Icma.az
close
up
RU
“RUSİYA AZƏRBAYCANA QARŞI “SOYUQ MÜHARİBƏYƏ” BAŞLAYIB...” “Əsla geri çəkilmək olmaz”

“RUSİYA AZƏRBAYCANA QARŞI “SOYUQ MÜHARİBƏYƏ” BAŞLAYIB...” “Əsla geri çəkilmək olmaz”

Azpolitiki.az-dan verilən məlumata görə, Icma.az xəbər verir “RUSİYA AZƏRBAYCANA QARŞI “SOYUQ MÜHARİBƏYƏ” BAŞLAYIB...” “Əsla geri çəkilmək olmaz”.

“Rusiya Azərbaycana qarşı yeni siyasət hazırlayıb və bu, milli təhlükəsizliyimizə qarşı təhdid yaradır”

“Azərbaycan Rusiya təcavüzü ilə razılaşmaq yox, müqavimət göstərməyi seçib”

“Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yerləşdirilməsinən dair müzakirələrə başlamalıyıq”

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “AzPolitika”-ya müsahibəsində Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginliyin perspektivi, regionda cərəyan edən hadisələr, rəsmi Bakının yürütdüyü strategiya və s. mövzularla bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Hazırda Rusiya-Azərbaycan münasibətlərində gərginlik artır. Biz müstəqillik dövründə ikitərəfli münasibətlərdə dəfələrlə bu cür “qabarma-çəkilmələr” görümüşük. Bu dəfə necə ola bilər, nə gözləyirsiz?

- İlham Əliyevin prezidentliyi dövründə Rusiay ilə münasibətlərdə ilk dəfədir, belə ciddi gərginlik yaranıb. 1992-1993-cü illər aydındır, amma 1994-1995-ci ildə də neft müqavilələri imzalanan dövrdə Rusiya ilə ciddi gərginlik yaşandı. Hətta Birləşmiş Millətlər Təşkilatında Rusiyanın daimi nümayəndəsi bizi hərbi müdaxilə ilə hədələdi. Bu məsələ o vaxt Rusiya qəzetlərində yazılmışdı, rəsmi mənbələrdə Rusiya Silahlı Qüvvələrinin hərəkətə keçəcəyi barədə məlumat var idi. Xəzər dənizində bizim gəmilərin gediş-gəlişi belə bloklanmışdı. Bundan sonra ilk dəfədir ki, münasibətlərə bu dərəcədə ciddi gərginlik müşahidə olunur və həm də bunun maraqlı tərəfi pisləşmənin qəflətən baş veməsidir.

- Məlum təyyarə qəzasından sonra…

- Təyyarə qəzasına qədər Azərbaycan Prezidentinin Rusiya mətbuatına məlum açıqlamaları olmuşdu. Orada Rusiya ilə əlaqələr hətta Türkiyə ilə münasibətlər səviyyəsində təqdim olunmuşdu. Azərbaycanda, hətta Türkiyədə bir sıra şəxslərin, elə mənim özümün də şərhim olmuşdu ki, bu barədə bir qədər narahatlıq və anlaşılmazlıq var. Azərbaycan Prezidentinin yanvarın əvvəlində yerli jurnalistlərlə mətbuat konfransında bu məsələyə aydınlıq gətirildi. Türkiyə ilə münasibətlərin əlahiddə olması vurğulandı. O ki qaldı konkret olaraq bu təyyarə qəzasına, mən bu fikirlə razı deyiləm ki, guya bütün bu gərginliyin səbəbi yalnız təyyarə qəzası və Rusiya hakimiyyət orqanlarının üzr istəməməsi, kompensasiya verməməsidir. Fikrimcə, Azərbaycan tərəfinin təyyarə qəzasına və olaydan sonra Rusiyanın bu məsələyə münasibətinə qarşı haqlı, əsaslı mövqeyi var. Amma bu xəttin olduqca sərt, ardıcıl bir şəkildə davam etməsi ondan xəbər verir ki, əslində təyyarə qəzasından əvvəl artıq ictimaiyyətə məlum olmayan hansısa bir gərginliklər yaşanıbmış. Hansısa hadisələr, proseslər gedir ki, Azərbaycan tərəfinin bu şəkildə mövqe ifadəsinə ehtiyac yaranıb.

- Nə ola bilər?

- İki səbəbi ola bilər. Birincisi, Rusiyadakı hakim rejimin ətrafında hadisələr gözlənilir və Azərbaycan buna hazırlanaraq məsafəli davranır. İkincisi və daha əsaslı görünən isə odur ki, Rusiya Azərbaycana qarşı yeni bir siyasət hazırlayıb və bu, Azərbaycanın milli təhlükəsizliyinə, dövlətinə və hakimiyyətinə qarşı təhdid yaradır. Azərbaycan ona müqavimət göstərir, razılaşmır. 

2025-ci il Rusiyada imperiyanın bərpa ili kimi qəbul olunur. Bunu Rusiyanın yeni istiqamətdə hərəkətləri və yeni strategiyanı həyata keçirməyə başlaması kimi qəbul edənlər var. Bu, hansısa ayrı-ayrı şəxslərin fikri deyil, bu, həm də Vladimir Putinin dilindən səsləndirilmiş fikirdir. Hamımız bilirik ki, o, SSRİ-nin dağılmasını keçən əsrin ən böyük geopolitik fəlakəti adlandırıb. 

İkincisi, Ukrayna istiqamətində gözlənilən odur ki, bu müharibə durdurulsun. Ukraynada müharibə dondurularsa, davamında Rusiya Cənubi Qafqaza yönələ bilər. Burada söhbət ilk növbədə Azərbaycandan gedir. Məncə, Azərbaycan rəhbərliyində də bu məsələlər barədə təsəvvür var.

Nəhayət, İranla Rusiya arasında bir yaxınlaşma prosesi gedir. Yanvarın 17-də hərtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqavilədə bizə məlum olmayan məsələlər arasında regionun bölüşdürülməsi istiqamətində hansısa razılaşmaların əldə olunduğunu istisna etmirəm. Trampın açıqlamalarından sonra bu, yenidən aktuallaşa bilər. Tramp nə deyirdi? “Qrelandiya mənimdir”. Bu, Helsinki sazişindən sonra yaranmış dünya təhlükəsizlik sisteminin dağıdılması deməkdir. Gücü çatan ölkələr öz ətrafında ora-bura baxır və yeni ərazilər tutmağa çalışır. Artıq bu kimi məsələlərin gündəmə gəlməsinə təbii baxmaq lazımdır.

Diqqət etsək, son dövrdə Şimal-Cənub dəhlizi deyilən bir xətt var, Rusiya ilə İran sanksiyaları aradan qaldırmaq üçün bu geopolitik xəttə nəzarəti hədəfləyir. Burada Azərbaycan da mühüm yer tutur. Bu baxımdan Cənubi Qafqazda gərginlik olmaması üçün ən asan yollardan biri nədir? Bu gərginliyi yaradacaq subyektləri aradan götürmək. Yəni, yaranmış yeni müstəqil dövlətləri “aradan qaldırırsan”. Məncə, artıq Şimal-Cənubla bağlı razılaşma əldə olunub, Rusiya ilə İran arasında maneələr aradan götürülüb. Təbii ki, iki ölkə arasında ənənəvi tarixi rəqabət var, bu, aydındır. Amma digər xarici təhdidlər qarşısında əməkdaşlıq ola bilər.

Təyyarə qəzası öz yerində, amma “Rus evi”-nin bağlanması tam fərqli hadisələrdən xəbər verir. “Rus evi”-ni casus şəbəkəsi ilə əlaqələndirirlər. Casus şəbəkəsi nədir? Ölkədə təxribat yaratmaq, rejimi dəyişdirmək, müharibə və s. təxribatlara hazırlaşmaq. Şimal sərhədində baş verən hadisələri, cənubda müəyyən təxribatların hazırlanması barədə yayılan informasiyaları da bura aid edə bilərik. İran və Rusiyanın birgə hərəkət etməsi gözlənilən haldır.

Bu, elə bir həyati məsələdir ki, hansısa siyasi hesablaşmaları bir kənara qoyub birmənalı şəkildə mövqe ifadə etməyin tərəfdarıyam. Çünki qarşımızdakı Rusiyadır. Bu ölkə bizim dövlətimizin mövcudluğuna təhdid yaradan gücdür. Üstəlik, son günlər təhdid və təhqir dili ilə danışmağa başlayıblar. Azərbaycana qarşı iqtisadi sanksiyalar, kənd təsərrüfatı məhsullarının ixracının dayandırılması üçün qərar qəbul edilə bilər.

- Belə bir qərar var?

- Müzakirələr gedir. Nəyahət, Rusiyada yaşayan iki milyona yaxın soydaşımız. Onların geriyə qaytarılmasına başlanılıb. Bu baxımdan mən burada sərt mövqe tərəfdarıyam. Bizim təhlükəsizliyimiz, mövcudluğumuza təhlükə yaradan nüanslar var. Azərbaycan hökumətinin təyyarə qəzası barədə və ondan sonrakı dövrdəki açıqlamalarını adekvat hesab edirəm. Bunun davamı da olmalıdır. Şübhəsiz ki, bir tərəfdən xarici təhdidə qarşı səfərbər olmalıyıq. Digər tərəfdən, daxildə sosial ədalətə, üstəgəl ciddi siyasi islahatların, dəyişikliklərin aparılması vacibdir. Belə bir strategiya yürütsək, bu təhdidin qarşısında dayana bilərik. Rusiya və İran təkbətək məsələlərdə Azərbaycanla qeyri-bərabər gücə sahib ölkələrdir. Ona görə də başqa amillər də nəzərə alınmalıdır…

- Amma Azərbaycanın strateji müttəfiqi olan Türkiyə də var…

- Bəli, Türkiyə ilə münasibətlər, müttəfiqlik anlaşmaları, müqavilə ilə tənzimlənən məsələlər, Türk Dövlətləri Birliyi var. Düşünürəm ki, Azərbaycanla Türkiyə arasında münasibətlər yeni mərhələyə qalxmalıdır. Şuşa bəyanatından daha ciddi, sərt təhlükəsizlik məsələlərini tənzimləyən yeni bir müqaviləyə ehtiyac var. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yerləşdirilməsinin ən azı müzakirəsinə başlamalıyıq. Bu, Rusiya və İrana yaxşı cavab olardı. Türk Dövlətləri Birliyinin təhlükəsizlik məkanına çevrilməsi və bunun ifadə olunmasına ehtiyac var. Yeri gəlmişkən, hesab edirəm ki, indiki məqamda hansısa bir formada Azərbaycana qarşı bu cür təhdidlərə Türkiyə tərəfindən rəsmi səviyyədə münasibət bildirilməlidir. Vətəndaş olaraq Azərbaycan və Türkiyənin bir qədər də yaxın olmasının tərəfdarıyam. Türkiyənin Rusiya təhdidi qarşısında hansısa məqbul bir formada münasibəti olmalıdır. Hesab edirəm ki, bu münasibət Türkiyə Cümhuriyyəti Prezidentinin Azərbaycana səfərinə qədər və yaxud elə bu səfərdə ifadə olunacaq. Hə, o dövrə qədər müəyyən proseslər də baş verə bilər.

- Bəzi ekspertlər deyirlər ki, Putin Azərbayandan üzr istəsə, gərginlik səngiyəcək. Siz necə düşünürsünüz?

- Elə deyil.

- Yeri gəlmişkən, bəzi məlumatlara görə, Moskvada və bir çox şəhərlərdə azərbaycanlı miqrantlar saxlanılır, ya deport edilir, yaxud da təcrdixanaya salınırlar. Bir həftə və ya 10 gündən sonra onları deport edirlər…

- Rusiya artıq Azərbaycana qarşı “soyuq müharibəyə” başlayıb. Bu, dayandırılmalıdır. Dayandırmanın yolu geri çəkilmək və ya güzəşt deyil. Dirəniş və müqavimət olsa, onlar öz planlarını gerçəkləşdirməkdən əl çəkə bilərər. Bəli, bəzən deyirlər ki, yox, biz elə rusların dedikləri məsələlərdə yumşalsaq, bəlkə nələrəsə əməl eləsək, bu məsələ yatar, dayanar. Tamamilə yanlış fikirdir. Dirəniş ümummilli dövlət səviyyəsində olarsa, bu təhdidin qarşısını almaq olar. Başa düşdüyüm və gəldiyim nəticə bundan ibarətdir

- Əks təqdirdə nə olacaq?

- Söhbət bizim mövcudluğumuzun təhdid altına salınmasına qədər gedib çıxa bilər. Yəni, biz hansısa güzəştə getdik, hətta Azərbaycan üzr istədi və məsələ bitdi. Belə olmayacaq. Görünən budur ki, Rusiya bizdən artıq bircə şey tələb edir. “Müstəqil dövlət olma, Belarus kimi gəl mənim qanadımın altına gir” deyir.

- Azərbaycanın daxilində Rusiya casus şəbəkəsinin başında durduğu iddia edilən şəxslərin adları ictimailəşdirilir. Bu istiqamətdə nə gözləyirsiniz?

- “Beşinci kolon”un neytrallaşdırılması üçün tədbirər görülməlidir. İlk dəfədir ki, dövlət büdcəsindən maliyyələşən rusdilli məktəblərdə rus ədəbiyyatı və tarix fənlərinin Azərbaycan dilində keçirilməsi tapşırığı verilib. Nazirlik səviyyəsində belə bir addım atılıb. Rus dilinin tədrisinin əleyhdarı olanlardan biri də mənəm. “Rus dünyası” adlanan yeni imperialist Rusiyanın strategiyasının qarşısı alınmalıdır. Baxın, dərhal bizə xəbərdarlıq edirlər ki, kənd təsərrüfatı sahəsində addımlar atıla bilər. Bunlara hazır olmaq lazımdır.

- Məsələn, Azərbaycan taxıl ehtiyacını əsasən Rusiya hesabına ödəyir…

- Bəli, bir çox məsələlərdə belədir. Mən gözləyirəm ki, Azərbaycan XİN mövqe qoymalıdır. Geri çəkilmək olmaz. Qəribə hal var. Rusiyanın “beşinci kolon” adlandırdığı şəbəkə də susub. Amma bu susmaq elə-belə deyil.

- Politoloqlardan bir də demişdi ki, Milli Məclis üzvləri susub…

- Bu susmaq həm də elə başa düşülə bilər ki, iqtidarın tapşırığı ilə danışırdılar, indi əleyhinə çıxmaq istəmirlər. Düşünürəm ki, “beşinci kolon”un neytrallaşdırılmasının bir yolu da onlara qarşı olan geopolitik qüvvələrə şərait yaratmaq olar.

- Yeri gəlmişkən, bu vəziyyətdə Azərbaycan Qərbin dəstəyindən istifadə edə bilərmi?

- Rusiya ilə İran arasındakı müqavilə həm də Qərbə qarşıdır. Amma məncə, bir qütbdən o biri qütbə meyllənməyə ehtiyac yoxdur. Düşmənin düşməni ilə gücü sabitləşdirəcək diplomatiya olmalıdır. Yeni geopolitik güc mərkəzinin formalaşdırılması haqqında düşünmək lazımdır. Bura Türkiyə, Türk Dövlətləri Birliyi və region ölkələri aiddir.

Yeri gəlmişkən onu da qeyd edim ki, bu təhdid həm də Gürcüstana, Ermənistana və Orta Asiyaya qarşı yönəlib. Baxmayaraq ki, biz müstəqil dövlətik, ola biləcək situasiyalarda işi Türkiyə üzərindən aparsaq daha yaxşı olar. İşi Türkiyə üzərindən aparmaq, Türkiyənin də bu siyasətə bağlanması deməkdir. Potensial olaraq Qərbdəki qüvvələrin də Rusiyaya qarşı istifadə strategiyasını vurğulamaq istərdim. Digər tərəfdən, görürüəm ki, Azərbaycanın Qərb siyasətində Tramp gözləntisi var. Hamı gözləyirdi ki, seçkidən sonra hər şey aydın olacaq. Amma görünən odur ki, qeyri-müəyyənlik olduğu kimi qalır. Rusiyanın və İranın təzyiqləri qarşısında Zəngəzur dəhlizinin açılması strategiyasını gerçəkləşdirmək lazımdır. Söhbət təbii ki, oranın işğalından getmir.

- Rusiyasız açılmadan söhbət gedir?

- Rusiyasız və İransız. O cümlədən Türkiyə və Ermənistanın da bu prosesə cəlb edilməsindən söhbət gedir. Əgər bu təhdid dayanmayacaqsa, Azərbaycan müəyyən addımlar atacaq. Azərbaycan seçimlərdən birini edib. Rusiya təcavüzü ilə razılaşmaq yox, müqavimət göstərməyi seçib. Burada uğur qazanmaq şansı kifayət qədərdir. İran istiqamətində isə Güney Azərbaycan məsələsi aktuallaşmalıdır. İran bizə açıq şəkildə düşmən mövqe göstərsə, Rusiya və İransız Zəngəzur dəhlizinin açılmasını ehtiva edən saziş imzalanmalıdır.

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:31
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rus evi nin bağlanması mesajdır? AÇIQLAMA

12 Fevral 2025 14:13see131

Münahisə etdiyi arvadını belə ÖLDÜRDÜ

12 Fevral 2025 16:50see130

Elon Maskın oğlu Trampla mətbuat konfransında iştirakçılardan birinə sus deyib Video

12 Fevral 2025 18:48see124

Suriya Rusiya və İrandan müsbət siqnallar aldığını açıqlayıb

12 Fevral 2025 15:54see123

Türkiyə sakini üç ildən sonra ögey anası ilə görüşmək istədi: Çürümüş cəsədini və sümüklərini tapdı

13 Fevral 2025 04:02see122

Şvartsenegger oğlunun çılpaq səhnələrinə şərh verib…

12 Fevral 2025 20:07see122

Stresi atmaq üçün göbəklərinə sürtürlər

13 Fevral 2025 04:04see120

Peşə təhsilinin stimullaşdırılması müəyyən güzəştlərin tətbiqi ilə məhdudlaşmamalıdır Deputat

12 Fevral 2025 16:32see120

Liverpul derbisində 4 qol

13 Fevral 2025 01:35see119

Qərbin anti Rusiya blokadası yarıldı Slutski

12 Fevral 2025 22:49see118

Fənərbaxça Futbol Akademiyasının inşasına başlanıldı

12 Fevral 2025 16:54see118

Tramp Putinlə danışığı haqda yazdı: Moskvaya gəlir!

12 Fevral 2025 21:44see114

ÇL: Bayern Münhen Şotlandiyada sevindi, Milan məğlub oldu

13 Fevral 2025 02:28see113

Jorje Jezuş: “Salahı “Əl Hilal”da görmək istəyərəm”

12 Fevral 2025 23:19see113

Qoyun ətinin faydalı təsirləri

12 Fevral 2025 19:22see112

Səfir “TRT Avaz”ın yeni rəhbəri ilə görüşüb, müzakirələr aparıb

13 Fevral 2025 03:23see109

Tramp Ukraynadakı müharibədə “milyonlarla insanın ölümünün dayandırılması”nın tərəfdarı olduğunu bildirib

12 Fevral 2025 21:55see109

Zelenski Poroşenkoya qarşı sanksiyaları şərh etdi

13 Fevral 2025 00:54see108

2025 ci ilin 6 ən yaxşı smartfonu SİYAHI

13 Fevral 2025 12:16see107

Paşinyanın Qərbi Azərbaycan İcması barədə iddiaları reallığı təhrif edir Deputat

13 Fevral 2025 00:47see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri