Icma.az
close
up
RU
Rusiya hər ay 30 min yeni əsgər yığır Ukraynaya qarşı döyüşənlərə milyardlarla dollar paylanır

Rusiya hər ay 30 min yeni əsgər yığır Ukraynaya qarşı döyüşənlərə milyardlarla dollar paylanır

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiya Silahlı Qüvvələri hazırda hər ay təxminən 30 min yeni əsgər cəlb edir. Bu, 2023-cü ilin yay ayları ilə müqayisədə 5 min nəfər çoxdur. Avropa kəşfiyyat orqanlarının məlumatına əsasən, bəzi dövrlərdə bu rəqəm ayda 40 min nəfərə qədər arta bilər.

Bu proses Kremlinə təkcə cəbhədəki itkiləri kompensasiya etməyə deyil, həm də ölkə daxilində yeni hərbi hissələr yaratmağa imkan verir. Hazırda bu bölmələr təlim mərhələsindədir”.

“AzPolitika” xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzetində dərc olunan məqalədə bildirilir.

Qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyi könüllülərin cəlb olunması üçün yüksək birdəfəlik mükafatlar təklif edir. Həmçinin gücləndirilmiş hərbi təbliğat da bu işdə mühüm rol oynayır. Bu iki amil birlikdə əsgərlərin sayının sürətlə artmasına səbəb olub.

Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun tədqiqatçısı Yanis Klugenin hesablamalarına görə, Rusiya hər gün 2 milyard rubl (təxminən 21,5 milyon ABŞ dolları) məbləğində mükafat xərcləyir. Bunun 1,5 milyardı regional büdcələrdən, qalanı isə federal fondlardan ödənilir. Yerli hakimiyyətlər öz büdcələrinin 3%-ə qədərini əsgər cəlbi üçün sərf etməyə məcbur edilir.

2024-cü ilin aprel ayından bəri hərbi cəlbetmə xərcləri beş dəfə artıb. Əgər bu templə davam edilsə, 2025-ci ilin sonuna qədər bu sahəyə 730 milyard rubl (təxminən 8,9 milyard dollar) xərclənəcək. Bu rəqəm Rusiya Federasiyasının ildə ali təhsilə ayırdığı vəsaitin yarısı, həmçinin “Sağlamlıq” adlı milli proqram üçün ayrılmış büdcənin iki qatıdır.

Məqalədə o da bildirilir ki, insan resursu böhranı fonunda, Rusiya işğal olunmuş Ukrayna ərazilərində evsiz insanları zorla orduya cəlb etməyə hazırlaşır. Bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi açıqlama yayıb.

Bildirilir ki, kadr çatışmazlığı səbəbilə, işğalçılar evsizləri də Rusiya ordusuna cəlb etməyi planlaşdırır. Onların nə evi, nə sənədi, nə də vətəndaşlığı var.

Rusiya vətəndaşlıq statusu olmayan şəxslərin də orduya çağırılmasına imkan verəcək bir qanun üzərində işləyir. Mərkəz bunu “Black Mirror” serialının bir hissəsi deyil, real həyatda baş verən bir kabus kimi xarakterizə edir.

Aprel ayında Rusiya Prezidenti Vladimir Putin yarımillik səfərbərlik kampaniyasını genişləndirmək barədə fərman imzalayıb. Yeni hədəf orduya 160 min 18-30 yaşlı kişi cəlb etməkdir. Bu, ötən ilin yaz kampaniyasına nisbətən 10 min, üç il əvvəllə müqayisədə isə 15 min nəfər daha çoxdur.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) Rusiya üzrə aparıcı analitiki Corc Barros xəbərdarlıq edir ki, bütün bu səylərə baxmayaraq, Rusiya hazırkı siyasətini maksimum 12–16 ay saxlaya bilər.

Bu dinamika göstərir ki, Kreml orduya insan və maliyyə resursları baxımından tarixdə bənzəri olmayan bir təzyiq tətbiq edir. Lakin bu təzyiqin davamlı olub-olmayacağı hələ də sual altındadır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri