Icma.az
close
up
RU
“Rusiya Əfqanıstana silah tədarükü həyata keçirəcək”

“Rusiya Əfqanıstana silah tədarükü həyata keçirəcək”

Icma.az bildirir, Adelet.az portalına istinadən.

“Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparmaqla yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiyanı da “unutmamağa” çalışır. Kreml əlindən gələni edir ki, bazar günü Ermənistanda keçirilən parlament seçkisində baş nazir Nikol Paşinyanın partiyası məğlub olsun. Rusiyanın son bir ayda Ermənistan hökumətinə təzyiqi artıb, kənd təsərrüfatı məhsullarının girişinə qadağa qoyulub, Kreml İrəvanı qazın qiymətini artırmaqla hədələyir. Bu təzyiqlərə baxmayaraq, Ermənistanda keçirilən sorğular Paşinyanın qələbə qazanacağını göstərir”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, bu arada, Kremlin Əfqanıstana da diqqəti artıb:

“Kreml Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı ilə hərbi-texniki əməkdaşlıq sazişi imzalayıb. Sazişi Rusiya tərəfdən Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Əfqanıstan tərəfdən isə bu ölkənin müdafiə naziri Məhəmməd Yaqub imzalayıb. Məhəmməd Yaqub Talibanın qurucusu Molla Ömərin oğludur. Bu sənəd Moskva vilayətində keçirilən beynəlxalq təhlükəsizlik forumunda imzalanıb. Maraqlıdır ki, Taliban hərəkatı son illərə qədər Rusiyanın terrorçular siyahısında idi. Rusiyanın Ali Məhkəməsi 2025-ci ildə qərar verərək, Talibanın Rusiya ərazisində terror təşkilatı kimi qadağan olunması barədə qərarın icrasını dayandırıb.Taliban Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığa maraq göstərir”. 

Politoloq bildirib ki, Moskva ilə Taliban arasında əldə olunan razılaşmaya görə, Rusiya Əfqanıstana silah tədarükü həyata keçirəcək:

“Bundan başqa Talibanın yatırımlara və birgə iqtisadi layihələrin icrasına ehtiyacı var. Vaxtilə Pakistan və İranda sığınacaq tapan milyonlarla əfqan zorla ölkələrinə göndərilib və bu kasıb Əfqanıstanın vəziyyətini daha da ağırlaşdırıb. Digər tərəfdən Talibanla Pakistan arasında münasibətlər gərgindir, sərhəddə tez-tez toquşmalar baş verir, bu zaman hər iki tərəf itki verir. Belə vəziyyətdə Talibanın daha çox tərəfdaşa ehtiyacı var. Kreml Əfqanlstanla Pakistan arasında tərəf tutmasa da, Talibanla imzalanan hərbi əməkdaşlıq sazişin İslamabadın narahatlığına səbəb olub. Moskva Talibanla əməkdaşlığı genişləndirməyə hazırdır”. 

E.Şahinoğlu deyib ki, Rusiya hakimiyyətinin Talibanla əməkdaşlığı genişləndirməkdə məqsədi Qərb ölkələrinin Əfqanıstanda mövqelərinin güclənməsini əngəlləməkdir:

“Çin sözdə Rusiyanın tərəfdaşı olsa da, Kreml Pekinin də Əfqanıstanda mövqelərinin güclənməsindən narahatdır. Çin Əfqanıstanın yeraltı zənginliklərindən faydalanmağa çalışır. Çin və Rusiya Mərkəzi Asiyada rəqibdirlər. Kreml Əfqanıstanı da rəqabətdə Pekinə uduzmaq istəmir. Kreml Kabili önəmli bir məsələdə də dəstəkləyir. Sergey Şoyqu Qərb ölkələrini Əfqanıstanın dondurulmuş aktivlərini açmağa və ölkənin bərpasına maliyyə dəstəyi verməyə çağırıb. Qərbin bu çağırışa müsbət reaksiya verəcəyi çətindir”.

Vasif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 İyun 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri