Rusiya ilə Almaniya arasında münasibətlər gərginləşməkdə davam edir
Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
Almaniya 150-dən çox rus diplomatına və onların ailələrinə ölkəni tərk etməyi əmr edib. Oxuməni.az xəbər verir ki, bu barədə Almaniyadakı Rusiya səfirliyi bəyan edib.
Qeyd olunur ki, bu, Leypsiq hava limanında baş verən dron hadisəsində rəsmi olaraq Moskvanı günahlandırdıqdan sonra Almaniya hakimiyyətinin Bonndakı Rusiya Baş Konsulluğunu və Berlindəki Rus Evini bağlamaq qərarı ilə bağlıdır.
"Heç bir zərər vurmayan mənşəyi bilinməyən sınmış dron aşkarlanması Almaniyada yaşayan yüz minlərlə alman və rus vətəndaşının konsulluq xidmətlərindən istifadə etmək imkanından məhrum edilməsi, Rusiya nümayəndəliklərinin 150-dən çox işçisinin və onların ailələrinin ölkədən çıxarılması və ikitərəfli mədəni əməkdaşlığın son qalıqlarının məhv edilməsi üçün "məqbul" bəhanədirmi?"- Rusiya səfirliyi utanmadan soruşub. Halbuki səfirə də yaxşı məlumdur ki, bu məsələdə günahkar Almaniya daxilində ona qarşı təxribatlara baş vuran Rusiyadır.
Xatırladaq ki, avqustun əvvəlində Leypsiq/Halle hava limanında partlayıcı maddələr daşıyan bir neçə dron aşkar edilib. Biri Ukrayna hərbi nəqliyyat təyyarəsinin yaxınlığında, digəri isə hava limanının yaxınlığında yerləşirdi. Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt tezliklə "hibrid hücum"un günahkarlarının Rusiya dövlət qurumlarının əmrləri ilə hərəkət etdiyini açıqladı. Bundan sonra Almaniya hakimiyyəti Bonndakı Rusiya Baş Konsulluğunu və Berlindəki Rus Evini bağlamaq və ölkəyə gələn ruslara nəzarəti gücləndirmək qərarına gəldi.
Buna cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyi sentyabrın 18-dən gec olmayaraq Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğunun bağlanacağını elan etdi. Bundan əlavə, Rusiyadakı Höte İnstitutunun filialı fəaliyyətini dayandıracaq.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 11 Sentyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















