Icma.az
close
up
RU
Rusiya donanması ciddi problemlə üzləşib

Rusiya donanması ciddi problemlə üzləşib

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Rusiyanın Aralıq dənizi donanması tənəzzüldədir. Hərbi donanmanın əsas problemi köhnə gəmilər, beynəlxalq təcrid və Ukraynadakı müharibədir.
Reyting.az
-ın məlumatına görə, kəşfiyyat analitiki İsaak Seitz bildirib ki, Rusiya uzun müddətdir Aralıq dənizində isti su limanına sahib olmağa çalışır.
Moskva Tartusdakı (Suriya) bazanı Əsəd rejimindən alıb. Bu, Rusiya Federasiyasının yeganə daimi xarici dəniz qrupu idi. 2013-cü ildən Rusiya ABŞ donanmasına qarşı duraraq regionda daimi mövcudluğunu bərpa edib. Donanma əsasən Tartusda yerləşir, lakin döyüş qabiliyyətini itirir.
Kəşfiyyat analitiki qeyd edib ki, döyüş gəmiləri - əsasən sovet dövründən qalmadı, 2025-ci ildə isə Kildin gəmisində yanğın hadisəsi təsdiqlənib.
Çəkindirmənin əsas elementi olan sualtı qayıqlar da faktiki olaraq, cavabdehlik zonasında yoxdur.
İ. Seitz rus donanmasının tənəzzülünün bəlli səbəblərini sadalayıb:
Birinci, gəmilərin köhnəlməsi və təmirlə bağlı problemlər.
İkinci, Ukraynada müharibə və torpaq kampaniyasına yönəldilmiş resurslar.
Üçüncü, geosiyasi təcrid.
Türkiyə Boğazı bağlayıb, Aralıq dənizi ilə Qara dəniz donanmasının əlaqəsi kəsilib.
Dördüncü, limanlara girişin məhdudlaşdırılması və NATO düşmənçiliyi.
Bundan əlavə, Rusiya donanması ağır geosiyasi nəticələrlə, xüsusən də Rusiyanın Suriya, Liviya və Yaxın Şərqdə təsirinin azalması ilə üzləşib. Bütün bunlar Rusiyanın regiondakı dəniz yollarına təsir imkanlarını sarsıdıb.
Analitiklər ehtimal edirlər ki, Rusiya Aralıq dənizi ambisiyalarından əl çəkməyəcək. Ukraynada müharibənin gərginləşməsi şərtilə, gəmi tikintisi və donanmanın modernləşdirilməsi bərpa oluna bilər. Kremlin nüfuzunu saxlamaq üçün özəl hərbi şirkətləri (məsələn, Vaqner) daha fəal şəkildə cəlb etməsi mümkündür. Liman və logistika dəstəyi kimi İran, Çin və ya Əlcəzairlə yeni ittifaqlar da yarada bilərlər.
Seitz qeyd edib ki, strateji istiqamətləndirmə və resurs dəstəyi olmadan Rusiyanın Aralıq dənizindəki mövcudluğu daralacaq. Bu isə, NATO-ya yeni imkanlar aça və Moskvanın Yaxın Şərqdə təsirini azalda bilər.
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 May 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri