Rusiya gəmisi batdı
Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.
Aralıq dənizində qiymətli yükləri olan Rusiya gəmisi batıb
14 dənizçi xilas edilib, daha ikisi itkin düşüb.
Rusiyanın “Ursa Major” yük gəmisi Aralıq dənizində, İspaniya sahillərində batıb.
Sitat.info TASS-a nistinadən xəbər verir ki, İspaniyanın “La Verdad” nəşrinin məlumatına görə, 14 dənizçi Kartagena limanına aparılıb, daha ikisi itkin düşmüş hesab olunur.
Eyni zamanda, nəşrin mənbələri iddia edir ki, gəmidə partlayış baş verib.
Uzun illərdir ki, "Ursa Major" yük gəmisi Suriyadakı rus qoşunları üçün yük daşıyıb. Təhlilçilər bunun Suriyanın Tartus və Xmeymimdəki Rusiya bazalarını boşaltması üçün nəzərdə tutulduğunu güman edirdilər.
Eyni zamanda, OSINT analitiki Oliver Alexander qeyd edir ki, yük gəmisi Tartusun boşaldılmasına kömək etmək üçün deyil, Vladivostoka gedirdi.
Bildirilib ki, gəmi Vladivostok limanı üçün iki "Liebherr 420 "mobil kranı və "Layihə 10510"-un yeni nüvə buzqıran gəmisinin tikintisi üçün iki 45 tonluq lyuk daşıyırdı.
Səid,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 24 Dekabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















