Icma.az
close
up
RU
Rusiya Avropaya daxildən vurur 110 dan çox sui qəsd cəhdi aşkar edilib

Rusiya Avropaya daxildən vurur 110 dan çox sui qəsd cəhdi aşkar edilib

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2022-ci il yanvarın 1-dən 2025-ci il iyulun 31-dək Avropa ərazisində 110-dan çox diversiya, yanğın və sui-qəsd cəhdi qeydə alınıb.

Bu barədə Beynəlxalq Terrorla Mübarizə Mərkəzinin hesabatında deyilir.

“Rusiyanın Cinayət-Terror Əlaqəsi” adlı hesabatda qeyd olunur ki, Kreml bu əməliyyatlarda peşəkar casuslar əvəzinə məhkumlardan, cinayətkar qruplaşmalardan və müxtəlif kriminal şəbəkələrdən istifadə edir. Bu üsul həm inkar imkanı”yaradır, həm də əməliyyat xərclərini azaldır.

Hesabata görə, qeyd edilən dövrdə 110 hücum və ya hücum cəhdi qeydə alınıb. Onların 89-u uğurla həyata keçirilib, 21-nin isə qarşısı alınıb.

Araşdırmaya əsasən, hücumların dörddə biri yanğın və partlayış xarakterli olub. Bununla yanaşı, vandalizm, sabotaj və hədəfli sui-qəsd halları da artıb. Məsələn, Almaniyanın “Rheinmetall” şirkətinin baş direktoruna qarşı planlaşdırılan sui-qəsd kəşfiyyat məlumatı nəticəsində qarşısı alınan hadisələrdən biri olub. Həmçinin, yük təyyarələrinə yanğın cihazı yerləşdirilməsi, qatarların relsdən çıxarılması və tarixi abidələrin məhv edilməsi kimi cəhdlər də sənəddə yer alıb.

Statistikaya görə, Polşa 2023-cü ildən etibarən həm miqyas, həm də təhlükə dərəcəsinə görə ən çox zərər görən ölkə olub. Baltikyanı dövlətlər isə əsasən etnik gərginliyi artırmaq və infrastruktur obyektlərini hədəfə almaq məqsədilə həyata keçirilən sabotajlarla üzləşib.

Hesabatda vurğulanır ki, hücumlarda iştirak edənlərin əksəriyyəti cinayət keçmişinə malik şəxslərdir. Bəziləri həbsxanalardan, digərləri isə maddi çətinlik içində olan sosial cəhətdən zəif təbəqələrdən cəlb olunub. İştirakçılara ödənilən məbləğlər 10 dollardan 10 min dollara qədər dəyişib, onların yarıdan çoxu isə kimə xidmət etdiklərini dəqiq bilməyib.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri