Icma.az
close
up
RU
Rusiya əhalisinin dünyaya çıxışı bloklanıb Baş prokurorun “qara siyahısı” açıqlandı

Rusiya əhalisinin dünyaya çıxışı bloklanıb Baş prokurorun “qara siyahısı” açıqlandı

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyada 81 xarici KİV-in fəaliyyətinə qadağa qoyulub.

“AzPolitika” xəbər verir ki, bu barədə çərşənbə günü Baş prokuror İqor Krasnov Federasiya Şurasında çıxışı zamanı bildirib.

Rusiya hakimiyyəti ilk dəfə 2024-cü ildə bir sıra xarici KİV-lərin ölkədə fəaliyyətinə rəsmən qadağa qoyub. Rusiya Xarici İşlər Nazirliyi bunu Avropa İttifaqının öz ərazisində üç Rusiya KİV-i üçün hər hansı yayım fəaliyyətini qadağan etməsindən sonra cavab tədbiri adlandırıb.

Krasnov da xarici mediaya qoyulan qadağanı “cavab tədbiri” adlandırıb. Rusiyada fəaliyyəti qadağan edilən nəşrlər arasında “Politico”, “France Presse”, “Der Spiegel”, “Yle”, “El País”, “EUobserver”, LRT, “Delfi” və digər KİV-lər var.

İqor Krasnovun sözlərinə görə, Rusiyada arzuolunmazlar siyahısına 71 xarici təşkilat da əlavə edilib, 3 terror qruplaşması və onların 172 bölməsi qadağan edilib. Onlarla yanaşı müstəqil media qurumları da “arzuolunmaz” kimi tanınıb. Bura “Azadlıq” radiosu və onun bütün layihələri, “Dojd” telekanalının, “Meduza”nın və “Novaya qazeta-Avropa”nın layihələri daxil edilib.

“Azadlıq” radiosu da daxil olmaqla saytların kütləvi şəkildə bloklanması Rusiyada 2022-ci ildə, Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra başlayıb. Roskomnadzor həmçinin “Facebook”, “Twitter” və “Instagram” sosial şəbəkələrini də bloklayıb. Məhkəmə Amerikanın “Meta” korporasiyasının fəaliyyətini ekstremist kimi tanıyıb və Rusiyada fəaliyyətini qadağan edib.

Rusiya hakimiyyəti 2024-cü ildə rekord sayda internet saytlarına girişi məhdudlaşdırıb. Ümumilikdə, təxminən 523 min sayt bloklanıb, onlardan təxminən 106 mini sonradan blokdan çıxarılıb və 417 mindən çox resurs bu günə kimi əlçatmaz olaraq qalır. Bu, 2012-ci ildən bəri bütün müşahidə dövrü üçün ən yüksək göstəricidir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Aprel 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see220

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see188

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see136

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see133

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see125

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see122

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see122

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see121

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see120

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see120

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see118

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see117

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see117

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

18 Avqust 2025 08:37see117

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see117

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri