Icma.az
close
up
RU
“Qədim tariximizin və mədəni irsimizin canlı şahidi Avey mağaraları”

“Qədim tariximizin və mədəni irsimizin canlı şahidi Avey mağaraları”

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Azərbaycan qədim tarixi-mədəniyyət abidələri ilə zəngin olan bir ölkədir. Əgər kitablar tarixin yazılı yaddaşıdırsa, abidələr tariximizin daş yaddaşıdır. Tarixi-mədəniyyət abidələri dedikdə, biz nələri yada salırıq? Alimlər elmi araşdırmalar aparanda onları iki aspektdə öyrənirlər: Yeraltı tarixi abidələr və yerüstü abidələr. Yeraltı qədim abidələr dedikdə - mağaralar, kurqanlar, qəbirlər və s., yerüstü abidələr dedikdə isə məişət tikililəri, qalalar, məscidlər, kümbəzlər, körpülər və s. keçmişin yadigarları yada düşür.

Zaman keçdikcə məhsuldar qüvvələrin inkişafı və inşaat texnikasının təkmilləşməsi nəticəsində süni mağaralar qazma tipli evlərlə əvəz olunmuşdur. Memarlıq sənətinin inkişafı mağaraların ömrünə son qoydu, mağaralara ehtiyac azaldı. Lakin, binalar çoxalsa da, mağaralar gözdən düşmədi, əksinə, onlar maddi-mədəniyyət abidələri kimi diqqəti daha çox cəlb etməyə başladılar.

Azərbaycan ərazisi təbiətinə görə çox zəngin və gözəl iqlimə malik olduğu üçün burada hələ çox qədim zamanlarda insanlar məskən salmışlar. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan təkcə öz iqtisadiyyatı ilə deyil, həm də mədəniyyət sahəsindəki nailiyyətləri ilə dünyada tanınıb. Tarixi keçmişimizi öyrənməklə biz öz xalqımızın, qədim dövlətlərimizin dünya tarixindəki yerini və rolunu müəyyən edə bilərik. Bunun üçün arxeologiya elminin rolu daha böyükdür.

Arxeologiya elminin ən əsas vəzifələrindən biri ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsidir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir. Arxeoloji abidələr və qədim əşyalar əsas arxeoloji mənbələr olub tarixi proseslərin araşdırılmasında mühüm rol oynayır.

Uzaq keçmişin tədqiqində ən mühüm mənbə arxeoloji tapıntılar hesab olunur. Arxeoloji mənbələr əsasında ilk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixini dəqiq öyrənmək olur. Məhs buna görə də arxeologiya elmi insanın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə tədqiq edir .

Arxeoloqlar ibtidai insan məskənləri olan mağaraları, qədim ibadətgahları, qayalar üzərində cızma üsulu ilə və ya ox ilə işlənmiş təsvirləri tədqiq edərkən qiymətli məlumat toplayır. Bu təsvirlər daş dövründən başlayaraq müxtəlif vaxtlarda insanlar tərəfindən həkk edilmişdir

Bəşər sivilizasiyasının ilkinliyini bu gün də sinəsində qoruyub saxlayan çoxlu sayda tarixi abidələr, maddi əsaslar var ki, onlardan biri də mağaralardır.

Mağaralar yer altında yaranan oyuqlardır. Mağaraları aşkar etmək çətindir. Onları çox vaxt görmək və ya müəyyən etmək mümkün olmur. Mağaraların girişi kiçik olur

Bəzən mağaralar elə balaca olur ki, içinə yalnız bir uşaq yerləşər. Elə mağara da vardır ki, böyük, quru bir otaqdan ibarətdir.

Azərbaycanın zəngin və qədim təbiəti onun ərazisində olan coxsaylı mağaraların mövcudluğu ilə tanınır. Bu mağaralar tarix boyu insanların məskəni, dini ibadət yerləri və təbiət hadisələrinin təsirlərindən qorunmaq üçün istifadə olunmuşdur .

Avey dağ mağaraları da qədim insan məskənlərindən biri olub, daş dövründən xəbər verir. İbtidai insanlar ilk sığınacağı sayılan bu mağaralarda yaşamış, əmək fəaliyyəti ilə məşğul olmuşlar. Həmçinin belə mağaralar vəhşi heyvanlardan, sərt iqlimdən, təbii fəlakətlərdən qorunmaq üçün bir məskən olmuşdur. Bütün bunlardan belə bir nəticəyə gəlmək olur ki, mağaralar insanların həyatda qalmasında, artıb, çoxalıb, inkişaf etməsində, onların təkamül prosesində mühüm rol oynamışdır.

Avey dağı Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarından biri olan dağ silsiləsidir. Daş Salahlı kəndindən 12 km uzaqlıqda yerləşir. Avey dağında qədim məbədlər, 30-a qədər süni mağaralar aşkar edilmişdir. Belə mağaralar ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur.

Belə mağaralardan biri də Avey dağının ətəyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrünə aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir az da dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m–dir. Əhəng qayalığının altındadır. Təbii çatlardan süzülən su damcılarına görə Damcılı mağarası adlanır.

Bu ərazidə ilk dəfə 1953-1957-ci illərdə arxeoloq M.M.Hüseynov tərəfindən arxeoloji qazıntılar aparılmış, Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar edilmiş, iki minə yaxın alət tapılmışdır. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişdilər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai fəaliyyətlə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişdilər. Bu mağara qədim insanların yaşayış məskəni olub. Burada aparılmış tədqiqat işləri zamanı daş dövrü adamlarının müxtəlif cinsli daşlardan alətləri və ovladıqları heyvanların yarı yandırılmış sümüklərinin qalıqları, ocaq külləri, kömür qırıntıları aşkar edilmişdir. Bu tapıntılar Damcılı mağarasında təxminən 80-100 min il bundan əvvəl neandertal tipli ibtidai adamların burada məskən saldıqlarını sübüt edən əyani dəlillərdir. Eyni zamanda, mağarada əldə edilən əmək alətləri öz forma və hazırlanma texnikasına görə aşağı paleolitə (mustye), yuxarı paleolitə və neolitə aid edilir. Bu əmək alətləri – itiuclu alətlər, qaşovlar, qəlpələr, kəsərlər, bizlər, gəzli və uclu qaşovlar və s..

Damcılı mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 7 minə qədər daş məmulatı və 2 mindən çox ovlanmış heyvanların sümükləri tapılmışdır. Damcılı düşərgəsindən tapılmış daş məmulatı içərisində mustye və levallua itiucluları, qaşov tipli alətlər, bıçaqlar, kəsici alətlər, bizlər və çoxlu istehsal tullantıları qeydə alınmışdır.

Tapılan alətlərin müxtəlif dövrlərə aid olması göstərir ki, burada uzun müddət arası kəsilmədən yaşayış məskəni olmuşdur.

Diqqət çəkən mağaralardan biri də Avey dağında Damcılı mağara düşərgəsinin yuxarısında yerləşən Damcılı məbədi adlanan mağaradır. Bu mağaradan insanlar yaşayış yeri kimi istifadə etmişlər. Mağara sonralar isə qaçaqların sığınacaq məskəni olmuşdur.İllər keçdikcə mağaraya gedən yol təbii uçqunlar nəticəsində dağıntılara məruz qaldığı üçün hal-hazırda mağaraya çıxmaq mükün deyil. Deyilənlərə görə mağaranın içərisində daşdan düzəldilimiş oturacaqlar var.

Avey dağının cənub zirvəsinin ən uca nöqtəsində - dəniz səviyyəsindən 922 metr, dağ ətəyindən isə 420 metr yüksəklikdə Alban məbədi yerləşir. V-VII əsrlərə aid edilir. Məbəd kompleksi iki tikilidən – birincisi şimal-cənub istiqamətində yerləşən düzbucaq formalı böyük əsas tikili və ikinci kiçik yardımçı tikilidən ibarətdir. Əsas tikili iki pilləli özül üzərində, qədim ay məbədinin üzərində tikilmişdir. Arxeoloji qazıntılar zamanı məbədin yaxınlığında qəbirlər və qəbirüstü daşlar aşkar edilmişdir. Onların üstü çox iri ölçülü yaxşı hamarlanmış və naxışlanmış əhəng daşları ilə örtülmüşdür. Məbədin ətrafında qəbir daşları ilə yanaşı bir neçə su quyuları da mövcuddur.

Həmçinin, Alban məbədinin ətrafında dövlət qeydiyyatına götürülmüş 10 ədəd süni mağaralar da vardır. Mağarada yaşayan insanlar su təlabatlarını ödəmək üçün yuxarıda qeyd edilən su quyularından istifadə etmişlər.

Hal-hazırda çıxılması mümkün olan mağaralar da var. Belə mağaralardan biri də Koroğlu məbədi adlanan mağaradır. Bu mağara Məmməd Koxa bulağının şimal istiqamətində, təxminən 200-250 metr məsafədə yerləşir. Bu marağaya çıxmaq mümkün olduğu üçün turistlərin ən çox ziyarət etdikləri yerdir. Mağara böyük bir otaqdan ibarətdir.

Gələcəkdə turistlərin daim baxış keçirə biləcəyi mağaralardan biri də Avey mağarasıdır. Avey mağarası Avey qoruğunun əməkdaşları tərəfindən aşkar edilmişdir. Avey mağarası Damcılı bulağı ilə Qara bulağın arasında yerləşir və Qara bulağa daha yaxındır. Qara bulaq mağaradan 30 metrlik məsafədə yerləşmişdir. Araşdırmalarımıza əsasən mağaranın dərinliyi 25 metrə qədər, hündürlüyü 5 metr bəzən 10 metrə qədərdir, eni bəzi hissələrdə 2,5 metr bəzi hissələrdə isə 3,5 metrə qədər uzanır. Mağaranın alt hissəsində çox böyük qaya daşları və zamanla yerə tökülmüş çınqıllar mağaranın mədəni təbəqəsinin üzərində 2-3 metr hündürlükdə maneə yaratmışdır.

Burada qədim zamanlarda yaşayan insanlar üçün əlverişli şəraitin olması mağarada arxeoloji tədqiqatların aparılmasına səbəb olmuşdur. Mağarada 2024-cü il tarixlərində AMEA Arxeologiya və Antropologiya İnstitunun arxeoloqları t.ü.f.d. Yaqub Məmmədov, t.ü.f.d. dosent Azad Zeynalov, t.ü.f.d. Mansur Mansurov tərəfindən kəşfiyyat işlərinə başlanılmışdır. Qazıntılar zamanı mağaradan təxminən 1,5 metr dərinlikdə orta əsrlərə aid saxsı qab qırıqları, 0,70 metrdən isə ocaq izlərinə rast gəlinmişdir. Qazıntılar zamanı mağaradan eksponatların və ocaq izlərinin tapılması gələcəkdə ərazidə kəşfiyyat xarakterli arxeoloji tədqiqat işlərinin davam etdirilməsinə imkan verir.

Avey mağaralarından bəziləri sıldırım qayalıqlarda yerləşdiyi ücün gediş-gəlişə çətinliklər törədir. Yeni aşkar edilmiş Avey mağarası isə yer səthinə yaxın olduğu üçün turistlərin ziyarət etməsi üçün əlverişlidir.

Turizmin inkişafı ilə bağlı həyata keçirilən silsilə tədbirlər çoxaldıqca bu qədim yaşayış məskənlərinə maraq da artmağa başlamışdır. Mağaralar əcdadlarımızın əmanəti olduğu üçün daha etibarlı qorunmalı, gələcək nəsillərə çatdırılmalıdır.

Müəllif : Baxşıyeva Gülmirə Ağamalı qızı

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Elmi İşçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Noyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri