Icma.az
close
up
RU
Rusiya çempionu olan millimizin üzvü: Daha iki il Zenitdə qalacam, razılaşmışıq MÜSAHİBƏ

Rusiya çempionu olan millimizin üzvü: Daha iki il Zenitdə qalacam, razılaşmışıq MÜSAHİBƏ

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının müdafiəçisi Nigar Mirzəliyev bu mövsüm "Zenit"in heyətində Rusiya çempionluğunu yaşadı. Sportal.az saytına müsahibə verən Mirzəliyeva Sankt-Peterburq klubunda yaşadıqlarından və yeni sezona da Rusiya komandasında başlayacağından danışıb.

- "Zenit"in heyətində Rusiyada çempionluq qazandın. Çempionluq necə alındı? Deyəsən, bu mövsüm sizin üçün o qədər də çox çətin alınmadı çempionluq?

Xeyr, əksinə. Bu mövsüm daha çox çətin, mübariz və əzmkar mövsüm oldu. Şükür Allaha, bütün çətinliyə baxmayaraq hamıdan güclü olduq, çempionluq qazandıq. Həqiqətən də çox yaxşı mövsüm idi.

- Komanda artıq son  üç mövsümün çempionudur. Demək olar ki, "Zenit" Rusiya qadın futbolunda hegemonluq edir. Uzun illər bu hegemonluğu davam etdirmək mümkündür?

"Zenit" həqiqətən çox güclü komandadır. Hazırkı qızlarla yolumuza davam etsək, çempionluğumuz da davamlı olacaq. Çünki heyətimiz güclüdür, yaxşı futbol oynayırıq. Həm də, ardıcıl çempionluqlar böyük inam verir.

- Ümumiyyətlə, bu mövsüm şəxsən özün öz performansından razısan? Yoxsa, daha çox oynamaq imkanın olmadı? 

Öz performansımdan çox razıyam. Məşqçilərim də həmçinin. "Zenit" çox güclü komanda olduğuna görə burada rəqabət də güclüdür. Oynadım və ya oynamadım, önəmli olan "Zenit"in qələbəsidir. Komandada olan hər kəs çempionluq və uğurlu nəticələr üçün çalışır. Çalışırm ki, mənə şans düşən vaxtı da meydana çıxıb, komandaya kömək olum.

- Yeni sezon səni yenə də "Zenit"də görəcəyik? Klubdan yeni müqavilə ilə bağlı təklif almısan, yoxsa necə?

Bəli, "Zenit"də qalacam. Klub mənə daha 2 illik müqavilə təklif etdi. Mən də həmin təklifi dəyərləndirdim. Artıq razılıq əldə etmişik. Qarşıdakı daha ik ili "Zenit"də keçirəcəm. Buna görə də şadam. 

- Maraqlıdır, Avropanın daha iddialı klublarına keçmək imkanın var idi? Fərqli ölkə klublarından təklif almışdın?

Fərqli ölkə klublarından təkliflərim çox idi. Amma bu haqda hələ ki, düşünmürəm. Çünki mən "Zenit"də qalmağa qərar verdim. Burada da davam edəcəm. Çalışacam ki, hər şey yaxşı alınsın. "Zenit" kimi oynadığıma görə şadam.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sportal.az
archiveBu xəbər 19 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri