Icma.az
close
up
RU
Rusiya ağır müharibə cinayətlərində ittiham olundu Avropa Parlamenti kəskin qətnamə qəbul etdi

Rusiya ağır müharibə cinayətlərində ittiham olundu Avropa Parlamenti kəskin qətnamə qəbul etdi

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Avropa Parlamenti Rusiyanın Ukraynada davam edən müharibə cinayətlərini pisləyən qətnamə qəbul edib.

“AzPolitika” xəbər verir ki, sənəd iyulun 10-da keçirilən iclasda 507 deputatın lehinə, 77-nin əleyhinə, 45 nəfərin isə bitərəf səs verməsi ilə qəbul olunub.

Qətnamədə qeyd olunur ki, Rusiyanın 2022-ci ilin fevralında başladığı genişmiqyaslı işğal Avropada sülh və sabitliyi pozub, həmçinin qlobal təhlükəsizliyə ciddi zərbə vurub. Rusiya sənəddə “Avropa təhlükəsizliyinə ən ciddi və birbaşa təhdid” kimi təqdim olunur. Avropa parlamentariləri bildirirlər ki, Ukraynaya qarşı aparılan təcavüzkar müharibəyə görə bütün məsuliyyət Rusiyanın üzərindədir. Qətnamədə Rusiya Silahlı Qüvvələri və məmurlarının törətdiyi insan haqlarının pozulması halları, müharibə cinayətləri və beynəlxalq hüququn digər pozuntuları qəti şəkildə pislənilir.

Xüsusi narahatlıq doğuran məqamlar sırasında mülki əhalinin qəsdən hədəfə alınması və Ukraynanın mülki infrastrukturunun sistemli şəkildə məhv edilməsi qeyd olunur. Həmçinin, ukraynalı uşaqların Rusiyaya deportasiyası Kremlin Ukrayna xalqının milli kimliyini məhv etməyə yönəlmiş siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Ukrayna rəsmilərinin məlumatına görə, hazırda təxminən 16 min ukraynalı mülki şəxs Rusiya və onun işğal etdiyi ərazilərdə qanunsuz olaraq saxlanılır. Ümumilikdə isə 70 minə yaxın ukraynalı – uşaq, mülki və hərbçi rəsmi olaraq itkin düşmüş elan edilib.

Qətnamədə Rusiya qüvvələrinin Ukrayna əsirlərini edam etməsi kəskin qınanır və bu cinayətlər Cenevrə Konvensiyasının pozuntusu hesab olunur. Avropa Parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya rəsmilərinə qarşı apardığı istintaqları tam dəstəkləyib, habelə Avropa Şurası ilə Ukrayna arasında Rusiyanın təcavüz cinayətinə görə xüsusi tribunalın yaradılması barədə razılaşmanı alqışlayıb.

Deputatlar Ukraynada hərbi cinayətlərə görə bütün məsul şəxslərin cəzalandırılmasını tələb edir, Rusiya tərəfini isə "hamı hamıya" prinsipi ilə əsir mübadiləsinə dərhal razılıq verməyə çağırırlar.

Qətnamədə Avropa İttifaqı və onun müttəfiqlərinin Rusiyanın aqressiyasının dayandırılması və davamlı atəşkəsin təmin olunması üçün daha effektiv hərbi, iqtisadi, siyasi və diplomatik addımlar atmasının vacibliyi vurğulanır.

Avropa deputatları, həmçinin, dondurulmuş Rusiya dövlət aktivlərinin Ukraynanın xeyrinə müsadirəsi prosesinin sürətləndirilməsinə çağırıb. Onlar bildiriblər ki, bu istiqamətdə hüquqi mexanizmlər artıq mövcuddur və prosesin yubadılması Avropa hökumətləri üçün “bağışlanmaz siyasi uğursuzluq” olacaq.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 İyul 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri