Icma.az
close
up
RU
Rusiya kanallarında bizə niyə qarpızsatan deyirlər? Yalçın İslamzadə

Rusiya kanallarında bizə niyə qarpızsatan deyirlər? Yalçın İslamzadə

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Bu yaxınlarda bir alim vəfat etdi - Həsən Feyziyev.

Su arıtma sistemləri sahəsində işləyəndə bir kitab almışdım, müəllifi azərbaycanlı idi və Moskvada "Enerqoatomizdat" nəşriyyatında nəşr olunmuşdu.

Maraqlı gəldiyi üçün həmişə bilik və təcrübələrindən faydalandığımız Asif müəllimə tanıyıb-tanımadığını soruşdum, "Tanıyıram, politexnikdə müəllimimiz və elmi rəhbərim olub" dedi.

Həsən müəllimlə əlaqədar maraqlı hadisə danışdı.

Ural tərəflərdə strateji əhəmiyyəti olan bir zavodun su arıtma sistemində problem və zavodun işində fasilə yaranır. Rusiya miqyasında tanıyıb-bildikləri hamıya müraciət edirlər, həll edə bilməyəndə Həsən müəllimlə əlaqə saxlayıb onun baxmasını xahiş edirlər. Həsən müəllim aralarında Asif müəllim də olmaqla iki aspiratını götürüb zavoda gedir və problemi həll edir.

Zavodun direktoru onları günorta yeməyinə evinə dəvət edir və pencərədən küçəni göstərir, "Küçədə qarpız satanlar sizin yerlilərinizdir. Mən indiyə qədər azərbaycanlıları ancaq qarpızsatan təsəvvür edirdim. İndidən sonra bizim həll edə bilmədiyimiz problemi həll edən insanlar kimi təsəvvür edəcəm".

Zavod direktoru azərbaycanlıları "qarpızsatan" kimi təsəvvür etməkdə səhv edirdi, çünki kafi sayda nümunədən istifadə etmədən ümumiləşdirmə aparmışdı. Bir insan qarpız da sata bilər, mürəkkəb mühəndislik problemini də həll edə bilər. Aldığı və ya ala bilmədiyi təhsildən və dəstəkləyici, yaxud dəstək verməyən mühitdə böyüməsindən asılı olaraq.

Rusiya kanallarında ünvanımıza "qarpızsatan" deyəndə buna görə qəzəblənirik, biz ellikcə qarpızsatan deyilik, yazarlarımız, bəstəkarlarımız, elm və sənət adamlarımız var.

Filin xortumundan tutub, "fil borudur" deyənlərin etdiyi səhvdir.

Yaxud, övladının alınmayan evliliyindən sonra, ümumi şəkildə övladının evləndiyi şəxsin doğulduğu şəhəri ittiham edən valideyinin səhvi kimi.

Qadın-kişi, ağdərili-qaradərili, inanclı-inancsız kimi müqayisələr aparıb azsayda şəxsi nümunəyə görə ümumiləşdirmə aparmaq həmişə səhvdir.

Sosial tədqiqlarda əsaslandırmağa çalışırlar ki, seçdikləri nümunələr tipikdir və ümumiləşdirmə aparmağa kafidir.

Ümumiyyətlə isə, bir qrupun üzvləri arasındakı bilik, bacarıq və IQ fərqləri, iki fərqli qrupun ortalaması arasındakı fərqdən böyükdür.

“APA Jurnalist Məktəbi”nin ilk məzunlarına sertifikatlar təqdim olunub Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq Zərdablı müəllim 32 ildir ki, məktəbə qayıqla gedir – APA TV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Mart 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri