Rusiya Kiyevə irimiqyaslı hücum etdi ölənlər və yaralananlar var
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Hurriyyet.az xəbər verir ki, Rusiya Hava Qüvvələrinin Ukraynanın paytaxtı Kiyev şəhərinə hücumu nəticəsində 9 nəfər həlak olub, azı 70 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var. UNİAN agentliyinin bildirdiyinə görə, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.
Nazir deyib: "Dağıntılar altından telefon səsləri gəlir. Hamının çıxarıldığına əmin olana qədər axtarışlar davam etdiriləcək".
"RBK-Ukraina"nın verdiyi xəbərə görə, hücum nəticəsində yaşayış evləri zədələnib. Buça rayonunda 3 ədəd beşmərtəbəli yaşayış evi vurulub. Onlardan birinin damında yanğın baş verib. 4 mağaza, 6 avtomobil və ictimai nəqliyyat dayanacağı zədələnib.
Yaşayış evlərinin dağıntıları altında insanların axtarışı davam edir. Bir sıra rayonlarda yanğınlar baş verib.
Bəzi yerlərdə yanğın söndürülsə də, Kiyevin 5 rayonunda hücumun nəticələri ilə mübarizə davam edir.
Hürr Tərcüman

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 24 Aprel 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















