Icma.az
close
up
RU
Rusiya cəzasızlıq mühiti yaratmaqla qeyri ruslara qarşı törədilən zorakılıq və cinayəti sanksiyalaşdırır ŞƏRH

Rusiya cəzasızlıq mühiti yaratmaqla qeyri ruslara qarşı törədilən zorakılıq və cinayəti sanksiyalaşdırır ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 iyul AZƏRTAC

“Son illər Rusiyanın başqa xalqlarla münasibətdə həyata keçirdiyi ayrı-seçkilik və diskriminasiya siyasəti Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayətlərdə özünü göstərdi”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib. O, bildirib ki, Rusiyada etnik zəmində törədilən cinayətlərin artması cəzasızlığın nəticəsidir. Zaur İbrahimov qeyd edib ki, hazırda digər xalqlara qarşı ayrı-seçkilik Rusiyanın dövlət siyasətinin elementidir.

Moskvanın Azərbaycana qarşı yürütdüyü təzyiq siyasətində isə Rusiyada yaşayan azərbaycanlılar istifadə olunur, daha şiddətli və amansız zorakılığa məruz qalırlar. Rusiya azərbaycanlılara qarşı qeyri-insani rəftarla ölkəmizə qarşı təhdid, hədə-qorxu, şantaj siyasəti ilə təzyiq etməyə çalışır:

“Qarabağ Zəfəri regionda yeni siyasi reallıqlar yaradıb və Azərbaycan hərzamankından daha müstəqil siyasət aparır. Bu yeni reallıqlar hələ də imperiya düşüncəsi ilə yaşayan Rusiyanı qane etmir. Hesab edilir ki, SSRİ dövründə olduğu kimi bu gün də ətrafındakı müstəqil respublikalarla güc dilində danışmaq olar. Moskva istəyir ki, SSRİ-nin dağılması ilə yaranan müstəqil dövlətlər Rusiya hakimiyyətindən gələn direktivləri idarəetmədə tətbiq etsin. Lakin bu arxaik düşüncəyə söykənən siyasət reallıqla uyğun gəlmir”. Onun sözlərinə görə, Rusiya hesab edir ki, müstəqil respublikalar bu təzyiqlərə sakitliklə yanaşıb boyun əyəcəklər.

“Bu, kökündən yanlış yanaşmadır. Müasir dövrümüzdə Azərbaycan böyük dövlətlərin təzyiqinə məruz qalıb. Bunu 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə də gördük. Lakin Azərbaycan, ərazisinin 20 faizinin işğalda qalması ilə barışmadı, suverenliyini bərpa etdi. Azərbaycan dövlət maraqlarına güzəştə getməyərək öz yolunu davam etdi. Kremldə oturaq strateqlər Azərbaycanın təzyiqlərə necə sinə gərməyindən nümunə götürsünlər. Azərbaycan heç bir zaman dövlət suverenliyindən, müstəqil xarici siyasət yürütməkdən əl çəkməyəcək. Əgər Rusiya mehriban qonşuluq siyasəti prinsipini birtərəfli qaydada poza biləcəyini zənn edirsə, çox yanlış düşüncədir. Azərbaycan heç vaxt Rusiyaya qarşı addım atmayıb. Ən krirtik həddə olsa da Moskvanın milli maraqlarını nəzərə alıb. Lakin Rusiya Azərbaycanın bu addımlarını qiymətləndirib dəyərləndirə bilmədi. Hazırda Azərbaycan Rusiyanın qeyri-dost hərəkətlərinə adekvat addımlar atır və ölkə ictimaiyyəti tərəfindən dəstəklənir. Azərbaycanda vətəndaş cəmiyyəti dövlətin addımlarını təqdir edir. Rusiya Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq əlaqələrini davam etmək istəyirsə, diaspora qarşı apardığı çirkin siyasətini dayandırmalıdır”, - deyə o bildirib.

Zaur İbrahimov bildirib ki, Bakı - Qroznı təyyarəsinin vurulmasına görə, Rusiya üzr istəməli, həlak olanların ailələrinə və AZAL-a dəymiş zərəri kompensasiya etməlidir. Eyni zamanda Yekaterinburqda törədilən cinayət faktı obyektiv araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır. Rusiya bu addımları atarsa, Azərbaycan ikitərəfli faydalı əməkdaşlığı davam etdirməyə hazır olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see208

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see200

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see162

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see139

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see132

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see128

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri