Icma.az
close
up
RU
Rusiya Çin Hindistan ittifaqı uzunmüddətli deyil, taktikidir GÜNDƏM

Rusiya Çin Hindistan ittifaqı uzunmüddətli deyil, taktikidir GÜNDƏM

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın sanksiyalardan dolayı getdikcə daha çox Pekinin təsiri altına düşdüyünü görürük


 Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Szinpin ABŞ hegemonluğuna əsaslanan dünya nizamına meydan oxumağa imkan verən sıx əməkdaşlıq münasibətləri qurmağı bacarıblar. Braziliyanın “O Globo” qəzetinin məlumatına görə, iki liderin münasibətləri “alternativ dünya düzəninin liderləri kimi sıx əlaqəni nümayiş etdirmək” məqsədini daşıyır və artıq ABŞ-yə meydan oxuyur.


Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti də bu prosesin mühüm göstəricisi olub. Avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyanşin şəhərində təşkil olunan sammitdə 20-dən çox dövlətin lideri və 10 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib, yekunda isə 15 yeni əməkdaşlıq sənədi imzalanıb. Sammit çərçivəsində Hindistanın Baş naziri Narendra Modinin iştirakı ilə keçirilən üçtərəfli görüş isə ABŞ-dən asılı olmayan ittifaqların güclənə bildiyini nümayiş etdirib.


Eyni zamanda qlobal münasibətləri gərginləşdirən bəyanatlar da səslənib. ABŞ Prezidenti Donald Tramp Pekində İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə çıxış edərək bildirib:

 “Çin sədri Si Szinpin, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn ABŞ-yə qarşı təxribat hazırlayır. Qoy Çin prezidenti və gözəl Çin xalqı gözəl və unudulmaz bayram keçirsin. ABŞ-yə qarşı təxribat hazırladığınız zaman Vladimir Putinə və Kim Çen İnə ən səmimi arzularımı çatdırın”.

Öz növbəsində, Si Szinpin Pekində keçirilən hərbi paradda çıxış edərək bəşəriyyətin önündə duran seçimə diqqət çəkib: “Bu gün bəşəriyyət yenidən müharibə və sülh arasında seçim qarşısındadır. Dialoq və ya qarşıdurma, qarşılıqlı fayda və ya sıfır məbləğli oyun… Çin xalqı tarixin doğru tərəfində dayanır, dinc inkişaf yolunu seçir və bütün dünya xalqları ilə birlikdə bəşəriyyət üçün ortaq gələcəyi olan bir cəmiyyət qurmağa çalışır”.

Bütün bu proseslər göstərir ki, beynəlxalq münasibətlərdə yeni dünya nizamı formalaşır. Müxtəlif ölkələr və regionlar yeni tərəflər və ittifaqlar çərçivəsində mövqelərini müəyyənləşdirir. Bu nizam çoxqütblü xarakter daşıyır, qlobal siyasətdə balansın dəyişdiyini göstərir və gələcəkdə regionlarda strateji əməkdaşlıqların və yeni ittifaqların formalaşmasına şərait yaradacaq.


Mövzu ilə bağlı Sherg.az-a danışan politoloq Turab Rzayev hazırda ikiqütblü dünyadan danışmağın tez olduğunu düşünür:


"Hələ də dünyada vahid güc mərkəzi kimi ABŞ-nin mövcudluğunu görürük. Lakin Ağ Evin xarici siyasətində Demokratlar və Respublikaçılar, yəni Tramp ilə Bayden arasında fərqli yanaşmalar Vaşinqtonun ümumi kursuna zərər yetirir. Nəticədə gözlənilməz, qeyri-müəyyən bir xarici siyasət xətti formalaşır. Bu isə ABŞ-nin müttəfiqləri ilə münasibətlərini və məsələlərə yanaşmalarını çətinləşdirir. Digər tərəfdən, Rusiyanın sanksiyalardan dolayı getdikcə daha çox Pekinin təsiri altına düşdüyünü görürük. Çin həm xammal bazarı, həm də tranzit ölkə kimi çıxış edir. Rusiya üçün Sibir qazı və neft kəmərlərinin bu dövlət üzərindən ixracı getdikcə aktuallaşır. Bu isə Rusiyanın Çindən asılılığını daha da artırır. Pekin isə digər tərəfdən özünü həm texnoloji, həm də hərbi baxımdan güclü bir dövlət kimi təqdim etməyə çalışır. O, hərbi paradlar keçirərək gücünü göstərir, iqtisadi cəhətdən isə xüsusilə elektromobil və digər yüksək texnologiyalı məhsullarını Avropa bazarına çıxarmağa başlayır. Beləliklə, Çin artıq ucuz istehsal ölkəsi imicindən çıxaraq, həm texnoloji, həm də hərbi qüvvə kimi formalaşmağa çalışır. Digər məsələlərdən biri də ABŞ-la Hindistan arasında münasibətlərdir. Xüsusilə Tramp dövründə əlavə gömrük tariflərinin tətbiqi münasibətləri gərginləşdirdi. Modi ilə Tramp arasında telefon danışığının da uğursuz keçdiyi deyilirdi. Bu vəziyyət Hindistana manevr imkanı yaradır. Bir tərəfdən Çin və Rusiya ilə ola biləcəyini göstərərək dəstək və güzəşt qazanmağa çalışır, digər tərəfdən isə Qərbin yanında yer alaraq Moskva ilə Pekinin təsirini balanslaşdırmağa cəhd edir. Hindistan və Çin bir-birini xarici siyasətdə əsas düşmən və təhlükəli  dövlət kimi görür." 


Analitikin fikrincə, Rusiya-Çin-Hindistan ittifaqı uzunmüddətli deyil, taktikidir:

"Moskva və Pekinin əvvəllər də münasibətləri müsbət olub, o cümlədən müəyyən məqamlarda yenidən yaxınlaşma mümkündür. Avropa İttifaqına (Aİ) gəlincə, bu birlik hazırda siyasi, iqtisadi və hərbi baxımdan böhran yaşayır. Amma bu vəziyyətin uzun sürəcəyini düşünmürəm. Gec-tez ya sağçı partiyalar hakimiyyətə gələrək Avropanı toparlayacaq, ya da yeni liderlər ortaya çıxaraq İttifaq ölkələrini bir araya gətirəcək. Bu baxımdan, perspektivdə Aİ yenidən oyuna qayıtmağa çalışacaq. Nəticə etibarilə təşkilat ABŞ-nin əsas müttəfiqlərindən biri olaraq Çinə və Rusiyaya qarşı mübarizədə rol oynayacaq. Unutmaq olmaz ki, Asiya-Sakit okean hövzəsində Yaponiya, Cənubi Koreya, Filippin, Tayvan və digər ölkələr də Vaşinqtonun müttəfiqləridir. Yəni ABŞ-nin müttəfiqləri təkcə Avropa ilə məhdudlaşmır. Lakin əsas məsələ budur ki, Vaşinqton iqtisadi və geosiyasi rəqabətdə müəyyən məsələlərin Çinin xeyrinə dəyişməsindən narazıdır".


Politoloq Tofiq Abbasov isə deyib ki, dünya arenasında elə bir keçid dövrüdür ki, həm əllər, həm də rollar dəyişilir:



"Dünya birliyi qarşısında böyük, həllini gözləyən məsələlər və risklər durur. Bu proseslərdə fəal iştirak nümayiş etdirənlər yalnız bir qrup fövqəl qüvvə və ya ölkələr deyil. Meydana yeni dövlətlər çıxıb və onların da söz demək, məsələləri həll etmək imkanları var. Digər tərəfdən, bu dövlətlər proseslərə daha innovativ yanaşır və bununla hesablaşmaq lazımdır. Əvvəllər bəzi ölkələrin elitalarına xas olan yekəxanlıq və başqalarını qəbul etməmək kimi xüsusiyyətlər yavaş-yavaş aradan çıxır. Çünki artıq diqqət mərkəzində xalqların insan kapitalı, elitalarının intellekti, bacarığı, yeni baxış və ideyaları dayanır. Ona görə də görürük ki, yeni dünya formalaşmaqdadır. Lakin bu prosesdə tələskənliyə yol vermək olmaz, həm də gecikmək düzgün deyil. “Dünən tezdir, sabah gec ola bilər” deyirlər. Bu baxımdan bütün dövlətlərin səsi eşidilməli, onların da yeni nizamın qurulmasına öz payını əlavə etməsi təmin olunmalıdır.

Yeni dünya dedikdə, köhnə standartlardan və arxaik yanaşmalardan uzaqlaşmaq vacibdir. Çünki bu yanaşmalar artıq xalqların taleyini pozur, problemlər və ağır nəticələr doğurur. Məsələn, Qəzza bölgəsində İsrailin həyata keçirdiyi soyqırım siyasəti, vəhşilik, özbaşınalıq və heç bir dövlətin, heç bir qüvvənin ABŞ-nin təsirindən çıxıb buna qarşı dura bilməməsi köhnə dünyanın göstəricisidir. İsrailin siyasətini tənqid edənlərə əsassız şəkildə “antisemit” damğası vurulur. Halbuki müxtəlif ölkələrdə yəhudilərə qarşı heç bir təzyiq yoxdur. BMT-də məsələ qaldırılsa da, Təhlükəsizlik Şurasında ABŞ veto qoyur. Bu, mövcud beynəlxalq sistemin ədalətsizliyini açıq şəkildə göstərir".

Analitik əlavə edib ki, təzə dünyanın göstəricisi isə BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi birliklərin möhkəmlənməsidir:

"Burada da müəyyən problemlər qalır. Məsələn, Hindistanın destruktiv, anlaşılmayan mövqeyi Azərbaycanın ŞƏT-ə  üzvlüyünün qarşısını alır. Əgər rəsmi Dehli hələ də köhnə dövrün yükü ilə gələcəyə addımlayırsa, onun yeni nizamda iştirak etməməsi daha məqsədəuyğun olar. Hindistan böyük dövlətdir, dünyanın üçüncü iqtisadiyyatıdır. Buna baxmayaraq, özünü çox cılız bir tərzdə ifadə edir. Halbuki Çin, Rusiya, Braziliya, Cənubi Afrika kimi ölkələr gələcəyin çağırışlarını eşidir və yeni münasibətlərin, yeni baxışların formalaşmasına dəstək verirlər. Bu dövlətlər istəyirlər ki, münasibətlər, baxışlar yenilənsin və məsələlərin həllində orijinal, ekstraordinar ideyalar yer tutsunlar. Yalnız belə bir tərzdə yeni nizamı qurmaq və dünyanı tikmək, yaratmaq olar.

Yeni nizam yalnız bir neçə ölkənin deyil, bütün dövlətlərin iştirakı ilə qurula bilər. Yaranan ittifaqlar böyük təsir gücünə malikdir. Onlar köhnə dünyanın həllini tapmayan  problemlərinə öz yanaşmalarını ortaya qoymalıdırlar. Bunun üçün əsas şərt qarşılıqlı dialoq, etimad və təşəbbüslərin birləşdirilməsidir. Bu üç elementin kəsişməsində dövlətlər bir-birini eşidə, hörmət göstərə və yeni modelləri tətbiq edə bilərlər. Ümumiyyətlə yeni ittifaqların yaranması ümid yeridir və öz töhfəsini verəcək. Bu gün Avropa zəifləyib, ABŞ də əvvəlki gücünü itirməkdədir. Amma hələ də ətalət ilə dünyaya öz şərtlərini diktə etməyə çalışırlar. Əgər həqiqətən güclüdürlərsə, onda xalqlara real nəticə göstərməlidirlər, insanları boş gözləntilərə salmamalı və kor-peşman etməməlidirlər.

Yeni dövlətlər, o cümlədən Azərbaycan öz bacarığı və təşəbbüsləri ilə gələcəyə yönəlmiş ölkə, xalq, məmləkət kimi formalaşır. Bizim istəklərimiz də bundan ibarətdir ki, bölgədə risklər düzgün dərk olunsun, Ermənistan kimi dövlətlər beynəlxalq hüquqa hörmət etsin və qurucu qüvvələrin qarşısında maneəyə çevrilməsin".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri