir və dəyişdirilməli olur. Mütəxəssisin sözlərinə görə, belə nasazlıq ilk baxışdan bahalı görünə bilər, lakin əksər hallarda təmir mümkündür və iqtisadi baxımdan sərfəli sayılır. Asqı sisteminin elementləri paltaryuyan maşınlarda ən çox dəyişdirilən hissələr arasındadır. Çünki yuma və sıxma zamanı əsas yük məhz onların üzərinə düşür.

Emi Çernoff paltaryuyan maşının dörd ayaq üzərində möhkəm dayanıb-dayanmadığını yoxlamağı tövsiyə edir. Bunun üçün maşının künclərinə yüngülcə təzyiq etmək olar. Əgər maşın asanlıqla yellənirsə, ayaqların tənzimlənməsi lazım ola bilər. Bundan əlavə, maşının divara, su şlanqlarına və ya yanındakı mebelə toxunmadığına əmin olmaq lazımdır. Əgər paltaryuyan maşın yaxın zamanda quraşdırılıbsa, nəqliyyat boltlarının çıxarılıb-çıxarılmadığını da yoxlamaq vacibdir. Bu boltlar maşının daşınması zamanı barabanı sabit saxlamaq üçün istifadə olunur. Onlar quraşdırıldıqdan sonra çıxarılmasa, maşın yuma və sıxma zamanı çox güclü titrəyə bilər.

Barabanı belə yoxlamaq olar

Şon Merfi sadə yoxlama üsulu da təklif edib. Onun sözlərinə görə, barabanın mərkəzi hissəsinə əllə aşağı istiqamətdə təzyiq etmək lazımdır. Baraban aşağı doğru hərəkət etdikdən sonra dərhal əvvəlki vəziyyətinə qayıtmalıdır. Əgər barabanı buraxdıqdan sonra o, bir neçə dəfə yuxarı-aşağı sıçrayır və irəli-geri yellənirsə, bu, asqı çubuqlarının köhnəlməsinə işarə edə bilər. Normal halda barabanda böyük boşluq və ya həddindən artıq hərəkət olmamalıdır.

Beləliklə, paltaryuyan maşının güclü silkələnməsinin səbəbi sadə balans problemindən tutmuş asqı sistemində nasazlığa qədər müxtəlif ola bilər. Problem hər yuma zamanı təkrarlanırsa və maşın yerindən nəzərəçarpacaq dərəcədə hərəkət edirsə, mütəxəssisə müraciət etmək məsləhətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Oktyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri