Rusiya bu yolda Gürcüstandan istifadə edir Zurabişvili
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Rusiyanı ölkəsinə qarşı hibrid müharibə və hücumlar aparmaqda ittiham edib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, bunu Odessada keçirilən forumda çıxışı zamanı səsləndirib.
Zurabişvili bildirib ki, Moskva Gürcüstandan hibrid təsir metodlarının sınaqdan keçirildiyi platforma kimi istifadə edir.
Onun sözlərinə görə, bu proses təbliğat kampaniyaları, dövlət institutlarına təsir göstərilməsi və qanunvericilik vasitəsilə təzyiq mexanizmlərinin tətbiqi ilə müşayiət olunur.
O, hesab edir ki, bu addımların əsas məqsədi Tiflisin Avropa inteqrasiyası istiqamətindəki kursunu zəiflətməkdir.
Zurabişvili qeyd edib ki, son illərdə qəbul olunan bəzi qanunlar da Gürcüstanın öz gələcəyini sərbəst şəkildə müəyyən etmək hüququna təsir göstərməyə yönəlmiş daha geniş strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 31 May 2026 04:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















