Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Rusiya hava məkanı mülki aviasiya üçün risk zonasıdır Ekspertin gündəmə gətirdiyi faktlar

Rusiya hava məkanı mülki aviasiya üçün risk zonasıdır Ekspertin gündəmə gətirdiyi faktlar

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Rusiyanın hava məkanında Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Qroznidə yerləşən hava hücumundan müdafiə vasitələrinin tərkibində olan "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən açılan atəşlə qəza vəziyyətinə gətirilməsi artıq məlumdur. Bu, həm təyyarənin yerə düşməsindən sonrakı bortun fizioloji müşahidələri, həm də qəzanın səbəbləri ilə bağlı ilkin ehtimalların həmin istiqamətdə olması ilə aydın görünür. Buna baxmayaraq, Rusiyanın hələ də bu məsələdə susqunluğu  anlaşılan deyil”

Bu fikirləri Moderator.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxalıyev deyib.

Hərbi ekspertin sözlərinə görə, təbii ki, Rusiya tərəfi Qroznidə və Mahaçqalada Ukrayna tərəfindən mümkün pilotsuz uçuş aparatlarının (PUA) zərbə ehtimallarının olduğu bir vaxtda hava məkanını bağlaya bilərdi:

 “Azərbaycan tərəfinə vaxtında xəbərdarlıq edə bilərdi ki, həmin istiqamətdə uçuşlar həyata keçirilməsin, ancaq bunu etmədilər. Nəticədə, təhlükəli bir hava məkanına təyyarəmizin daxil olmasına heç bir məhdudiyyət qoyulmadı. Bu, baş vermiş qəzanın əsas səbəblərindən biri hesab edilə bilər. Həmçinin, ehtimallara görə, Qroznıda yerləşən hərbi radarlar Azərbaycan təyyarəsini yanlışlıqla Ukrayna tərəfindən Qroznıya və ya Mahaçqala istiqamətinə yönəldilmiş PUA kimi qələmə veriblər. Belə ki, sanki təhlükə Ukraynadan gəlirmiş kimi mülki təyyarə hərbi hədəf olaraq görülüb və bunun əsasında "Pantsir-S" zenit-raket kompleksi ilə atəş açılıb. Havanın məhdud görünüş şəraitində, hədəf havada açıq-aydın görünmürsə, belə vəziyyətlərdə hava hücumundan müdafiə sistemlərinin texnoloji üstünlükləri çox önəmli rol oynayır. Lakin görünür ki, Qroznidə yerləşən sistemlər müasir texnoloji tələblərə uyğun olmayan  texnologiyalarla təchiz olunub. Bu cür avadanlıqlar hədəfin mülki təyyarə, hərbi təyyarə və ya pilotsuz uçuş aparatı olduğunu dəqiq müəyyənləşdirməkdə çətinlik çəkir. Nəticədə, onlar Azərbaycan mülki təyyarəsini yanlışlıqla hərbi hədəf olaraq qəbul edib atəş açıblar. Hazırda hadisənin hərbi müdaxilə deyil, sadəcə texniki səhv olduğunu göstərmək üçün Rusiya tərəfinin bu addımı siyasilər səviyyəsində əsaslandırmağa çalışdığı ehtimal olunur. Mülki aviasiya üzərinə atəş açılması hərbi qüvvələr tərəfindən heç bir halda həyata keçirilməməli idi və etməsi nəticəsində artıq biz bunun müzakirəsini aparırıq”.

Hərbi ekspert vurğulayıb ki, əgər təyyarə qəza vəziyyətinə düşüb və pilotlar Qroznı aviasiya dispetçerləri ilə əlaqə saxlayıblarsa, bu zaman dispetçerlər təyyarəni daha təhlükəsiz uçuş marşrutlarına yönləndirə bilərdilər:

“Lakin belə bir yönləndirmənin edilməməsi və təyyarənin təhlükəli zonada qalmasına imkan verilməsi, hadisənin digər mühüm tərəflərindən biridir. Eyni zamanda, təyyarənin vurulması hadisəsi baş verdiyi anda Rusiya Hərbi Hava Qüvvələri komandanlığı, Müdafiə Nazirliyi və hətta Rusiya Prezidenti bu barədə dərhal məlumatlandırılmalı idi. Belə bir kritik hadisənin bu strukturlardan xəbərsiz qalması ehtimalı çox azdır. Bu səbəbdən, Rusiyanın rəsmi nümayəndələrinin indiyə qədər məsələyə münasibət bildirməməsi anlaşılan deyil. Adətən, belə hadisələrdə bir ölkənin silahlı qüvvələri digər ölkənin mülki və ya hərbi aviasiyasına qarşı səhvən zərbə endirəndə, hadisənin qərəzli olmadığını göstərmək üçün rəsmi üzrxahlıq edilir və təzminatlar ödənilir. Beynəlxalq praktikada bu cür nümunələr çoxdur. Biz hələ bunu Rusiyadan görmədiyimiz üçün kifayət qədər burada suallar yaradır. Rusiya tərəfi hadisəni texniki ekspertiza nəticələrindən sonra dəyərləndirəcəklərini bildirib. Bu da qəzanın baş vermə səbəblərinin tam şəkildə araşdırılmasından və sübutların toplanmasından sonra mümkün olacaq. Texniki ekspertizanın, qara qutuların oxunmasının və vizual müşahidələrin nəticələrinin əldə olunması vaxt tələb edir. Ən azından bir həftə ərzində bu məlumatların açıqlanması çətin görünür”.

“Lakin burada əsas məsələ, Rusiya atmalı olduğu addımları vaxtında atmalı idi. Qəza baş vermədən öncə hava məkanında daha diqqətli monitorinq, riskli zonalara daxil olan mülki təyyarələrin yönləndirilməsi və ya bu təhlükələrin əvvəlcədən bildirilməsi ilə qəzanın qarşısı alına bilərdi.

Hazırkı vəziyyət göstərir ki, Rusiya hərbi hava qüvvələri arasında ciddi koordinasiya problemi mövcuddur. Mülki aviasiya reyslərinin Rusiya hava məkanına daxil olduğu halda, onların təhlükəsizliyini təmin etmək gücündə deyil. Hava hücumundan müdafiə sistemlərinin fəaliyyətində yaranan bu cür uyğunsuzluq, həm texniki, həm də idarəetmə səviyyəsində ciddi problemlərin mövcudluğunu göstərir. Bu səbəbdən də, Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə, Rusiyanın hava məkanı təhlükəli bir zona kimi qəbul edilməlidir. Hava məkanından istifadə edən mülki aviasiyası bu riskləri nəzərə alaraq, müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilməlidir”,- deyə Elxan Şıxalıyev şərh edib.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri