Icma.az
close
up
RU
Rusiya Dumasına MİQRANT PENSİYALARI ilə bağlı sərt təklif

Rusiya Dumasına MİQRANT PENSİYALARI ilə bağlı sərt təklif

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Dövlət Dumasına miqrantlara yaşa görə sosial pensiyanın ləğvini nəzərdə tutan qanun layihəsi təqdim olunub. Sənəd Liberal Demokrat Partiyası (LDPR) fraksiyasının rəhbəri Leonid Slutskinin təşəbbüsü ilə irəli sürülüb.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə partiyanın mətbuat xidməti xəbər verib.

Qanun layihəsinin izahat qeydində bildirilir ki, Rusiya bir sıra xarici vətəndaşlar üçün cəlbedici ölkəyə çevrilib.

"Onlar burada formal yaşayış əsasında dövlət büdcəsindən sosial pensiya alırlar. Qeyd olunur ki, sosial pensiyanın orta əməkhaqqına nisbəti təqribən 28 faiz təşkil etsə də, bu ödənişlər ölkə vətəndaşlığı olmayan şəxslərə də şamil olunur ki, bu da dövlətin üzərində əlavə maliyyə yükü yaradır", - deyə sənəddə qeyd olunub.

LDPR-in təklif etdiyi düzəliş, pensiya sistemində ölkənin həyatında real iştirak prinsipinə əsaslanmaqla, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan daimi sakinlərə yaşa görə pensiya verilməsinin dayandırılmasını nəzərdə tutur.

Leonid Slutskinin fikrincə, miqrantlar Rusiya üçün uzun illər xidmət etməyiblər və sosial sistemdən sui-istifadə edirlər:

"Rusiya vətəndaşları, xüsusilə yaşlı nəsil ömrü boyu ölkəyə töhfə verib. Miqrantlar isə hazır sistemə gəlirlər və ondan faydalanmağa çalışırlar. Bu, ədalətsizlikdir", - deyə o bildirib.

LDPR rəhbəri əlavə edib ki, hazırda rusiyalı təqaüdçülər orta hesabla 15 min rubl (təxminən 322 manat) pensiya alır və bu şəraitdə miqrantlara paralel şəkildə pensiya ödənilməsi qəbuledilməzdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 İyun 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri