Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

“RUS EVİ”NİN BAĞLANMASI ŞOVİNİSTLƏRƏ “OD QOYUR” Zatulin, Primakov, Zaxarova və onların sahibləri nədən narahatdır?

“RUS EVİ”NİN BAĞLANMASI ŞOVİNİSTLƏRƏ “OD QOYUR” Zatulin, Primakov, Zaxarova və onların sahibləri nədən narahatdır?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq çoxlarının yadından çıxıb ki, hələ 8 il əvvəl, 2017-ci ilin əvvəlində Rusiyadakı azrbaycanlıları birləşdirən Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) tamamilə uydurma və əsassız bəhanələrlə(guya Rusiya qanunvericiliyini pozub) Kreml tərəfindən ləğv edildi. Rusiya Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin bununla bağlı iddiasını təmin edərək, rəsmi qeydiyyatı olan ÜAK-ın fəaliyyətinə xitam verdi.

Həmin vaxt Azərbaycan-Rusiya parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Əli Hüseynli Rusiyada rəsmi sayı yüz minlərlə ölçülən, əslində isə milyonu keçən azərbaycanlılara qarşı bu qərara sərt münasibət bildirmişdi: "Araşdırsaq görərik ki, Rusiyanın özünün də qanunvericiliyində müəyyən səhvlər var. Eyni zamanda, “Azərbaycan rus icması”nın sənədlərində də səhvlər var. Amma bizim Ədliyyə Nazirliyi onlarla əməkdaşlıq edir və onun ləğvi barədə heç düşünmür. Ancaq Rusiyanın Ədliyyə Nazirliyinin heç bir əsas olmadan və gözlənilmədən bu qurumun ləğvi ilə bağlı qərar verməsi bizdə suallar yaradır”.

Qeyd edək ki, ÜAK-dan fərqli olaraq, Azərbaycan Rus İcması təşkilat kimi Azərbaycanda fəaliyyətini bu gün də davam etdirir və hətta cəmi 3 ay əvvəl onun Azərbaycan Dövlət Musiqili Komediya Teatrında təmtəraqlı şəkildə II qurultayı da keçirildi. 80 min nəfəri birləşdirən 49 şəhər, rayon və bölgə təşkilatından qurultaya 391 nümayəndə seçildi və sair. Qeyd edək ki, Azərbaycanın rus əhalisi rəsmən təxminən 170 min nəfərdir. Yəni, Rusiyada yaşayan azərbaycanlılardan dəfələrlə, bəlkə də 10 dəfələrlə az. Buna baxmayaraq, onların Azərbaycanda böyük təşkilatları fəaliyyət göstərir, qurultayları keçirilir və s. Hələ Azərbaycandakı yüzlərlə rus məktəblərini demirik. Rusiyadakı azərbaycanlıları birləşdirən ÜAK isə hələ 8 il əvvəl artıq ləğv olunub, bu ölkədə azərbaycanlılara qarşı törədilən digər haqsızlıqlar, özabaşınalıqlar isə hamıya bəllidir…


Bütün bunlara baxmayaraq, zatən indiyə qədər agent şəbəkəsi ölkəmizin dövlət strukturlarına, hətta parlamentə qədər uzanan Moskvanın, üstəgəl, hələ Azərbaycana qarşı açıq düşmənçiliyi və cinayətləri ilə tanınmış Yevgeni Primakovun eyni adı daşıyan nəvəsinin başçılıq etdiyi “Rossotrudniçestvo” dövlət qurumuna aid “Rus Evi” kimi əlavə “qaranlıq işləri” olan təşkilatı da var(idi). Yeri gəlmişkən, ÜAK-dan fərqli olaraq, “Rus Evi”-nin Azərbaycanda rəsmi qeydiyyatı belə olmayıb! Odur ki, onun qapadılması həm hüquqi, həm milli təhlükəsizlik, həm də sırf ədalət prinsipi baxımından tam qanunauyğundur.

“Qarabağdan sonra Bakının Moskvaya ehtiyacı yoxdur…”

Gözlənildiyi kimi, Azərbaycanın “Rus Evi”-nin bağlanması tələbilə çıxış etməsi Kremlə yaxın təbliğatçıları, rus eliatsının şovinist və imperiyaçı kəsimini hərəkətə keçirib, onların qəzəbinə səbəb olub, “el dili” ilə desək, hətta onlara “od qoyub”. Rusiya sosial şəbəkələrində və mətbuatında Azərbaycana qarşı iftiraların, böhtanların, eləcə də azərbaycanlıların Rusiyadan qovulması ilə bağlı çağırışların sayı-hesabı yoxdur. Elə rəsmi şəxslər də bu həyasız və çirkin kampaniyaya öz “töhfələrini” verməkdədir. Onlar da Bakının sərt və haqlı addımlarını həzm edə bilmirlər.

Məsələn, Rusiya Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, Azərbaycanı özünün “qanlı düşməni” kimi görən, ermənipərəst Konstantin Zatulin Azərbaycan hakimiyyətinin “Rossotrudniçestvo”nun ölkədəki nümayəndəliyinin bağlanması tələbinə belə münasibət bildirib: “Azərbaycan hakimiyyətinin real siyasəti tamam başqadır. Onlar Türkiyənin müttəfiqləridir və Xəzər dənizi zonasında, Mərkəzi Asiya və Qafqazda öz maraqları ilə yanaşı, Türk maraqlarını da irəli sürürlər”.

Zatulinin dediyinə görə, “dağlıq Qarabağdan sonra Bakının artıq Rusiyaya ehtiyacı yoxdur”.


Rusiyanın rəsmi mövqeyini XİN sözçüsü Mariya Zaxarova açıqlayıb. O, “bəlkə qaytardılar” prinsipindən çıxış edərək, “Rus Evi”-nin Azərbaycanda qeydiyyatdan keçiriləcəyinə hələ də ümid etdiklərini söyləyib: “Moskva Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (“Rus Evi”) Azərbaycan paytaxtında qeydiyyata alınması ilə bağlı Bakının tələblərini yerinə yetirməyə hazırdır”.

Lakin məlum məsələdir ki, Zaxarovanın dedikləri “topuğa dəyən daş” kimi sonradan atılan və gecikmiş addımdır...

Əvvəlcə Azərbaycan mediasını “Rus Evi”-ni casus yuvası adlandırdığı üçün məhkəmə ilə hədələyən “Rossotrudniçestvo”-nun başçısı Yevgeni Primakovun isə rəsmi Bakının notasından sonra bir növ “köpü alınıb”. İndi o, Azərbaycanın “Rus Evi”-ni bağlaması qərarını AZAL təyyarəsinin vurulması ilə əlaqələndirir.

Primakov son açıqlamasında deyib ki, təyyarənin vurulması onun başçılıq etdiyi “Rossotrudneçestvo”-nun günahı deyil. Dasha sonra rus eliatsının miskinliyini bir daha nümayiş etdirən Primakov “Rus Evi”nin ətrafında baş verənləri Azərbaycan təyyarəsinin vurulmasıyla bağlı “həddindən artıq emosionallıq” adlandırıb. Yəni, Azərbaycan tərəfi guya çox emosional davranaraq(?), sərnişin təyyarəsinin vurulmasına və günahsız vətəndaşlarının ölümünə sərt reaksiya verir.

Təbii ki, Ukraynadakı müharibə ilə bir daha öz vətəndaşlarının həyatına bir qara qəpiklik dəyər vermədiyini nümayiş etdirən Rusiya və Kreml üçün Azərbaycan tərəfinin kəskin reaksiyası anlaşılmazdır...

“Putin və Rusiya rəhbərliyi özünü insan kimi aparsaydı...”

Ümumilikdə rəsmi Bakının bu qərarı və Rusiyaya verilən diplomatik nota demək olar, bütün MDB məkanındakı media və ekspertlər müstəvisində olduqca müsbət və cəsarətli addım kimi qarşılanıb. Azərbaycanın son rəsmi notasında təyyarəmizin vurulması barədə heç nə deyilmir, buna baxmayaraq, əksər ekspertlər Bakının sərt mövqeyini məhz bununla və Kremlin həmin cinayətə qeyri-adekvat, saymazyana münasibətilə əlaqələndirirlər. Həmçinin, qeyd edirlər ki, “Rus Evi” adı altında MDB məkanında fəaliyyət göstərən bütün mərkəzlər casus-kəşfiyyat yuvasından başqa bir şey deyil və digər dövlətlər də eyni addımı atmalıdırlar.

Məsələn, hətta Azərbaycana qarşı heç də hər zaman birmənalı çıxışları ilə tanınmayan ukraynalı jurnalist Vitali Portnikov da rəsmi Bakının qərarını dəstəkləyib və bunu Rusiyanın təyyarənin vurulmasından dərhal sonrakı “insanlıqdan kənar” davranışları ilə əlaqələndirib: ”Moskva gözləyirdi ki, Azərbaycan rəhbərliyi bu hadisəyə necə reaksiya verəcək. Onlar hesab edirdilər ki, postsovet məkanında heç kim Rusiya rəhbərliyinə qarşı rəsmi tələblər irəli sürə bilməz. Ancaq İlham Əliyev gözlənildiyi kimi, başqa yolla getdi... O, həmvətənlərinin ölümünə biganə qala bilməzdi... Azərbaycan Türkiyənin dəstəyinə və Moskva ilə məsafə saxlamaqda davam etməyə ümid edir. Azərbaycan təyyarəsilə bağlı fəlakət xatırlatdı ki, Bakının belə imkanları var. Əlbəttə ki, Vladimir Putin və Rusiya rəhbərliyindəki digər şəxslər özlərini(təyyarənin vurulmasından sonra) insan kimi aparsaydılar, bəlkə də Azərbaycanın bu ölkədəki Rusiya nümayəndəliklərinə qarşı sərt addımlarına ehtiyac qalmazdı... Rusiya hakimiyyəti özünü sivil aparmayınca, hansı ki, o, buna heç qadir də deyil, ”Rus Evləri” özgə torpaqlarda getdikcə daha da azalacaq”.

C.Məmmədov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Fevral 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri