Icma.az
close
up
RU
Rusiya Dneprə niyə Oreşnik raketi atdı? The Economistin təhlili

Rusiya Dneprə niyə Oreşnik raketi atdı? The Economistin təhlili

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin Dneprə "Oreşnik" raketini buraxmaqla Ukraynanı və onun Qərb tərəfdaşlarını ya Ukrayna daxilində, ya da birbaşa NATO ölkələrinə hücum etməklə eskalasiya edə biləcəyinə inandırmağa çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist” yazıb.

Nəşr yazır ki, bu təhdidlər ciddi qəbul edilməlidir, lakin həmişə sözün əsl mənasında deyil, çünki Ukrayna dramatik eskalasiya yaratmadan Krıma və Putinin Rusiya hesab etdiyi digər Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazilərinə qarşı dəfələrlə Qərb raketlərindən istifadə edib.

Qərb rəsmilərinin dediyinə görə, Putin həqiqətən də 2022-ci ilin sonunda nüvə silahından istifadə etməyi düşünüb, həmin zaman  onun ordusu geri çəkilirdi.

Amerika və Avropa kəşfiyyat rəsmiləri bildirirlər ki, Putin NATO ilə açıq hərbi qarşıdurmadan qaçmağa çalışacaq. Çünki Alyans ölkələrindən birinin ərazisinə hücum çox güman ki, NATO-nun qarşılıqlı müdafiə ilə bağlı 5-ci maddəsinin tətbiqinə gətirib çıxaracaq.

Pentaqonun sözçüsü Sabrina Sinqhin sözlərinə görə, "Oreşnik" özü ilk dəfə 13 il əvvəl sınaqdan keçirilmiş RS-26 raketinin bazasında yaradılıb, bu o deməkdir ki, raket "inqilabi yeni silah" deyil. Lakin zərbənin özü çox güman ki, Rusiya Federasiyasının Qərb ölkələrini Ukraynaya kömək etməkdən çəkindirmək səylərinin bir hissəsidir. Xüsusilə əsas auditoriya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yeni administrasiyası olacaq.

Qeyd olunur ki, "Oreşnik" raketi əvvəlcə həm ABŞ, həm də Rusiya tərəfindən qitələrarası ballistik raket (QBR) kimi təsnif edilib. Daha qısa mənzilli olsalar da, belə ballistik raketlər mürəkkəb və bahalı silahlardır və demək olar ki, həmişə nüvə başlığı daşımaqla əlaqələndirilir.

Bundan əlavə, Rusiya nüvə riskini azaltmaq üçün nəzərdə tutulmuş kommunikasiya kanalları vasitəsilə ABŞ-a zərbə barədə 30 dəqiqə əvvəldən məlumat verib, baxmayaraq ki, Amerika tərəfi bir gün əvvəl səfirliyini bağlayan zaman təhlükədən xəbərdar idi.

"Oreşnik" və buna bənzər raketlərdən istifadənin "raket müharibəsinin yeni erası"nın bir hissəsi olduğu bildirilir: Rusiyadan əlavə, İran İsrailə qarşı tarixdə ən böyük ballistik raket atışını həyata keçirib, İsrail isə ona qarşı havadan buraxılan ballistik raketlərdən istifadə edib. Noyabrın 17-də Hindistan 1500 km mənzilli hipersəs raketini sınaqdan keçirdiyini açıqlayıb.

Bundan əlavə, Birləşmiş Ştatlar 2026-cı ildə Almaniyada orta mənzilli adi raketlər yerləşdirməyi planlaşdırır və Avropa özünün "dərin zərbə" sistemləri üzərində əməkdaşlıq edir.

"The Economist" yazır ki, "Oreşnik" döyüşdə istifadə olunacaq çox sayda döyüş başlığına malik ilk orta mənzilli raketdir.

"Və bəlkə də sonuncu deyil", deyə məqalədə qeyd edilir.

Nizami Bağırov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see319

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see204

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see201

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see184

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see151

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see134

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see132

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see129

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see118

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri