Rusiya ABŞ ni İranı vurmamağa çağırdı “Region üçün ciddi nəticələrə səbəb ola bilər...”
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiya ABŞ-ni İranın nüvə infrastrukturuna zərbə endirməməyə çağırır, çünki bu mənfi nəticələrə gətirib çıxara bilər”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"ABŞ-nin İrana qarşı hərəkətlərinin nəticələri, xüsusən də nüvə obyektlərinə yönəlibsə, bütün region üçün ciddi nəticələrə səbəb ola bilər", - nazir müavini qeyd edib.
Qeyd edək ki, bu, Moskvadan İran - ABŞ gərginliyi ilə bağlı ilk açıqlamadır. Məlumdur ki, İranın Ali dini lideri Seyid Əli Xamenei ABŞ Prezidenti Trampın təhdid dolu məktubuna eyni tonda cavab verib. Bundan sonra Tramp İranın bombalanacağı haqda açıqlama verib, dini lider də İran artilleriyasının müharibəyə hazır olduğunu bəyan edib. Qarşıdurma davam edir,
Birləşmiş Ştatlar hücum əməliyyatlarında istifadə olunacaq aviasiya və artilleriya sistemlərini, ağır raket və aviabombaları regiondakı hərbi bazalarına toplayır. Ekspertlərə görə, uzlaşma olmazsa, il ərzində regionda genişmiqyaslı qanlı müharibə mümkündür.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 02 Aprel 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















