Icma.az
close
up
RU
Rusiya ABŞ nin verdiyi vaxtdan istifadə edib Ukraynaya hücumları intensivləşdirir POLİTOLOQ FOTO

Rusiya ABŞ nin verdiyi vaxtdan istifadə edib Ukraynaya hücumları intensivləşdirir POLİTOLOQ FOTO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Son həftələrdə Rusiya-Ukrayna müharibəsində dərinləşmə prosesinin artması beynəlxalq ictimaiyyəti, eləcə də dövlətləri ciddi narahat etməyə başlayıb. Yaranan vəziyyətlə əlaqədar ABŞ prezidenti Donald Trampın Rusiyaya əvvəlcə 50 gün, daha sonra isə 10 gün vaxt verməsi mövzusu Rusiyaya dəstək olan və federasiya ilə iqtisadi əməkdaşlığı davam etdirən dövlətlərə də mənfi təsir göstərməyə başlayıb. Trampın Çin məhsullarına tətbiq etdiyi yüksək faizli rüsumlar da Çini Rusiya ilə daha da yaxınlaşmağa məcbur edir. Politoloqların fikrincə, ABŞ-nin Çinlə iqtisadi razılığa gəlməsi, faizlərin müvəqqəti aşağı salınması Trampın Asiya və Avropada bəzi məqamlarda möhkəmlənməsi üçün vasitə hesab edilə biər. Beynəxalq ictimaiyyəti maraqlandıran sual isə Trampın niyə müharibəni dayandırmaq üçün Rusiyaya verdiyi müddəti 50 gündən 10 günə endirməsi olub.

Mövzu ilə əlaqədar politoloq Elxan Şahinoğlu Avtosfer.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə verdiyi müddəti azaltmasının məqsədi Kremlə qarşı siyasəti sərtləşdirməkdir.

“Məsələ burasındadır ki, Kreml 50 gündən “istifadə edərək” Ukraynaya qarşı işğalçı müharibəni genişləndiriblər, şəhərlər bombalanır, ölən insanların sayı artır. Yəni Kreml Trampın Rusiyaya verdiyi 50 gündən işğalı genişləndirmək üçün istifadə etməyə çalışır. Ona görə də Tramp verdiyi müddəti azaldıb. Vaşinqton Kreml və onun müttəfiqlərinə qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır.

Bu arada, Tramp Çinlə ticarət razılaşması da əldə etmək istəyir. İsveçin paytaxtı Stokholmda ABŞ və Çin nümayəndələri arasında ticarət danışıqlar başlayıb.  Məqsəd - iki ölkə arasında ticarət sazişinin imzalanmasını təmin etməkdir. Vaşinqton Pekini xəbərdar edib ki, Çin Rusiya və İrandan neft alışını dayandırsın. Pekin hələ ki, buna razı deyil. Çünki, Çin Rusiya və İrandan nefti ucuz qiymətə alır. Rusiya və İran Qərbin sanksiyalarına görə neftlərini bir çox dövlətə sata bilmirlər. Bu iki dövlətin əsas alıcısı Çindir. Pekin Rusiya və İran neftini almaqda davam edərsə, Vaşinqton Çinə qarşı sanksiyaları sərtləşdirməli olacaq. Bu ABŞ-la Çin arasında imzalanması planlaşdırılan ticarət sazişinə də mənfi təsir edəcək. Tramp Çinə təzyiqi arıtrarkən, Avropa İttifaqı ilə ticarət razılaşması əldə edib. Bu razılaşma Rusyanın Qərb ölkələrinə neft satışı imkanlarını ortadan qaldırdı. Brüsselin Vaşinqtonla imzaladığı razılaşmaya görə, Avropa ölkələri Rusiyanın yerinə ABŞ-dan neft və sıxılmış qaz alacaqlar. Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyaya baha başa gəlib. Çin üçün də müharibə mənfi nəticələrə səbəb olub”.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 İyul 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri