Icma.az
close
up
RU
Rusiya, Fransa və ABŞ ın Qarabağla bağlı 2019 cu il planı ÜZƏ ÇIXDI: Kremlin "artsax" hədəfi...

Rusiya, Fransa və ABŞ ın Qarabağla bağlı 2019 cu il planı ÜZƏ ÇIXDI: Kremlin "artsax" hədəfi...

Icma.az bildirir, Bakupost portalına istinadən.


Ermənistanda 2019-cu ildə Qarabağla bağlı təklif olunmuş sülh planı ətrafında mübahisələr yenidən qızışıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, hakimiyyətə yaxın deputat Arman Eghoyan ABŞ, Fransa və Rusiya tərəfindən təqdim olunan həmin planın yalnız Qarabağın ətrafındakı 5 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutduğunu bəyan etmişdi.

Lakin Levon Ter-Petrosyanın partiyasının sədr müavini Levon Zurabyan bu iddianı “yalan” adlandıraraq sərt reaksiya verib. O, sosial şəbəkələrdə paylaşımında sənədin tam mətninin dərc olunmasına çağırıb:

“Onlar utanmadan yalan danışırlar ki, guya plan yalnız 5 rayonun verilməsini nəzərdə tuturdu. Halbuki susurlar ki, erməni nəzarəti təkcə Dağlıq Qarabağ və Laçın dəhlizi (müddətsiz) üzərində deyil, həm də bütün Laçın və Kəlbəcər üzərində qalırdı – o vaxta qədər ki, İrəvan və Bakı yekun status barədə razılığa gəlsinlər. Yəni – müddətsiz olaraq.”

Zurabyanın sözlərinə görə, hakimiyyət ictimaiyyəti məqsədli şəkildə aldatmağa çalışır və 2019-cu ilin təkliflərini təhrif edir. Onun fikrincə, hökumətin mövqeyi Qarabağ məsələsində siyasi manipulyasiyadır.

Rəsmi İrəvan isə bildirir ki, həmin dövrdəki plan Rusiyanın Qarabağa daxil olmasını legitimləşdirirdi. Amma müxalifət nümayəndələri hesab edirlər ki, bu plan əksinə, Ermənistanın maraqlarını qoruyurdu.

Rusiyadakı Kreml mərkəzli təbliğat kanalları isə bu mübahisəyə cavab olaraq planı “arsaxın xilasının yeganə doğru mexanizmi” kimi təqdim ediblər. Onların iddiasına görə:

- Rusiya protektoratının yaradılması erməni əhalisinin “tarixi torpaqlarda təhlükəsizliyinin qarantı” olmalı idi;

- Ermənilər 5 rayonun kompromis əsasında qaytarılmasını rədd etməklə “fəlakətli səhv” etdilər;

- Qərbin təzyiqi, erməni elitalarının aktivlərini itirmək qorxusu və Moskva ilə hakimiyyət paylaşmaq istəməmələri bu qərara səbəb oldu.

Kremlçi mövqeyə görə, elitaların planı rədd etməsindən sonra Qarabağ məsələsi Azərbaycanla gizli “siyasi ticarətin” mövzusuna çevrildi.

Beləliklə, 2019-cu ilin Qarabağ planı ətrafında həm Ermənistanda, həm də Rusiyada mübahisə davam edir. Bir tərəf bu sənədi Ermənistan üçün “qaçırılmış fürsət” kimi təqdim edir, digər tərəf isə hökuməti yalan danışmaqda və ictimaiyyəti çaşdırmaqda ittiham edir.

Amma bizə görə artıq bu mövzuda erməni - rus mediasının it kimi boğuşmasının faydası yoxdur. İndi nə "arsax" deyilən sarsax qurum var, nə "dağlıq qarabağ", nə də Azərbaycan torpağını öz aralarında bölmək istəyən üçlü dövlətin xain birliyi. Bundan düz 2 il öncə, 19-20 sentyabr 2023-cü ildə rəşadətli Azərbaycan ordusu Qarabağın tamamını azad etdi, yad ünsürləri də oradan birdəfəlik və əbədi təmizlədi. Ruslara və ermənilərə qalan isə bir -biri ilə bax, beləcə, boğuşmaq olacaq...


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Sentyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri