Icma.az
close
up
RU
Rusiya AZAL ın vurulan təyyarəsi ilə bağlı məsuliyyətdən niyə yayınır? ŞƏRH

Rusiya AZAL ın vurulan təyyarəsi ilə bağlı məsuliyyətdən niyə yayınır? ŞƏRH

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycanın mülki təyyarəsinin Rusiya Federasiyasının hava məkanına icazəli şəkildə daxil olduğu və beynəlxalq qaydalara uyğun olaraq ənənəvi reys həyata keçirdiyi halda, Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması beynəlxalq hüquq normalarının ən ağır pozuntularından biri sayıla bilər. Burada söhbət sıradan texniki qəza və ya aviasiya hadisəsindən deyil, dövlətin hərbi güc strukturlarının mülki aviasiyaya qarşı qanunsuz güc tətbiqindən gedir. Bu fakt həm BMT Nizamnaməsinin, həm də beynəlxalq aviasiya hüququnun fundamental prinsiplərinin pozulduğunu təsdiq edir".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Çikaqo Konvensiyasının 3BIS maddəsi bu hadisəyə birbaşa tətbiq olunur:

"Maddədə qeyd edilir ki, "Dövlətlər mülki təyyarələrin uçuş təhlükəsizliyini təhlükə altına alacaq silah tətbiqindən çəkinməlidirlər. Dövlətlər öz hava məkanına daxil olan hər hansı mülki təyyarəni qaydaların pozulması halında yalnız enməyə məcbur etmək üçün tədbirlər görə bilərlər. Mülki təyyarələrin məhv edilməsi qəti qadağandır". Azərbaycan təyyarəsi isə məlum olduğu kimi, heç bir qayda pozuntusuna yol verməmiş, icazəli şəkildə Rusiya hava məkanına daxil olmuşdu. Belə olan halda, onun vurulması sözügedən maddənin kobud şəkildə pozulması deməkdir".

"Bunu da bilmək vacibdir ki, Monreal Konvensiyasının 17-ci maddəsi sərnişinlərin ölümü və yaralanması hallarına görə məsuliyyəti aviaşirkətin üzərinə qoyur. Lakin Konvensiyanın 21-ci maddəsində göstərilir ki, aviaşirkət yalnız zərərin onun nəzarətindən kənarda olduğu hallarda məsuliyyətdən azad edilə bilər. Burada əsas məsuliyyətin məhz dövlətin üzərinə keçməsi hüquqi zərurətdir, çünki təyyarənin vurulması birbaşa dövlətin hərbi orqanları tərəfindən həyata keçirilib.

Bundan əlavə, 1971-ci il Monreal Konvensiyası (Mülki aviasiyanın təhlükəsizliyinə qarşı qanunsuz hərəkətlərin qarşısının alınması haqqında) 1-ci maddəsində təyyarənin məhv edilməsini cinayət əməli kimi tanıyır. Bu hadisə həm də BMT Nizamnaməsinin 2(4)-ci maddəsinin pozuntusudur. Həmin maddə dövlətlərə gücdən istifadəni və ya güc tətbiqi ilə hədələməni qadağan edir. Mülki təyyarənin vurulması heç bir halda "müdafiə tədbiri" və ya "hava məkanının qorunması" adı ilə əsaslandırıla bilməz, çünki təyyarə qanuni və icazəli uçuş həyata keçirib", - deyə parlamentari vurğulayıb.

Millət vəkili hesab edir ki, MH17 presedenti bu məsələdə birbaşa olmasa da, mühüm hüquqi istinaddır:

"2014-cü ildə Ukraynanın Donbas bölgəsi üzərində Malayziya Hava Yollarına məxsus təyyarə "Buk" zenit-raket kompleksi ilə vurulduqda beynəlxalq ictimaiyyət bunu dövlət məsuliyyəti məsələsi kimi qiymətləndirdi. 2022-ci ildə Haaqa Məhkəməsi bu hadisə üzrə mühakimə apararaq, təyyarənin vurulmasında iştirak edən şəxsləri təqsirli bildi və bunun arxasında Rusiyanın dəstəklədiyi silahlı qüvvələrin dayandığını qeyd etdi.

Azərbaycan təyyarəsinin vurulması ilə bağlı hadisə isə MH17 ilə müqayisədə daha da aydındır, çünki təyyarə birbaşa Rusiya dövlətinin hərbi qüvvələri tərəfindən vurulub.

Rusiyanın məsuliyyətdən yayınmaq üçün manipulyativ bəyanatlar verməsinin əsas səbəbləri də aydındır. Birincisi, məsuliyyətin qəbul edilməsi Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə dövlət məsuliyyəti iddialarına yol aça bilər və açmalıdır da. İkincisi, məsuliyyətin tanınması milyardlarla dollarlıq kompensasiya öhdəliklərini gündəmə gətirəcək ki, bu da həm siyasi, həm təbliğat, həm də iqtisadi baxımdan Rusiya kimi imperialist iddialarla çıxış edən bir ölkə üçün daxili ictimai rəyə münasibətdə diskomfort yarada bilər. Rusiya cinayətlərinə görə cavab verməməyə, daxili ictimai rəyə "Rusiya hamıdan güclüdür, heç kimdən üzr istəmir" kimi bəsit, dərəbəylik psixologiyasından qaynaqlanan təbliğat elementləri ötürməyə, ciddi natamamlıq kompleksi olan ultramillətçi kütlənin eqosunu təbliğat elementləri ilə yemləməyə üstünlük verir".

"Məsələnin hüquqi müstəvidə həllinə gəldikdə isə, burada imkanlar kifayət qədər genişdir. Azərbaycan Rusiyanın məsuliyyətinin beynəlxalq səviyyədə tanınması üçün BMT Təhlükəsizlik Şurasına və Baş Assambleyasına müraciət edə bilər. Rusiyanın veto hüququndan istifadə etdiyi halda, "Uniting for Peace" mexanizmi ilə məsələni müzakirəyə çıxarmaq mümkündür. Bundan əlavə, Beynəlxalq Ədalət Məhkəməsində də iddia qaldırılması ehtimalı var.

Burada, düşünürəm ki, əsas hüquqi baza Çikaqo Konvensiyasının 3BIS maddəsinin pozulması olacaq. Beləliklə, Azərbaycanın mülki təyyarəsinin vurulması faktı beynəlxalq hüququn çoxsaylı fundamental normalarının pozulmasıdır. Təyyarənin qanuni və icazəli reys üzrə uçması Rusiya dövlətinin məsuliyyətini daha da ağırlaşdırır. Rusiya XİN-in məsələni sığorta ödənişləri ilə ört-basdır etmək cəhdləri isə yalnız siyasi manipulyasiya və məsuliyyətdən yayınma niyyəti kimi qiymətləndirilə bilər", - E.Mirzəbəyli fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Sentyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri