“Rusiya illər öncə ABŞ a Venesuelada sərbəst hərəkət imkanı təklif edib“ “The New York Times“
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Rusiya-ABŞ münasibətləri gərginləşir, Kuba isə növbəti risk zonasıdır..."
Rusiya hələ yeddi il əvvəl ABŞ-a qeyri-rəsmi şəkildə Venesuelada sərbəst hərəkət imkanı təklif edərək, bunun müqabilində Ukraynada "azad əllər" istəyib.
Moderator.az xəbər verir ki, bu barədə "nyt.org" nəşri yazıb.
Moskvanın köhnə təklifi yenidən gündəmdə
Nəşr yazır ki, Bu barədə ABŞ Konqresində çıxış edən, Trampın ilk administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında çalışmış Fiona Hill məlumat verib. Onun sözlərinə görə, Kreml bu ideyanı mediada və ona yaxın şərhçilər vasitəsilə "təsir dairələrinin dəyişdirilməsi" kimi təqdim etməyə çalışıb və Vaşinqtondan Ukrayna üzərində Rusiyanın xüsusi hüquqlarını tanımağı gözləyib.
Venesuela böhranı və Moskvanın mövqeyi
Məqalədə qeyd olunur ki, ABŞ-ın Venesueladakı addımlarına Moskvanın reaksiyası ziddiyyətli olub. Rusiya Xarici İşlər Nazirliyi rəsmi olaraq Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham etsə də, Kreml üçün əsas prioritet Ukraynadakı müharibə olaraq qalır.
Eyni zamanda, Rusiyadakı bəzi rəsmilər və şərhçilər ABŞ-ın "güc hüququnu" üstün tutmasından məmnunluq ifadə ediblər. Keçmiş prezident Dmitri Medvedev isə açıq şəkildə bildirib ki, "qanun güclünün tərəfindədir" və Vaşinqtonun artıq Moskvanı tənqid etməyə mənəvi əsasları yoxdur.
Venesueladan sonra növbəti hədəf Kuba ola bilər
Bu proseslərin fonunda ABŞ-da Venesueladan sonra Kubanın da risk altında olduğu barədə açıqlamalar səslənir. "The Hill" nəşrinin yazdığına görə, senator Lindsi Qrem Maduronun devrilməsindən sonra Havana rejiminin uzun müddət tab gətirə bilməyəcəyini bildirib.
ABŞ Dövlət katibi Marko Rubio da Kubanın "narahat olmalı olduğunu" deyərək, vəziyyəti Venesuela ilə müqayisə edib. Rəsmi Havana isə ABŞ-ın Venesueladakı əməliyyatını "cinayət aktı" adlandıraraq, beynəlxalq ictimaiyyəti buna reaksiya verməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 06 Yanvar 2026 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















