Icma.az
close
up
RU
Rusiya silahını Avropaya tuşlayır

Rusiya silahını Avropaya tuşlayır

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynada 4 ildən çox davam edən müharibə Avropaya yayıla bilər. Son zamanlar Moskvanın bu istiqamətdə təhdidləri daha da intensivləşib. 

Üç Avropa ölkəsi – Almaniya, İtaliya və Norveç Ukraynanı müasir texnologiyaya malik olan PUA-lar ilə təchiz etmək üçün öz ərazisində müəssisələr qurmağı planlaşdırır. Bununla yanaşı, aprelin 14-də Almaniya ilə Ukrayna müdafiə sənayesi sahəsində əməkdaşlığı dərinləşdirən və xüsusilə pilotsuz uçuş aparatı istehsalını əhatə edən yeni razılaşmalar imzalayıb. Berlində keçirilən görüşlər çərçivəsində açıqlanan bu razılaşmaların Avropa miqyasında ən böyük pilotsuz uçuş aparatı istehsal təşəbbüslərindən biri ola biləcəyi qiymətləndirilir.

Almaniya kansleri Fridrix Merts ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında imzalanan sənədlər iki ölkə arasında müdafiə əməkdaşlığının miqyasını genişləndirir və Ukraynanın müdafiə sənayesinin artan rolunu nümayiş etdirir. Razılaşmaya əsasən, ortaq müəssisə modeli ilə minlərlə pilotsuz uçuş aparatı istehsal olunacaq. Artıq məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi Avropa ölkələrinə sərt xəbərdarlıq edib. Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur ki, bu cür addımlar Avropanı Rusiya ilə müharibəyə cəlb edəcək:"26 martda bir neçə Avropa ölkəsinin rəhbərliyi Ukrayna Silahlı Qüvvələrini Rusiyaya zərbələr endirmək üçün PUA-larla təchiz etmək və təchizatın sayını artırmaq qərarına gəlib. Buraya hücum dronları və onlar üçün komponentlər istehsal edən birgə müəssisələr də daxil olmaqla, Avropadakı şirkətlər üçün maliyyələşdirmənin genişləndirilməsi daxildir. Rusiya ərazisinə zərbələr üçün bu cür dronların mümkün istifadəsi "gözlənilməz nəticələrə" səbəb ola bilər. Belə bir halda Rusiyanın Avropadakı dron istehsal sahələrinə zərbə endirməsi qaçılmazdır. Avropada Ukrayna üçün dronlar və digər avadanlıqlar istehsal edən müəssisələr Rusiyanın hədəfində olacaq”.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin hərbi rəhbərliyinin təhdidlərini təsdiqləyib. O, Avropanı Moskvanın xəbərdarlığını ciddiyə almağa çağırıb. "Rusiya Müdafiə Nazirliyinin bəyanatı sözün əsl mənasında qəbul edilməlidir: dronlar və digər avadanlıqlar istehsal edən Avropa şirkətlərinin siyahısı Rusiya silahlı qüvvələri üçün potensial hədəflərin siyahısıdır. Rus KİV-lərində də bu məsələ ətraflı şəkildə işıqlandırılıb. Qeyd olunur ki, Avropada sözügedən müəssisələrin siyahısı Kremlə təqdim edilib və Moskva balansın pozulacağı təqdirdə zərbələri nəzərdən keçirir. 

Maraqlıdır, Kremlin bu taktikaya əl atması nə dərəcədə realdır? Avropadakı dron və digər silah avadanlıqları istehsal edən müəssisələri raket atəşinə tuta bilər? Yoxsa, Kreml sözdə təhdidlə məşğuldur? Ümumiyyətlə, müharibənin Avropaya yayılması ehtimalı olunur? 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, indiki mərhələdə Kremlin bəyanatları həm hərbi, həm də siyasi çəkindirmə mexanizmi kimi qiymətləndirilməlidir:

“İlk növbədə, bu müəssisələrin mahiyyətini düzgün anlamaq vacibdir. Söhbət sadəcə silah zavodlarından yox, müasir müharibənin əsas komponenti olan pilotsuz uçuş aparatlarının istehsal zəncirindən gedir. Ukrayna üçün bu cür istehsal gücü ön cəbhədəki taktiki üstünlüyü birbaşa müəyyən edir.

Buna görə də Rusiya bu infrastrukturu strateji əhəmiyyətli hədəf kimi görür. Lakin hədəf kimi görmək ilə onu birbaşa vurmaq arasında çox ciddi siyasi və hərbi sərhəd var. İkinci mühüm məsələ odur ki, Avropa İttifaqı ölkələrində yerləşən belə müəssisələrə birbaşa hərbi zərbə artıq lokal münaqişə çərçivəsini aşan addım hesab olunar. Bu cür hərəkət təkcə Ukrayna ilə müharibə deyil, eyni zamanda NATO üzvlərinin ərazisinə müdaxilə kimi qəbul edilə bilər. Bu isə avtomatik olaraq eskalasiya riskini kəskin artırır və Rusiya üçün çox böyük riski formalaşdıra bilər”. 

R. Bayramov vurğulayıb ki, müharibə dövründə biz Rusiya tərəfindən dəfələrlə oxşar bəyanatlara şahidlik etmişik.

“Bu təbii ki, daha çox qarşı tərəfi çəkindirmək, daxili auditoriyada güc nümayişi və digər dövlətlərə bu tip razılaşmalarla bağlı qərar vermədə qeyri-müəyyənlik yaratmaq məqsədi daşıyır. İndi də ayrı-ayrı ölkələrdə Ukrayna üçün dron istehsal edən müəssisələrin hədəfə çevriləcəyinə dair bəyanatlar psixoloji və siyasi təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir”. 

Ekspert, həmçinin bildirib ki, NATO ərazisində sənaye obyektlərinə zərbələr endirmək təkcə hərbi deyil, həm də siyasi nəticələr doğurar:

“Moskva bunu çox yaxşı başa düşür. Belə bir addım cavab tədbirlərini genişləndirə, münaqişəni yeni mərhələyə daşıya bilər və bu da Moskva üçün strateji olaraq çox yüksək risk deməkdir. Odur ki, Kremlin bu tip obyektləri açıq şəkildə hədəf göstərməsi daha çox strateji çəkindirmə və siyasi siqnal xarakteri daşıyır. Birbaşa raket zərbəsi isə mövcud geosiyasi reallıqda yüksək eskalasiya riski səbəbilə ehtimal olunan deyil. Müharibənin Avropaya yayılması ehtimalına gəldikdə isə tammiqyaslı forma baxımından hələ ki, belə bir ehtimal olduqca aşağıdır, amma dolayı və hibrid formalarla Avropa onsuz da müharibədə iştirak edir”.

Yunis Abdullayev
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Aprel 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see351

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see288

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see252

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see237

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see220

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see216

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

29 İyul 2026 12:25see212

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see206

Beyləqan Xəstəxanasında yeni təyinat

29 İyul 2026 14:00see202

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see202

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see201

Azərbaycanın maliyyə sistemi sağlam və möhkəmdir

29 İyul 2026 11:54see200

Ebola epidemiyası bitdi

28 İyul 2026 20:26see184

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see183

Rəşad Sadıqov: Rəqibin planı barədə məlumatımız yoxdur”

29 İyul 2026 15:23see175

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see173

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

29 İyul 2026 16:14see169

35 yaşından əvvəl siqareti tərgit!

28 İyul 2026 19:50see165

Çilidə hantavirus səbəbindən həyəcan rejimi elan edildi

29 İyul 2026 02:28see163

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri