Icma.az
close
up
RU
Rus memar N.Şangin Qarabağ abidələrinə kitab həsr edir, tarixçilərimiz isə ağzına su alıb

Rus memar N.Şangin Qarabağ abidələrinə kitab həsr edir, tarixçilərimiz isə ağzına su alıb

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyada bir memar var, Nikita Şangin! İctimai-siyasi xadim kimi tanınır. Onu məşhur edən Moskvada Böyük Teatrın yenidən qurulmasının baş memarı olması yox, Rusiya Televiziyasının “Nə, Harada, Nə vaxt?” şousunun qalibi olmasıdır. 


Əslində onu ermənilərin işinə yaramasını anlayan erməni lobbisi məşhur edib. Riyakar ermənilərə ikiüzlü, şovinist, pulgir və vicdansız rus çox lazım olduğu üçün təcili onu diasporanın pulu ilə ələ aldılar. Elə ondan sonra rus Nikita Şanqan oldu ermənidən daha çox erməni!
Azərbaycan ictimaiyyəti isə onu 2020-ci ildəki 44 günlük müharibə zamanı tanıdı.

Həyasızlıqda ermənilərdən geri qalmayan rus arxitektor 30 illik işğala son qoyarkən, Şanqin erməni və rus mediasına belə bir açıqlama verirdi: Azərbaycan işğalçı, xəstə cəmiyyəti olan nasist dövlətidir və elə o açıqlama sırasında Qarabağda 30 illik işğala, deportasiya və soyqırıma imza atmış ermənilərin ünvanına da bu fikirləri söylədi:”Mən erməni xalqının müdrikliyinə heyranam”.
Erməniləri qələbəyə , yenidən döyüşə həvəsləndirmək üçün belə qızışdırıcı bir məsləhətə bənzər fikirdə dedi:”Əgər Ermənistan Dağlıq Qarabağı itirsə, Rusiya da Ermənistanı itirəcək”.
Yeri gəlmişkən, memarın tərcümeyi halında anası tərəfdən avar olduğu, məşhur qiyamçı Hacı Muradın nəslindən olduğu da bildirilir.Yəni, Hacı Muratın kiçik qızı Ümmə Muratovnanın nəvəsidir.

 Uzun sözün qısası,  bu qədər erməni olan rus az görmədik.


Adalet.az xəbər verir ki, Moskvada yaşayan ictimai-siyasi xadim və erməni lobbi təşkilatının üzvü Yuri Navoyan Nikita Şanqinin yeni kitabını çap etdirib. “Dağlıq Qarabağın memarlıq incilərini kim və kimin torpağında tikib?”adlı uydurma və saxta faktlarla yazılan “tarixi-memarlıq tədqiqat” “əsəri” silsilə şəkildə əvvəllər erməni və rus mediasında işıqlandırılıb.
Təəssüf ki, Azərbaycan tarixçiləri  - konkret olaraq AMEA Tarix və Etnologiya İnstitutu Şanginin saxtakarlığını ortaya qoyacaq heç bir hərəkət etməyiblər. Hətta məsələ ilə bağlı Rusiya Memarlar İttifaqına etiraz məktubu da göndərməyib.
Qeyd edək ki, Nikita Şanqin Rusiya əməkdar memarı, professor, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin üzvü, Rusiya Memarlar İttifaqının və Rusiya Milli Memarlıq Mükafatlarının laureatıdır.


Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Fevral 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri