Rusiya Federasiyası Ukraynada SOCAR ın neft bazasını vurub, xəsarət alanlar var
Icma.az bildirir, Olke.az portalına istinadən.
2025-ci il avqustun 8-nə keçən gecə Rusiya tərəfindən 5 ədəd “Şahed” tipli dronla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Odessa vilayətində yerləşən neft bazasına zərbə endirilib. Nəticədə yanğın baş verib və dizel yanacağı boru kəməri zədələnib.
Ölkə.Az bildirir ki, barədə “Ukrayinska Pravda” (UP) nəşrinə Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.
Yanğını qısa müddətdə lokallaşdırmaq mümkün olub. UP-nin həmsöhbətlərinin sözlərinə görə, Rusiya Federasiyasının hücumu nəticəsində dörd əməkdaş ağır xəsarət alıb və onlara təcili tibbi yardım göstərilib. Hazırda dəymiş ziyanın miqdarı müəyyənləşdirilir, təcili bərpa işləri aparılır.
Hüquq-mühafizə orqanları bildiriblər ki, “Rəsmi istintaq məlumatları hələ açıqlanmayıb, lakin beş idarə olunan dronun dəqiq zərbə yerləri göstərir ki, neft bazası hücumun əsas hədəfi olub”.
Bu, son vaxtlar Azərbaycana məxsus kritik infrastruktur obyektlərinə qarşı həyata keçirilmiş ikinci məqsədli hücumdur.
Xüsusilə yaxın günlərdə Rumıniya sərhədinə yaxın ərazidə yerləşən “Orlovka” qazpaylayıcı stansiyasına da zərbə endirilib. Həmin stansiya Azərbaycanın qazını Ukraynaya nəql etmək üçün nəzərdə tutulan Transbalkan qaz kəmərinin mühüm hissəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 08 Avqust 2025 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















