Icma.az
close
up
RU
Rusiya Azərbaycan gərginliyi: Azərbaycana qarşı əsassız ittihamlar açıq şəkildə göstərir ki...

Rusiya Azərbaycan gərginliyi: Azərbaycana qarşı əsassız ittihamlar açıq şəkildə göstərir ki...

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər Rusiya mediasında və Kremlin nəzarətində olan sosial şəbəkə platformalarında Azərbaycana qarşı yeni ittihamlar səslənir.

Xüsusilə, Ukraynaya qaz dəstəyi mövzusu ətrafında Azərbaycanın guya Rusiya əleyhinə siyasət yürütməsi iddia edilir.

Bu yanaşma yalnız qərəzli deyil, həm də Kremlin regionda artan narahatlığını əks etdirir.

Bəs əslində Azərbaycan hansı mövqedən çıxış edir və bu təzyiqlərin arxasında hansı siyasi mesajlar dayanır?

Gununsesi.info-ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov mövzunu belə şərh edib:

“Rusiya-Ukrayna müharibəsinin başlandığı 2022-ci ilin fevral ayından etibarən Azərbaycan öz mövqeyini beynəlxalq hüquq prinsipləri əsasında müəyyənləşdirib. Rusiya ilə qonşu olan və bir sıra sahələrdə əməkdaşlıq edən Azərbaycan, eyni zamanda beynəlxalq səviyyədə tanınmış Ukrayna ərazilərinin bütövlüyünü dəstəklədiyini dəfələrlə açıq şəkildə bəyan edib. Azərbaycan bu münaqişə çərçivəsində Ukraynanın ərazi bütövlüyünə yönəlmiş istənilən təhdidi qəbul etmədiyini vurğulayıb və humanitar yardım göstərməklə Ukraynaya dəstəyini konkret addımlarla nümayiş etdirib.

Ümumilikdə Azərbaycan, Rusiya-Ukrayna müharibəsində və dünyada mövcud olan digər münaqişələrdə heç vaxt tərəf olmaq niyyətində olmadığını açıq şəkildə ortaya qoyub. Dövlət olaraq biz heç bir zaman hansısa tərəfi dəstəkləməmiş, yalnız bütün tərəflərin hörmət etməli olduğu beynəlxalq hüquq prinsiplərindən yana olduğumuzu bəyan etmişik. Beynəlxalq hüquq isə Ukraynanın ərazi bütövlüyünü tanıyır və Rusiyanın bu ölkəyə qarşı hərbi müdaxiləsini qınayır, onun qəbuledilməz olduğunu göstərir.

Bu kontekstdə Azərbaycan nə Rusiya, nə də Ukrayna ilə bağlı olaraq heç vaxt silahların verilməsində və yaxud müharibənin davam etdirilməsi üçün digər vasitələrin verilməsində Azərbaycan heç vaxt addımlar atmayıb. Azərbaycan bu məsələyə birmənalı şəkildə qarşı çıxıb, çünki bu cür addımlar artıq münaqişənin tərəfi kimi prosesdə iştirak etmək anlamına gəlir.

Lakin humanitar yardımın göstərilməsi isə dünyada qəbul olunmuş və legitim bir yanaşmadır. Münaqişə vəziyyətlərində mülki insanların qorunması, humanitar yardımların təmin edilməsi və digər oxşar humanitar addımlar beynəlxalq hüququn tələblərinə uyğundur. Bu, həm də ayrı-ayrı beynəlxalq konvensiyalarda təsbit olunmuş norma və prinsiplərə əsaslanır və müharibə aparılması qaydaları çərçivəsində qəbul edilir”.

X.Bəşirov vurğulayıb ki, Azərbaycan qazının Rusiyaya verilməsi ilə bağlı Rusiyada səsləndirilən fikirlər və ittihamlar, əslində, həmin ölkədə mövcud olan bəzi ermənipərəst və ümumilikdə anti-Azərbaycan qüvvələrin fəaliyyətinin tərkib hissəsidir:

“Belə dairələr müharibədən əvvəl də Azərbaycana qarşı təxribat xarakterli addımlar atırdılar, müharibədən sonra da bu fəaliyyətlərini davam etdirirlər.

Bu qüvvələr heç zaman Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını, otuz ilə yaxın bir müddətdə bu ərazilərin işğal altında saxlanılmasını, bir milyona yaxın Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini, ölkənin 20%-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən vəhşilikləri və dağıntıları qınamayıblar.

Bu isə onu deməyə əsas verir ki, həmin qüvvələr tamamilə qərəzli mövqedən çıxış edirlər.Çünki əgər onlar həqiqətən də proseslərə ədalətli yanaşsaydılar, o zaman Azərbaycan ərazilərinin uzun illər qanunsuz şəkildə işğal altında saxlanılması və həmin ərazilərdə törədilən cinayətlər, Azərbaycan xalqına qarşı aparılan cinayətkar siyasət qınanmalı və pislənməli idi. Bu məsələlərlə bağlı məhz Ermənistan ittiham olunmalı idi. Lakin bunu etməyən qüvvələrin bu gün Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi və müxtəlif iddialar irəli sürməsi açıq şəkildə göstərir ki, onlar əslində kimlərə və nəyə xidmət edirlər. Bütün bunlar isə bizi narahat etmir”.

Politoloq əlavə edib ki, Azərbaycan ona qarşı daim aparılan dezinformasiya siyasətini müşahidə edib:

“Bu cür halların baş verməsi, xüsusilə də Azərbaycanın fərqli və dost münasibət sərgilədiyi ölkələr tərəfindən belə addımların atılması, təbii ki, bizi təəssüfləndirir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan həmişə haqlı mövqeyini qoruyub, əsassız ittihamlar və absurd iddialar qarşısında hər zaman qətiyyətlə və məntiqlə cavab verib. Mən hesab edirəm ki, Azərbaycan bu gün dünyada mövcud olan bütün münaqişələrə yalnız və yalnız beynəlxalq hüquq prizmasından yanaşır və mövqeyini məhz beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq əsaslandırır. Azərbaycana qarşı səsləndirilən təzyiqlərin arxasında isə Azərbaycanın Ukraynaya münasibəti və ya Rusiya ilə Ukrayna arasında baş verən müharibə dayanmır. Azərbaycana qarşı münasibətlərin kəskinləşməsi və sərtləşməsi, əsasən, Rusiya tərəfindən son zamanlar atılan addımlarla bağlı haqlı tələblərin irəli sürülməsi ilə bağlıdır. Xüsusilə Azərbaycana məxsus təyyarənin vurulmasından sonra bu gərginlik daha da artıb. Təyyarənin vurulması, ardınca Azərbaycanın informasiya məkanına qarşı kiber hücumların təşkil olunması və Azərbaycan əsilli insanlara qarşı haqlı-haqsız atılan addımlar Rusiyanın müxtəlif regionlarında baş verib. Azərbaycan isə bütün bunları qəbul etmir.

Azərbaycan bu məsələlərlə bağlı Rusiyaya haqlı tələblərini irəli sürür. Lakin Azərbaycanın bu mövqeyi və siyasəti Rusiyada bəzi qüvvələr tərəfindən qəbul edilmir, çünki onların imperialist yanaşmaları bu cür addımları istisna edir”.

X.Bəşirov onu da əlavə edib ki, hələ də imperialist təfəkkürdə qalan və Sovetlər İttifaqı düşüncəsi ilə yaşayan bəzi qüvvələr Azərbaycanın atdığı addımları qəbul etmədikləri üçün Azərbaycana qarşı istənilən absurd və əsasız ittihamları irəli sürə bilərlər.

“Bu, təbii ki, onların öz problemidir. Lakin həmin qüvvələr bu gün Rusiyanın özünə, onun dövlətçiliyinə və fəaliyyətinə ən böyük zərbəni vururlar.

Nə üçün? Çünki Rusiyanın ətrafında kifayət qədər düşmən mövcuddur. Vaxtilə eyni dövlətdə təmsil olunmuş, lakin indi Rusiyaya qarşı qanlı düşmən olan dövlətlər var: Baltikyanı ölkələr, Skandinaviya ölkələri – Sovetlər İttifaqı ilə qonşu olanlar, həmçinin Moldova, Ukrayna, Gürcüstan və Mərkəzi Asiyadan bir sıra dövlətlər. Cənubi Qafqazda isə bəzi qüvvələr Cənubi Qafqaz dövlətlərini də Rusiyaya qarşı düşmən etmək niyyətindədirlər.

O qüvvələr görünüşdə Rusiya dövlətinə, onun ərazi bütövlüyünə və yürüdülən siyasətə xidmət etdiklərini göstərirlər. Lakin faktiki olaraq, ən böyük zərbələri məhz onlar vururlar, çünki düşmənlərinin sayını artırmağa xidmət edirlər. Bu baxımdan mən hesab edirəm ki, Azərbaycanla bağlı səsləndirilən belə fikirlərin, bəyanatların və atılan addımların heç bir əsası yoxdur. Həmçinin, bu addımlar Azərbaycanı müstəqil siyasətindən və haqlı mövqeyindən geri çəkindirə bilməz”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri