Icma.az
close
up
RU
Rusiya dəhşətli yeni bir presedent yaradacaq və... ABŞ ın Azərbaycandakı sabiq səfirindən açıqlamalar

Rusiya dəhşətli yeni bir presedent yaradacaq və... ABŞ ın Azərbaycandakı sabiq səfirindən açıqlamalar

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu planların heç biri müharibəni bitirməyəcək, çünki Rusiya və Prezident Putin döyüşləri davam etdirmək istəyir”.

Mia.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında ABŞ-ın Azərbaycanakı sabiq səfiri, Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, sabiq səfir Metyu Brayza deyib.

“Prezident Trampın sülh planı barədə məlumatların mətbuata sızması və ABŞ-ın Ukrayna və Avropalı müttəfiqləri tərəfindən sərt tənqid edilməsindən sonra ona dəyişikliklər edildi. Ötən həftə sonu ABŞ Ukrayna ilə danışıqlarda iştirak edərək və sonra Avropalı müttəfiqlərimizlə bunu əlaqələndirərək 28 maddəlik planı 19 maddəyə endirdi. Və Rusiyanın öncəki plana daxil etdiyi ən çox etiraz doğuran və cəfəng tələblərin çoxu aradan qaldırıldı. Bununla belə, bu planların heç biri müharibəni bitirməyəcək, çünki Rusiya və Prezident Putin döyüşləri davam etdirmək istəyir. O Prezident Trampı müharibəni bitirmək istədiyinə inandırdı, amma o, bunu etmir. Çünki bilir ki, Rusiyanın daha çox əsgəri var və müharibəni çox uzun müddət davam etdirmək ümidi ilə qurbanlar verə bilər. Ukraynanın müharibədən tükənməsinə, sonra isə ABŞ və Avropanın da tükənməsinə və Ukraynaya dəstəyini dayandırmasına səbəb olana qədər bunu davam edə bilər. Ona görə də bu sülh planının müharibəyə son qoyması ehtimalı yoxdur”.

M.Brayza hesab edir ki, Ukrayna təslim olmasa, Rusiyanın müharibədə qalib gəlmək şansı yoxdur:

“Ukrayna heç vaxt təslim olmayacaq. Rusiya üçün müharibədə qalib gəlmək onun ifrat məqsədlərinə, yəni rejimin dəyişməsinə, Ukraynada dəyişikliklər etməyə, Ukraynanın özünü müdafiə qabiliyyətinin aradan qaldırılmasına, onun NATO-ya qoşulmasına imkan verməməyə nail olması deməkdir. Bunların heç biri baş verməyəcək. Buna görə də Rusiyanın öz məqsədlərinə çatacağı halda nə baş verəcəyi barədə düşünmək belə mənasızdır, çünki bu, olmayacaq.

Əgər soruşsanız ki, “müharibə Rusiyanın xeyrinə bitərsə, bunun Azərbaycan üçün hansı nəticələri ola bilər?”, bunu heç kim bilmir. Bu sual Azərbaycandan kənarda heç kimi maraqlandırmır və o qədər spekulyativdir ki, hazırda bilinməyən bir çox amillərə əsaslanır və cavab verməyim dürüst olmazdı, çünki mən sadəcə uydurardım. Bu, real olmazdı. Lakin müharibə Rusiyanın xeyrinə bitməyəcək. Ukraynanın xeyrinə də bitməyə bilər. Ukrayna narazı qalacaq, yəqin ki, ərazisinin bir hissəsini itirdiyini qəbul etməli olacaq. Lakin bu, Rusiyanın xeyrinə olmayacaq, çünki Rusiyanın qazanacağı ərazilər Prezident Putinin artıq bir milyondan çox rus əsgərinin ölümünə səbəb olan müharibədə verdiyi vədlərlə örtüşməyəcək”.

M.Brayza vurğulayıb ki, əgər Rusiya Ukraynaya qarşı müharibədə maksimalist məqsədlərinə çatsa, bunun hər kəs, bütün Avropa, ABŞ və dünyadakı bütün dostlarımız üçün nəticələri çox böyük olardı, çünki Rusiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq beynəlxalq sərhədləri güc yolu ilə dəyişdirə bilmək kimi dəhşətli yeni bir presedent yaradacaq. O, əminliklə bildirib ki, əgər Rusiya buna nail olsa, Prezident Putin davam edəcək və nəticədə NATO üzvü olan Avropa ölkələrinə hücum etməyə çalışacaq. Beləliklə, bu, üçüncü dünya müharibəsinə səbəb ola bilər.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Noyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri