Rusiya gecə yüzdən çox PUA və üç raketlə Ukraynaya hücum edib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya oktyabrın 4-nə keçən gecə yüzdən çox pilotsuz uçuş aparatı (PUA) və "İskəndər-M" raketləri ilə Ukraynaya hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumata yayıb.
"Oktyabrın 3-ü saat 18:00-dan başlayaraq Rusiya Federasiyasının Bryansk, Orlovsk, Kursk, Rostov və Voronej vilayətlərindən "Şahed", "Gerbera" və digər tipli 109 hücum PUA-sı, həmçinin üç "İskəndər-M/KN-23" ballistik raketi buraxılıb", - məlumatda deyilir.
Qeyd olunur ki, yerli vaxtla səhər saat 09:00-a olan məlumata görə, 3 raket və 36 hücum PUA-sının 21 nöqtəni vurub. Daha 4 yerdə isə vurulmiş PUA-ların qalıqları yerə düşüb.
"Hücum hələ də davam edir – hava məkanında bir neçə düşmən PUA-sı var", - məlumatda deyilir.


