Rusiya Federasiyasının Qaraçay Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycanın bütün sakinlərini səmimi-qəlbdən təbrik edirəm.
Tarixi irsə və zəngin mədəni ənənələrə malik olan Azərbaycan bu gün dinamik inkişaf edən dövlətlər sırasında haqlı olaraq layiqli yer tutur.
Sizin müdrik rəhbərliyinizlə ölkə iqtisadiyyatdan tutmuş beynəlxalq mədəni əməkdaşlığa qədər bütün sahələrdə mühüm uğurlar əldə edib.
Azərbaycanın əsas qürur mənbəyi onun istedadlı, zəhmətkeş və qonaqpərvər xalqıdır. Məhz bu keyfiyyətlərin sayəsində respublika gələcəyə inamla addımlayarkən, eyni zamanda, özünəməxsus kimliyini qoruyub saxlayır.
Biz Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının tərkib hissəsi olan Qaraçay-Çərkəz Respublikası arasında inkişaf etmiş dostluq münasibətlərini və səmərəli əməkdaşlığı yüksək qiymətləndiririk.
Əminəm ki, respublikaların sakinlərinin rifahı naminə əlaqələrimiz bundan sonra da möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, uzun ömür, uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Rəşid Temrezov
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 27 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















