Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

Yol nəqliyyat hadisələrin sayı

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Rusiya da İran kimi Azərbaycana qarşı yönəltdikləri iddiaların saxtalığını gec tez etiraf etməli olacaq

Rusiya da İran kimi Azərbaycana qarşı yönəltdikləri iddiaların saxtalığını gec tez etiraf etməli olacaq

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Rusiyalı siyasətçilərin və media mənsublarının ölkəmizi və xalqımızı hədəf alan açıqlamaları iki ölkə arasındakı siyasi münasibətlərdə gərginliyin davam etdiyinin, rəsmi Bakının Moskva oxuna tabe olmayaraq müstəqil siyasət yürütdüyünün və regional siyasət quruculuğunda Rusiyanın təsirinin gedərək azaldığı üçün azğınlaşdığının göstəricisidir. Başqa ifadə ilə desək, Kiril Kabanov anti-Azərbaycan xəttində yer alan Rusiya siyasi elitasının gərginlik zəncirindəki bir parçadır. Burada həmçinin Vitali Milonov, Konstantin Zatulin, Yevgeni Popov, Nikolay Valuyev, Andrey Pinçuk, və son günlərdə Viktor Vodolatski və s. Duma üzvlərinin, Solovyov-Simonyan başda olmaqla çoxsaylı media nümayəndələrinin adını qeyd etmək olar”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri olan Kabanov daha öncə də ölkəmiz əleyhinə sərt çağırışlar səsləndirmişdi. Politoloq qeyd edib ki, bu çağırışlar arasında Azərbaycanın Ukraynadakı neft təsislərinə zərbələrin endirilməsi, o cümlədən Rusiya biznes sektorundan Azərbaycan diasporu nümayəndələrinin sıxışdırılıb çıxarılması yer alırdı, lakin bu fikirləri ilə Kabanov adını qeyd etdiyim şəxslərdən heç nə ilə fərqlənmir: “Onlar da eyni və ya bənzər sərsəm çağırışlar etmişdilər. Hətta Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat” çağırışı edənlər də vardı. Bu günlərdə Dumanın MDB işləri üzrə komitəsinin sədr müavini Vodolatskinin Azərbaycan, Gürcüstan və Ermənistanı Ukrayna aqibətini yaşamaqla təhdid etməsi heç də təsadüfi deyil. Xüsusilə enerji obyektlərimizin Rusiya tərəfindən vurulmasından sonra Azərbaycanın Ukraynaya silah-sursat tədarükünə qoyduğu embarqonu ləğv etməklə bağlı müzakirə başlatması, Ermənistanın Avrointeqrasiya prosesini inkişaf etdirməsi, Gürcüstanda da seçki gərginlikləri yaşandığına görə bu təhdidlər səslənir”.

Şəhla Cəlilzadə

Politoloqun fikrincə, Rusiya tərəfi heç bir fakt-əsası olmadan saxta ittihamlar irəli sürərək, guya Azərbaycanın Ukraynanı nəinki yüngül hərbi texnika ilə, hətta qırıcı təyyarə ilə təmin etdiyini iddia edir. Şəhla Cəlilzadə qeyd edib ki, bu iddia İsrail-İran müharibəsi dövründə ölkəmiz əleyhinə səslənən saxta iddialardan heç nə ilə fərqlənmir: “ Necə ki, o iddialar sübut olunmadı və öz təsdiqini tapmadığı üçün İran rəsmiləri tərəfindən rədd edildi, eləcə də Rusiya gec-tez öz iddialarının saxtalığını etiraf etməli olacaq. Bununla yanaşı, yaşanan gərginlik və təhdidlərə baxmayaraq ikitərəfli münasibətlərin gələcəyini qorumaq Rusiya tərəfinin maraqlarına uyğundur. Elə buna görə Putin bu barədə nikbin açıqlama vermişdi. Rusiya prezidenti bəyan etmişdi ki, “Rusiya-Azərbaycan münasibətləri o qədər fundamental xarakter daşıyır ki, müəyyən narazılıqlar öz həllini tapa bilər”. Rusiyanın Azərbaycan üzərindən İrana uzanan qlobal Şimal-Cənub dəhlizi layihəsinin reallaşmasına, başqa sözlə ölkəmizə ehtiyacı var və bu, ikitərəfli münasibətləri qorumağı, saxta gündəliklə gərginliyi artırmağı deyil, real sahəvi əməkdaşlığı inkişaf etdirməyi tələb edir. Yaxın günlərdə Bakıda Rusiya-Azərbaycan-İran üçtərəfli görüşü keçiriləcək, Bakıda hazırda III MDB idman oyunları keçirilməkdədir, ikitərəfli iqtisadi-ticarət əlaqələri də artan templə davam edir. Görünən odur ki, siyasi və iqtisadi proseslər ayrı-ayrı templərdə və cərəyanlarda inkişaf etsələr də, nəticə etibarilə bir məqsədə xidmət edirlər – Rusiyanın qlobal təcriddən çıxarılması və regional siyasi nüfuzunun qorunması”.

Şəhla Cəlilzadə bildirib ki, bütün bunların fonunda Azərbaycan regionun lider dövləti olaraq bütün tərəfləri bərabərhüquqlu əməkdaşlıq modeli ilə öz nüfuzunu tanımağa vadar edir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Oktyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see217

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see208

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see205

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see184

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see177

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see174

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see161

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see158

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see150

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see150

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see147

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see142

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see138

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see136

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

20 Noyabr 2025 11:24see135

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see134

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see133

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see132

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see131

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri