Icma.az
close
up
RU
Rusiya bu payızda hər kvadrat kilometr ərazi üçün 53 əsgərini itirməklə irəliləyib ISW

Rusiya bu payızda hər kvadrat kilometr ərazi üçün 53 əsgərini itirməklə irəliləyib ISW

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Rusiyanın işçi qüvvəsinin məhdud resursları ortamüddətli perspektivdə itkilərin belə tempinə tab gətirə bilməyəcək..."

Rusiyanın işğalçı ordusu bu payızda Ukrayna ərazisində irəliləmək üçün hər kvadrat kilometr ərazi uğrunda 53 əsgərini itirib.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) növbəti hesabatında deyilir.

"Rusiyanın davam edən səyləri və Rusiya iqtisadiyyatının orta sutkalıq qabiliyyəti hesabına taktiki uğurlara nail olmaq cəhdlərində Kreml Donetsk vilayətinin qərbində canlı qüvvədə xeyli itkilər verməkdə davam edir", - hesabatda deyilir.

Ukrayna Müdafiə Nazirliyi Baş Qərargahının məlumatlarına görə, Rusiyanın 2024-cü ilin noyabr ayında orta sutkalıq itkiləri yeni rekord tarixi maksimuma çatıb, sutka ərzində 1523 əsgər həlak olub. Qəsbkarlar 2024-cü il noyabrın 28-də ilk dəfə olaraq bir günə 2000-dən çox itki verib.

Noyabr ayında düşmən 45 690 əsgərini itirib. Britaniya Müdafiə Nazirliyi əlavə edib ki, 2024-cü ilin noyabrı təcavüzkarın itkilərinin yalnız artdığı dalbadal beşinci ayı olub.

Geolokasiya məlumatlarına görə, işğalçılar gündə təxminən 27, 96 kv.km sürətlə hərəkət edib, Ukrayna və Kursk vilayətində noyabr ayında cəmi 839 kv. km ərazi zəbt edib.

ISW qeyd edib ki, rusiyalılar 2024-cü ilin sentyabr və oktyabr aylarında da xeyli itkilər verib, Ukrayna və Kursk vilayətində zəbt etdiyi təxminən 1 517 kv. km ərazi üçün 80 110 hərbi qulluqçusunu itirib.

Beləliklə, işğalçılar 2024-cü ilin sentyabr, oktyabr və noyabr aylarında intensiv hücum əməliyyatları ərzində 2 356 kv. km ərazinin işğalı üçün təxminən 125 800 nəfər itki verib. Bu da o deməkdir ki, hər bir kvadrat kilometr ərazinin zəbt edilməsi üçün təxminən 53 rusiyalı əsgər həlak olub.

"Rusiyanın işçi qüvvəsinin məhdud resursları, böyük ehtimalla, ortamüddətli perspektivdə itkilərin belə tempinə tab gətirə bilməyəcək və Ukraynanın düşməni bu templərlə itkilərə məruz qoyması üçün Qərbin

bundan sonra da ona hərbi dəstək verməsi həyati əhəmiyyətə malikdir.

Kremlin Ukraynada hərbi əməliyyatların bütün ərazisində təşəbbüsü qoruyub saxlamağa və Ukraynanın şərqində irəliləməkdə davam etməyə çalışması Rusiyanın əmək resurslarına tələbatı ikiqat artırıb.

Rusiya qoşunlarının sayının artırılmasına yönələn əlavə səylər Rusiya iqtisadiyyatının sabitliyini daha da poza bilər, çünki Rusiya işçi qüvvəsinin qıtlığı və inflyasiyanın artması ilə mübarizə aparmaqda davam edir", - analitiklər izah edib.

ISW qeyd edib ki, rusiyalılar ya döyüşə, ya da Rusiyanın daxili iqtisadiyyatına işləyə bilər, lakin ikisini eyni zamanda edə bilməz.

"Kreml çətin ki, özünün həm hərbi sahədə, həm də Rusiyanın daxili iqtisadiyyatında yaxın gələcəkdə işçi qüvvəsində tələbatını kifayət qədər təmin edə bilsin, Ukraynada 2025-ci ildə əlavə intensiv hücum əməliyyatları ayları isə bundan sonra da Rusiyanın resurslarla bağlı problemlərini yalnız çətinləşdirəcək", - ISW proqnoz verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri