Icma.az
close
up
RU
Rusiya Azərbaycanın “bazarını bağlayarsa”: “Hökumət indidən düşünməlidir”

Rusiya Azərbaycanın “bazarını bağlayarsa”: “Hökumət indidən düşünməlidir”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycanla Rusiya arasında münasibətlər gərgin olaraq qalır. 

Bu gərginliyin iqtisadi sferaya da təsiri mümkündür.  

İki ölkə arasında indiyədək iqtisadi münasibətlər geniş olub. Azərbaycandan Rusiyaya xüsusilə kənd təsərrüfatı məhsulları ixrac olunur. Eyni zamanda, Rusiyada çox sayda soydaşımız yaşayır və müxtəlif sahələrdə çalışırlar. Həmin soydaşlarımız əldə etdiyi gəliri öz ailələrinə göndərir, eləcə də burada daşınmaz əmlak alırlar. 

Mövcud gərginlik iki ölkə arasındakı iqtisadi münasibətlərə necə təsir edəcək? 

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, keçən il Azərbaycan Rusiyaya 1,1 milyard dollarlıq mal və məhsul ixrac edib: 

“Rusiyadan isə 3,7 milyard dollar dəyərində mal idxal edib. Belə baxanda, Rusiya Azərbaycanla iqtisadi əlaqələrin saxlanılmasında daha maraqlı olmalıdır. Çünki Azərbaycandan daha çox qazanır. Azərbaycanın məhz zəif tərəfi ondadır ki, kənd təsərrüfatı məhsullarının ixracatı öndədir. Bizim kənd təsərrüfatı məhsullarının dörddə üçü, yəni 80 faizi Rusiya bazarına çıxır. Bu, müəyyən dərəcədə problemlər yarada bilər. Çünki bundan əvvəl də zaman-zaman görmüşük ki, Rusiya Azərbaycanla hansısa bir problemi yaşayan kimi Azərbaycan məhsullarında “xəstəliklər” də tapılırdı. Bu, bizim münasibətlərdə dəfələrlə olub”. 

Ekspert deyib ki, bu məsələyə diqqət yetirmək lazımdır: 

“Əgər gərginlik artan trayektoriyası ilə getsə, bir müddətdən sonra Azərbaycan məhsulları ilə bağlı da məhdudlaşdırıcı hansısa qərarlar verilə bilər. Ona görə də hökumət indidən yeni bazarlara çıxış üçün Azərbaycan fermerlərinə kömək etməli, onlara imkan yaratmalıdır. Biz neçə illərdir ki, bir bazardan asılıyıq. Hətta az qala Sovet dövründən belədir. Bu asılılığı azaltmaq lazımdır. Münasibətlər bir müddətdən sonra yaxşılığa doğru dəyişsə belə, bu qədər asılılığın olması Azərbaycan iqtisadiyyatı üçün ciddi təhdiddir”. 

Digər iqtisadi məsələlərə gəldikdə isə Azərbaycanın ixracatının cəmi 4,1 faizi Rusiyayadır:

“Yerdə qalan 96 faiz Rusiyadankənar ixracatdır. Bizim valyuta gəlirlərimizə Rusiya ilə münasibətlərə ciddi təsir göstərmir. Ancaq əhalinin gəlirlərinə müəyyən təsirləri var. Çünki orada yaşayan soydaşlarımız qazanclarının bir hissəsini ailələrinə göndərirlər. Bu sahədə də ciddi azalma var. Pik nöqtələrə baxsaq, 2010-2011-ci illərdə bu rəqəm 4 milyard dollara çatmışdı. 

İndi ondan 10 dəfə azdır, 400-500 milyon dollardır. Ancaq bunun da hər halda Azərbaycanda iqtisadi məsələlərə təsiri olur”. 

Ekspertin sözlərinə görə, ən azı son 5 ildə iqtisadi çətinliklər olduqda, rubl dəyərdən düşməyə başladığı dövrdən bəri əmlak bazarında Rusiyadan gələn pulun xüsusi çəkisi xeyli azalıb:

“2000-ci ilin əvvəllərində satılan hər üç evdən biri Rusiyadan gələn pulla alınırdısa, ondan sonra bu rəqəm xeyli azaldı. İndi, məsələn, 10 evdən biri bəlkə də Rusiyadan gələn pulla alınır. 

İndi müəyyən təsiri olsa da, daşınmaz əmlak bazarına ciddi təsirinin olacağını düşünmürəm. Çünki Rusiyadan gələn pulun həcmi azalıb və əvvəlki səviyyədə pul gəlmir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri