Icma.az
close
up
RU
Rusiya bu ölkələrə müharibə elan edəcək ATACMS zərərsizləşdirildi

Rusiya bu ölkələrə müharibə elan edəcək ATACMS zərərsizləşdirildi

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynanın ABŞ-ın ATACMS raketləri ilə Rusiya ərazisinə hücumu müharibənin bütün dünyaya sıçraması ehtimalını artırıb. Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Kursk bölgəsində yenidən ATACMS raketlərindən istifadə etdiyini açıqlayıb. Ukraynanın istifadə etdiyi ATACMS raketlərinin parçalarının görüntülərini yayan Rusiya Müdafiə Nazirliyi sonda qarşı tərəfə cavab vermək üçün hazırlıqlara başlandığını bildirib.

Rusiyanın cavabı nə olacaq?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Rusiya-Ukrayna cəbhəsində vəziyyət daha da gərginləşib:

“Buna səbəb ABŞ prezidenti Co Baydenin Ukraynaya ATACMS raketləri ilə Rusiya ərazilərinə, hərbi obyektlərinə zərbə endirməsinə icazə verməsi oldu. Noyabrın 20-sində isə Rusiya prezidenti yenilənmiş nüvə doktrinası elan etdi. Bildirdi ki, Rusiyanın ərazisinə, milli təhlükəsizliyinə, Belarusa hücum olarsa, nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır. Bununla da Qərbi, ABŞ-ı şantaj etməyə başladı.
Noyabr ayının 23-də Ukrayna həmin raketlərdən istifadə edərək Kursk, Bryansk şəhərlərinə raket zərbələri endirdi. Rusiyanın S-400 raket qurğusu məhv edildi. Ukraynanın verdiyi məlumata görə, 500-dən çox Koreya əsgər və zabiti məhv edilib. Onların yüksək rütbəli generalları da həlak edilib. Rusiyanın verdiyi məlumatla həmin hücumlar təsdiqləndi. Rusiya ATACMS raketlərini zərərsizləşdirməyi bacarıb. Müharibənin qaydasına uyğun olaraq bir tərəf hücumun əhəmiyyətini azaltmağa, digər tərəf isə daha da şişirtməyə çalışır”.

Elşad Həsənov 

Politoloqun sözlərinə görə, Rusiya Ukrayna ilə yanaşı ATACMS və ya digər bu qəbildən silahları istehsal edən ölkələrə zərbə endirə bilər:

“Müharibə daha qlobal xarakter alır. Bunun qarşısı alınmasa daha geniş ərazini əhatə edəcək. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın bir gün ərzində Ukrayna müharibəsini bitirməsi qeyri-mümkündür. Andiçmə mərasiminə qədər Qərb və ABŞ Ukraynanın vəziyyətini yaxşılaşdırmaq üçün ciddi dəstək verirlər. Rusiya isə daha çox ərazi işğal edərək danışıqlarda üstünlüyünü qorumağa çalışır. Rəsmi Moskva ələ keçirdiyi ərazilərdən geri çəkilmək niyyətində deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri