Rusiya gömrükçüləri Çindən gələn yük maşınlarında 3 000 ə yaxın dron aşkar etdilər
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Rusiyanın Uzaq Şərqində gömrükçülər Çindən gələn yük maşınlarında 3 000-ə yaxın dron və onların komponentlərini aşkar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin "Telegram" kanalında məlumat yayılıb.
Tapıntılar arasında iki təyyarə tipli PUA, 2 672 kvadrokopter və 200-dən çox komponent olub. PUA-ların bəziləri müşahidə kameraları, termal kamera və yükburaxma cihazları ilə təchiz edilib.
Yük maşını Çindən Rusiya şirkətinə gedirmiş və digər malların arasında gizlədilən yük oyuncaq və istehlak malları kimi sənədləşdirilib.
Bəyan olunmayan mallarla bağlı cinayət işi açılıb.









Dəqiqədə 450 000 atəş: Çindən heyrətamiz pulemyot
06 Yanvar 2025 18:29
Rusiya Çindən dron mühərriklərini bu adla alırmış
25 İyul 2025 07:16
Çindən gələn elektromobillərin sayı azalıb
23 İyun 2025 17:42
Çindən gələn qatar Bakıya çatdı
09 Sentyabr 2025 13:19
Pentaqon sərhədə 3 000 ə qədər hərbçi göndərəcək
02 Mart 2025 07:06

