Icma.az
close
up
RU
Rusiya hərbi gəmisi Manş kanalından gizli keçir

Rusiya hərbi gəmisi Manş kanalından gizli keçir

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İdarə olunan raketlər və pulemyotlarla təchiz edilmiş Rusiya korveti “Boykiy” La-Manş boğazından keçərkən saxta identifikasiya siqnalı ötürüb.
Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, belə hadisə bu il ilk dəfə deyil.
Bildirilir ki, döyüş gəmisi mart ayında da La-Manş və Şimal dənizindən keçərkən izləndikdən sonra Britaniya sularına daxil olub.
Bu dəfə “Boykiy” Rusiyanın kölgə donanmasına daxil olan iki neft tankeri - “Sierra” və “Naxos” ilə birlikdə keçib.
Brityaniya mətbuatı yazır ki, döyüş gəmilərindən qalxan kimi istifadə Moskvanın Britaniya və digər NATO dövlətlərini kölgə donanması gəmilərini ələ keçirməkdən çəkindirmək cəhdidir.
Qeyd edilir ki, Ukraynaya hücumdan sonra Londonun Moskvaya sanksiyalar tətbiq etməsi kanaldan keçən Rusiya neft tankerlərinin sayını təxminən iki dəfə artırıb.
Əlavə olunur ki, “Boykiy” bu ayın əvvəlində Qvineyanın paytaxtı Konakridən yola düşərkən izləmə sistemlərini, təhlükəsiz keçidi təmin etmək üçün digər dənizçiləri və sahil mühafizəsini yerini və marşrutu barədə xəbərdar edən avtomatik identifikasiya sistemini (AIS) işə salmayıb. Bunun əvəzində, korvet ümumi identifikasiya nömrəsi 400000000 altında üzüb və bu, həmin identifikatordan istifadə edən əvvəlki gəmilər kimi izləmə saytlarında səhv görünüb.
Analitik və Belçika donanmasının keçmiş zabiti Frederik Van Lokeren Rusiya hərbi gəmisinin özünü kamuflyaj etməsinin qeyri-adi olduğunu bildirib: “Adətən, ruslar gizli qalmaq istəyirlərsə, sadəcə olaraq AIS siqnalını söndürürlər. Deməli, onların özlərini başqa bir şey kimi gizlətmələri çox qeyri-adi hadisədir”.
Onu da qeyd edək ki, kölgə donanması Rusiyanın Qərbin sanksiyalarından yayınaraq öz neftini, neft məhsulları və maye qazını daşımaq üçün istifadə etdiyi gəmilərə verilən addır. Analitiklər hesab edirlər ki, Rusiyanın neft məhsullarının ixracı üçün kölgə donanmasının sayı 600-dən 1000-ə qədər gəmi ola bilər.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 İyun 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri