“Rusiya Azərbaycan münasibətlərində məsuliyyət Rusiyanın üzərinə düşür” Elçin Mirzəbəyli
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərbaycanda insanlar sadəcə hansısa bir xalqın və ya toplumun üzvü olduqları üçün həbs olunmur. Onlar konkret cinayət hadisələri törətdiklərinə görə və ya şübhəli bilindiklərinə görə məsuliyyətə cəlb olunurlar. Bu prosesdə istintaq və məhkəmə orqanları obyektiv qərarlar qəbul edir. Bu baxımdan Rusiya vətəndaşlarının azadlığa buraxılması tələbi, Mariya Zaxarovanın irəli sürdüyü prinsiplərlə üst-üstə düşmür”.
Bu fikirləri Gununsesi.info -ya Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib:
“Prezident İlham Əliyev Əl-Arabiyya kanalına verdiyi müsahibəsində Rusiya-Azərbaycan münasibətlərindən danışaraq bildirib ki, münasibətlərin pozulmasına görə məsuliyyət Azərbaycan üzərinə düşmür. Münasibətlərin normallaşdırılması üçün ilk növbədə addımlar Rusiya tərəfindən atılmalıdır. Burada söhbət, xüsusilə Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya tərəfindən vurulmasından sonra görülməli olan tədbirlərdən gedir”.
Deputat qeyd edib ki, Rusiyada azərbaycanlılara qarşı aparılan basqınlar, deportasiyalar və onların bizneslərinin əlindən alınması kimi radikal hərəkətlər dayandırılmalıdır.
“Bu addımlar yalnız dövlətlərarası münasibətlərə deyil, həm də Rusiya daxilindəki mövcud vəziyyətə və tarixi əlaqələrə əsaslanmalıdır. Əgər Rusiya Azərbaycanla münasibətlərə, ölkəmizin obyektiv mövqeyinə və bölgədəki roluna önəm verirsə, ötən tarixi təcrübədən çıxış edərək müvafiq addımlar atmalı, bundan sonra isə Azərbaycan müvafiq məhkəmələri vasitəsilə şübhəli şəxslərlə bağlı yüngülləşdirici qərarların qəbul edilməsini təmin edə bilər”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 09 Sentyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















