Icma.az
close
up
RU
Rusiya İran qaz kəmərini perspektivləri nə vəd edir?

Rusiya İran qaz kəmərini perspektivləri nə vəd edir?

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Rusiya və İran rəhbərlərinin görüşündə Rusiyanın İrana qaz ixracının ildə 55 milyard kubmetrə çata biləcəyi bildirilib.
Əvvəlcə onu qeyd edim ki, yəqin ki, “55” rəqəmi təsadüfən seçilməyib. Baltik dənizinin dibində Rusiyanın partladılan “Şimal axını-2” boru kəməri ilə Almaniyaya məhz 55 milyard kub metr qaz ixrac edilməli idi.
Ötən ilin yayında isə İranın neft naziri Cavad Ovji İranın bir ildə 110 milyard kubmetr qaz ala biləcəyini demişdir. 110 milyard kubmetr ifadəsi də düşünürəm ki təsadüfən deyild. Baltik dənizinin dibində iki boru kəməri partladılmışdır “Şimal axını-1” və “Şimal axını-2”. Hər birinin illik ötürücülük gücü 55 milyard kub metr olduğu üçün toplam, 110 milyard kub metrlik gücə sahib idi. Müqayisə üçün qeyd edim ki, bu bizim TANAP kəmərimizdən 6 dəfə, TAP-dan isə təxminən 10 dəfə çoxdur.
Çox maraqlı bir vəziyyət yaranıb. Bu xəyalı gercək etmək mümkün olacaqmı?
Vəziyyəti təhlil edək:
Rusiya 47,8 trilyon kub metr qaz ehtiyatları ilə dünyanın birincisi, İran isə 34 trilyon kub metr qaz ehtiyatları ilə dünyanın ikincisidir.
2021-ci ildə Rusiya 251 mlrd. kub metr, 2023-cü ildə isə təxminən 145 kubmetr qaz ixrac edib. 2 il ərzində sanksiyalar səbəbindən 100 milyard kubmetrdən çox ixracda azalma olub. Deməli səsləndirilən rəqəmlərin ölçü göstəriciləri elə bu azalma həcmlərindən qaynaqlana bilər.
Maraqlı olan odur ki, İran Rusiyada bu qazı necə ixrac edə biləcək?
1234 km uzunluğunda olan “Şimal Axını-2” boru kəməri üçün 11 milyard dollardan çox vəsait xərclənmişdir. Rusiyadan İrana uzanacaq kəmərin uzunluğunun bundan dəfələrlə çox olacağı şübhəsidir. Eyni zamanda bu kəmərin yeni və müasir standartlara cavab verən qaz kəməri olacağını nəzərə alsaq, ən azı bundan 2 dəfə artıq maliyyə vəsaitinin tələb olunacağı şübhəsizdir.
Bu gün Şimal-Cənub nəqliyyat dəhlizində infrastrukturun tam yaradıla bilməməsinə görə dəhliz öz potensialının heç 1/5-də birini ortaya qoya bilmir. Tamamlanmalı olan nəqliyyat xətləri yarımçıq qalıb. Belə olan halda yeni boru kəmərinin inşası üçün 20 milyard dollar üzərində vəsait hardan tapılacaq?
Maliyyə çatışmazlığı problemin hamısı deyil. Lap tutaq ki, bir sehrli çubuq sayəsində maliyyə problemi həll edildi, bəs İrana ixrac ediləcək 110 milyard və ya 55 milyard kub metr qazı İran kimə satacaq? Hara edəcək?
Qeyd etdiyim kimi, İran özü dünyanın ikinci neft ehtiyatına sahib ölkəsidir. 2023-cü ildə 252 milyard kubmetr qaz hasil edib ki, bunun heç 1/10 hissəsini ixrac edə bilməyib. Ümumi ixracı cəmi 14 milyard kubmetrlə 9,2 faiz təşkil edib. Çünki, sanksiyalar yalnız Rusiyaya aid deyil. Sankisiyaların acı təsirini İran Rusiyadan da çox-çox əvvəl görüb və görməkdədir. Hətta əgər İran alıcı tapıb, Rusiya qazını öz üzərindən ixrac etməyə cəhd göstərərsə, bu da qərb tərəfindən sükutla qarşılanmaz və sərt sanksiyalar gələr. Nəzərə alaq ki, İrana tətbiq edilən sankiyalar Rusiya ilə müqayisədə 10 dəfələrlə yumşaqdır.
Bütün bu qeyd edilənlər bir daha təsdiq edir ki, iki ölkə arasında böyük həcmdə mavi qaz nəqlinə dair razılaşma heç də uğurlu perspektiv vəd etmir.
Eldəniz Əmirov, iqtisadçı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri